İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verdi
Zakir Qaralov rusiyalı həmkarı Yuri Çayka ilə görüşəcək
Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu arasındadır - RƏSMİ
Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib
Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ FƏTƏLİ AXUNDZADƏ
Zakir Həsənov: Ordumuzun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi
Mxitaryandan, Kardaşyandan az yazmaq lazımdır - Nazir
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə hər an başlaya bilər
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək
Müdafiə naziri Naxçıvana gəlib
Çox sayda ölən və itkin düşən var
Misir Mərdanovun qardaşı yeni vəzifəyə təyin olundu
Qazaxıstanın yeni prezidenti MƏLUM OLDU

Ordu

Region

Aktual

Video

Foto

Eksklüziv

Müsahibə

Ədəbiyyat

Köşə

Facebook

.


Şagirdi faciəli şəkildə vəfat edən 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ailəsi haqqında təhqiramiz fikirlər səsləndirib.

 

Direktorun səs yazısını yayan “Mövqe.az” yayıb. Direktor baş vermiş hadisənin məsuliyyətini üzərindən atmaq və bu hadisədə uşağın ailəsini günahlandırmaq üçün jurnalistə bilərəkdən yanlış məlumat verib. Direktor səs yazısında Elinanın uğursuz ailənin uşağı olduğunu əsas gətirərək, bir növ intiharına haqq qazandırır.

Direktorun səs yazısı ilə bağlı Elinanın atası Ədalət Hacıyev Axar.az-a verdiyi açıqlamada bildirib ki, məktəb direktoru baş vermiş hadisədə məsuliyyətdən yayınmaq üçün onun ailəsinə ləkə atır.

Ata bildirib ki, övladının yas mərasimində belə məktəb rəhbərliyi və ya müəllimlərdən heç kəs iştirak etməyib:

“Mənin qızım dünyasını dəyişib, bir yeniyetmə ölüb, ancaq məktəb direktorunun dediyi sözlərə baxın. Mən burada ölürəm acıdan. Mənim uşağıma, ailəmə bu nə ləkədir atırlar? Harada görüblər ailəmin, övladımın tərbiyəsizliyini? Belə idisə, niyə o direktor mənim qızımı uzaqlaşdırmırdı məktəbdən? Dünyasını dəyişən bir qız uşağı haqda belə sözləri demək nə qədər insanlığa sığar?

Bir şagird məktəbdə intihar edib, ancaq məktəbin rəhbərliyi, müəllimlər - heç kəs uşağımın yasına gəlməyib. Çünki onların məsuliyyətsizliyi, yarıtmazlığı ucbatından bu hadisənin baş verdiyini yaxşı bilirlər. Mənim qızım məktəbdə son günlər təzyiqlərə, təhqirlərə məruz qalırmış. Məktəb rəhbərliyi bunu bildiyi halda niyə qarşısını almayıb? Ancaq indi bir körpəni ləkələməyə utanmır”.

Məktəbli özünü 3-cü mərtəbədən atdığı və xəstəxanaya yerləşdirildiyi gündən məsələni diqqətdə saxlayan və mütəmadi olaraq Elinanın səhhəti ilə bağlı məlumat verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Axar.az-a açıqlamasında bildirib ki, direktorun ailəni ləkələyən səs yazısından sonra ata özünü öldürmə həddinə çatıb:

“Biz Elinanın yas mərasimindəyik. Ailənin vəziyyətindən danışılası deyil. Atanı güclə saxlayıblar. İnanın, özünü öldürür”.

Qeyd edək ki, 4 aprel tarixində 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağ ciyərin, yumşaq toxumaların əzilməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzinə yerləşdirilib. İki gün sonra xəstəxanada dünyasını dəyişib.

"Gözlərimdə..."-Mehrim Məmmədovadan yeni bəstələr
Məsuda dəstək üçün Bakıya gələn gözəl - Fotolar
Məşhurların gəncliyi və qocalığı “qarşılaşdı” – FOTOLAR
“Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO
"İddialı olmaq hər adama nəsib olmaz!"-Azərbaycanlı model (Fotolar)

Xəbər lenti