Rusiya Prezidenti Türkiyəyə gedəcək
Ərdoğandan Ermənistanla bağlı ABŞ-da mühüm açıqlama - Video
Nazarbayevin qızı İrəvana getdi
Paşinyandan müəmma: Qarabağın həllindəki bu prinsip...
Ərdoğanın ABŞ səfəri... - Amerikalı polkovnik terrorçularla müzakirə aparır
Ginnesin Rekordlar Kitabına düşmüş bayraq: "İşğaldan azad olunacaq torpaqlarda dalğalanacaq"
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü - VİDEO
Tramp:«Türkiyə prezidenti Ərdoğanla çox yaxşı telefon söhbətimiz oldu"
Prezident 9 Noyabr Bayraq günü münasibətilə video paylaşdı — VİDEO
Generallar sərhədə getdi - Foto
Baş prokurordan Əli Nağıyevin yerinə - YENİ TƏYİNAT
Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin olundu
Ruslan Əliyev “Azəriqaz”ın yeni baş direktoru təyin olundu
Tanınmış, araşdırmaçı jurnalist Qafar Çaxmaqlı Ankarada tədbir keçirib
Prezidentdən yeni başçılara: Əgər eşitsəm ki...

Ordu

Region

Aktual

Video

Foto

Eksklüziv

Müsahibə

Ədəbiyyat

Köşə

Facebook

.

Təhsil Naziri Ceyhun Bayramov “Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiqi və diaqnostik qiymətləndirilmənin keçirilməsi barədə əmr imzalayıb.
Oxu.Az-ın məlumatına görə, əmrə əsasən, 2014-cü ildə Bakı şəhərində başlanan diaqnostik qiymətləndirmə mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarını əhatə etmiş və ümumilikdə 140 minə yaxın müəllimin bilik və bacarıq səviyyəsi qiymətləndirilib. 
Bununla yanaşı, Bakı Xoreoqrafiya Akademiyasının, Respublika İncəsənət Gimnazıyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Füzuli rayonu M.M.Xəzani adına müsiqi təmayüllü internat tipli Gimnaziyasının incəsənət və yaradıcılıq istiqamətləri üzrə tədris aparan ixtisas müəllimlərinin sosial rifahının artırılması, eyni zamanda, ümumi təhsil müəssisələrində çalışan psixoloqların peşəkarlıq səviyyələrini və təlim ehtiyaclarını müəyyənləşdirmək  məqsədilə həmin kateqoriyaya daxil olan təhsilverənlərin 2019-cu ilin sonunadək diaqnostik qiymətləndirməyə cəlb olunması zərurəti yaranıb.
“Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinın aparılması Qaydaları” yeni redaksiyada təsdiq edilməlidir.
İnsan resursları şöbəsi (E.Bağırov) diaqnostik qiymətləndirmənin cari ilin sonunadək “Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinın aparılması Qaydaları”na uyğun təşkili və keçirilməsini təmin edilməli, Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi (P.Yusifov), De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi (M.Hacıyeva), şəhər və rayonların təhsil şöbələrinə (idarələrinə) tapşırılıb. 
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (Ö.Eldarov), Bakı Xoreoqrafiya Akademiyası (T.Əfəndiyev), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (C.Mahmudova), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (F.Bədəlbəyli) və Azərbaycan Milli Konservatoriyası (S.Kərimi) qiymətləndirmənin müsahibə və qabiliyyət imtahanı mərhələlərinin adıçəkilən müəssisələrin tədris binasında keçirilməsi, qabiliyyət imtahan komissiyasının formalaşdırılması və imtahan məkanında müvafiq şəraitin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər. 
Əmrin icrasına nəzarət aparat rəhbərinə (M.Məmmədov) həvalə edilib.
Bunlar xalqın artistləri oldu
Hadisədən Demetə CAVAB — Guya onun əri var?
TANINMIŞ PRODÜSER MİNARƏ ƏSKƏROVA 40 İLLİK YUBİLEYİNİ İTV AILƏSİNDƏ DOSTLARI İLƏ BİRGƏ KEÇİRTDİ
"Gözlərimdə..."-Mehrim Məmmədovadan yeni bəstələr
Məsuda dəstək üçün Bakıya gələn gözəl - Fotolar

Xəbər lenti