Türkiyədən ABŞ-a xəbərdarlıq: B planımız da var!
Millət vəkili: “Hara gedirik, bizdən uşaqpulunu soruşurlar”
Paşinyanın məsuliyyətsiz davranışı gərginliyi artırır - Nazir
Ərdoğan: "Terrorçuların tutulması üçün nə lazımsa ediləcək"
ABŞ-la danışıqların mənası yoxdur - Ruhani
Əli Kərimli tədbirə niyə çağırılmayıb? - Açıqlama
Dövlətin milli maraqlar hər şeydən üstün olmalıdır - Əli Həsənov
Sabah yağış yağacaq, külək əsəcək
Uşaq pulu bərpa olunacaq? - Əli Əhmədov açıqlama verdi
Türkiyədə "SOM-B2" qanadlı raketləri sinaqdan keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsindən "jurnalistlər binası -2"dəki kupça məsələsinə münasibət
Azərbaycan-Türkiyə birgə təlimlərinə helikopterlər də qoşuldu - FOTO/VİDEO
Yaxın Şərq qarışır: İranın aqibəti... - Ekspert
BMT İsrail və Livanı sülhə çağırır
"Relaks"da vergi yoxlamaları dayandı? - İcra hakimiyyətindən AÇIQLAMA

Ordu

Region

Aktual

Video

Foto

Eksklüziv

Müsahibə

Ədəbiyyat

Köşə

Facebook

.


Jurnalistika yaradıcı peşələrdən biridir, bu peşəni seçən hər kəs ilk növbədə Vətəninə, dövlətinə bağlı olmalıdır. Çünki cəmiyyətin inkişafında, gənc nəslin mənəvi dəyərlər əsasında tərbiyə edilməsində jurnalistikanın rolu böyükdür.

Şəxsən özümü xoşbəxt sanıram ki, bu peşəni seçənlərin sırasındayam. Sovet dönəmində universitet təhsili almışam, onda sözün, mətbuatın xüsusi çəkisi vardı. Bu peşənin nəzəri və təcrübi sirlərini bizə aşılayan dəyərli professor və müəllimlər bir vacib məsələni tövsiyə edirdilər ki, cəmiyyətdə ictimai rəyin formalaşmasına xidmət edən jurnalistlər qələmə aldıqları mövzunun əhəmiyyətini dərindən dərk etməli, hər cümlənin, hər sözün məsuliyyətini hiss etməlidirlər. Bundan ötrü isə jurnalist şəxsi qərəzdən və intriqadan uzaq olmalıdır. Başa düşməlisən ki, sənin qələmə aldığın mövzunu yüzlərlə yox, bəzən minlərlə oxucu izləyə bilər.


Təəssüf edirəm ki, çoxsaylı saytlarda, sosial şəbəkələrdə çıxış edən həmkarlarım, xüsusən də gənc jurnalistlər sözün, fikrin məsuliyyətini hiss etmədən istənilən mövzuda kimlərinsə sifarişlərini icra edir, hətta təhqiramiz ifadələrə yol verməkdən belə çəkinmirlər. Yaxşı olmazmı, jurnalist olmaq üçün vacib dəyərləri qoruyasan, illərlə bu peşədə çalışıb adlarını tarixə həkk etdirən qələm sahiblərini özünə örnək seçəsən. Azərbaycanın yaxın tarixində Çingiz Mustafayev, Salatın Əsgərova kimi qəhrəmanlıq səviyyəsinə yüksələn fədakar, vətənpərvər jurnalistlərimiz olub, hansı ki, onlar qələmlərini süngüyə çevirib, canlarını Vətən naminə fəda etməkdən çəkinməyiblər. Çingiz də, Salatın da ən mürəkkəb, ekstremal şəraitdə peşə borcunu yerinə yetirərkən onları bir mənafe düşündürüb: Vətənin, torpağın taleyi.

Əsla o fikirdə deyiləm ki, indi sıralarımızda onların ardıcılları tükənib. Xeyr, bu gün də Vətəni, milləti, xalqı üçün yazıb yaradan, qələmi ilə milli dəyərlərimizi təbliğ edən jurnalistlər az deyil. Ibrahim Məsimoğlu, Şəmistan Nəzirli, Knyaz Aslan kimi tədqiqatçı hərbi jurnalistlər tanıyıram ki, onlar ilk ordu quruculuğu dövründən bu günümüzə qədər dövlətçilik, vətənpərvərlik kimi yüksək dəyərlərimiz ruhunda yazıb yaradıblar. Belə jurnalistlə sözün həqiqi mənasında öz peşələrinin cəfakeşi olublar. Ancaq üzdəniraq qələm sahibləri də tapılır ki, onları tanımağa, yazılarını oxumağa peşman olursan.

