Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib
Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ FƏTƏLİ AXUNDZADƏ
Zakir Həsənov: Ordumuzun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi
Mxitaryandan, Kardaşyandan az yazmaq lazımdır - Nazir
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə hər an başlaya bilər
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək
Müdafiə naziri Naxçıvana gəlib
Çox sayda ölən və itkin düşən var
Misir Mərdanovun qardaşı yeni vəzifəyə təyin olundu
Qazaxıstanın yeni prezidenti MƏLUM OLDU
ABŞ-dan S-400-lərlə bağlı Türkiyəyə ilk sanksiya
Avtomobil dayanacağı mafiyası
Zakir Həsənova “Şöhrət” ordeni verildi

Ordu

Region

Aktual

Video

Foto

Eksklüziv

Müsahibə

Ədəbiyyat

Köşə

Facebook

.

Prezident İlham Əliyevin müvafiq göstərişinə əsasən Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqə elan edir.

Asiya.info xəbər verir ki, prezidentin göstərişi ilə Gənclər Fondu tərəfindən ötən ay “Gənclərin Xaricdə Təhsil Proqramı”na başlanılıb. Bu fəaliyyətin davamı olaraq, dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqə üçün ərizə qəbuluna bü gündən start verilib.
Ötən il ölkənin 31 ali dövlət təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları müsabiqə əsasında Gənclər Fondu tərəfindən qarşılanıb. Bu il müsabiqədə iştirak etmək istəyənlər Gənclər Fondunun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Gənclər Fonduna göndərməlidirlər.
Müsabiqə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürülür. Maliyyələşmə 2018-2019 və 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.
Aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcəkdir:
• Milli Qəhrəman övladları;
• I, II qrup əlil gənclər (2018/19-cu tədris ili üçün) və III qrup əlil gənclər
• Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;
• I qrup əlil valideyni olan gənclər;
• Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər;
• Aztəminatlı ailədən olan gənclər.
Müraciətlər 19 iyul 2019-cu il saat 18:00-dək qəbul ediləcək. Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaq.
Xatıladaq ki, müsabiqəyə Fondun saytında qeyd edilmiş siyahıda olan 31 dövlət Ali təhsil müəssisəsinin və onların filliallarında, əlavə olaraq bu il üçün nəzərdə tutulmuş 54 dövlət orta-ixtisas təhsili müəssisəsinin əyani/qiyabi təhsil alma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər.
Axar.az 
"Gözlərimdə..."-Mehrim Məmmədovadan yeni bəstələr
Məsuda dəstək üçün Bakıya gələn gözəl - Fotolar
Məşhurların gəncliyi və qocalığı “qarşılaşdı” – FOTOLAR
“Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO
"İddialı olmaq hər adama nəsib olmaz!"-Azərbaycanlı model (Fotolar)

Xəbər lenti