Bəzən sosial şəbəkələrdə elə qələm əhli peyda olur ki, onlarla eyni bir millətin nümayəndəsi olmağa utanırsan. Bilinmir ki, belələri kimlərin, hansı çirkin və satqın qüvvələrin mənafeyinə xidmət edir? Özlərini cəmiyyətə jurnalist kimi təqdim edən bu kəslərin xaricdə daldalanaraq kimlərə qulluq etdikləri məlum deyil. Bu cür üzdəniraq jurnalistlərin müraciət etdiyi mövzularda qərəzlə qələmə aldıqları yazılar adamda ikrah hissi doğurur. Hətta düşünürsən ki, görəsən bunlar hansısa yad və bizə düşmən millətin nümayəndələri, düşmən ölkənin vətəndaşlarıdır. Bəzən elə təsəvvür yaranır ki, onların əksəriyyəti heç ali təhsilə malik deyillər, çünki təhsilli, ziyalı adamlar cəfəngiyat danışmağı özlərinə ar bilir. Ömrümün əksər hissəsi hərbi jurnalistikada keçib, cəbhə bölgələrini qarış-qarış gəzib əsgərlərimizdən, vətənpərvər zabitlərimizdən yazmışam, onları xalqımıza tanıtmışam. Amma bəzi gənc həmkarlarımın ordu mövzusunda qərəzli yazıları məni doyunca hiddətləndirir. Ümumiyyətlə, dövlətçilik, vətənpərvərlik kimi mühüm dəyərlərə toxunan ziyalı, jurnalist, bloqqer, bilmirəm başqa nə ad verim, hər kimdirsə son dərəcə məsuliyyətli olmalıdır. Axı sənin qələmə aldığın məsələ cəmiyyətdə ictimai rəyi çaşdıra bilər, oxucu auditoriyasında mənfi rəy oyadar. Ordu sahəsindən yazan jurnalist isə daha həssas mövzuya müraciət etməsinin fərqində olmalı, torpaqları işğalda olan bir dövlətin nümayəndəsi olduğunu bütün məsuliyyəti ilə dərk etməlidir. Bir çox hallarda hərbi mövzuda yazan jurnalistin ordu həyatı haqqında sadə anlayışlara belə malik olmadığını, hətta hərbi xidmətdə olmadığını biləndə çox təəccüblənirəm. Axı sənin ordudan xəbərin, məlumatın yoxdursa, hansı haqla hərbi mövzuda yazırsan? Adam bir papağını qarşısına qoyub düşünməlidir ki, əcəba, bu mövzudan yazmağa mənəvi haqqım çatırmı?

Heç yadımdan çıxmaz, bir dəfə Azərbaycan Mətbuat Şurası ordudan yazan gənc jurnalistlər üçün brifinq təşkil etmişdi. Müdafiə Nazirliyinin yaxından dəstəyi və təşkilatçılığı ilə keçirilən bu tədbirə mən də qatılmışdım. Onda hörmətli millət vəkili Əflatun Amaşov çıxış edərək jurnalistlərə ordu və yüksək rütbəli zabitlər haqqında məqalə hazırlayan zaman son dərəcə dəqiq, məsuliyyətli və qərəzsiz olmağı tövsiyə etmişdi. Çox haqlı olaraq bildirmişdi ki, hərbdən, ordumuzdan yazan jurnalist əsl vətəndaş mövqeyindən çıxış etməli, Vətənimizin, dövlətimizin təəssübünü çəkməlidir.

Bir neçə il əvvəl dövlətimizin başçısı tərəfindən informasiya təhlükəsizliyinin qorunması barədə çox vacib sərəncam imzalanıb. Gənc həmkarlarımı bu sərəncamı tapıb onun müddəaları ilə tanış olmağa səsləyirəm. Həmin sənəddə hərbi mövzuda yazan jurnalistlərin hansı vacib meyarlara əməl etməsi öz əksini tapıb. Bir sözlə, oxuyun, öyrənin və məsuliyyətinizi dərk edin. Ən başlıcası, bu millətin, bu xalqın dəyərli vətəndaşları olmağa çalışın!


Arif Pənahlı, hərbi jurnalist
Asiya.info

TANINMIŞ PRODÜSER MİNARƏ ƏSKƏROVA 40 İLLİK YUBİLEYİNİ İTV AILƏSİNDƏ DOSTLARI İLƏ BİRGƏ KEÇİRTDİ
"Gözlərimdə..."-Mehrim Məmmədovadan yeni bəstələr
Məsuda dəstək üçün Bakıya gələn gözəl - Fotolar
Məşhurların gəncliyi və qocalığı “qarşılaşdı” – FOTOLAR
“Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO

Xəbər lenti