.
Ötən gün hərbi qulluqçumuz Sultan Şahvələdovun şəhid olması düşmən ordusuna baha başa gəldi. İşğalçı tərəfin növbəti təxribatının qarşısını alan ordumuz düşmənə daha ağır zərbələr vurdu.
Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı son məlumata görə, cəbhə xəttində 6 erməni hərbçi məhv edilib. Düşmən tərəfi isə hər zamanki kimi itkilərini gizlətməyə çalışır. Erməni KİV-ləri bildirir ki, təmas xəttində baş verən toqquşlar zamanı 4 hərbi qulluqçu ölüb, ikisi isə yaralanıb.
Ermənistan tərəfinin yalanı bu dəfə də alınmayıb. Parlamentin sədri Ara Babloyanın təcili Qarabağa getməsi, orada yaralı əsgərlərlə görüşməsi düşmən tərəfinin itkilərinin və yaralıların çox olduğunu, rəqəmlərin xalqdan gizlədildiyini göstərir.
 
Görünən odur ki, təşviş içində olan düşmən özü-özünü ifşa edir. 
Azərbaycan əsgərinin şəhid olmasından sonra baş verən hadisələr istər Ermənistan daxilində, istərsə də xaricdə yaşayan ermənilər arasında böyük panikaya səbəb olub. 
Ermənistanın Ukraynadakı səfirliyinin informasiya siyasəti üzrə səfir müşaviri Arman Abovyan "Facebook" səhifəsində məhv edilən erməni əsgərlərin adlarını açıqlamaqla əslində baş verən hadisələrə cəmiyyətin hansı şəkildə yanaşdığını üzə çıxardı.
Ermənilərin sosial şəbəkələrdəki paylaşımları da onların necə qorxu işində olduğunu göstərir.
Armen Qazaryan adlı erməni "1997-ci il rəqəmlərini görəndə qorxulu vəziyyətə gəlirsən" deyə öz narahatlığını ifadə edib. 
Qarsevan Bulbulyan adlı istifadəçi isə Ermənistan hakimiyyətinə etirazını bu şəkildə bildirib:
"Ucuz rəhbərlər öz dəvələrini əmirlik səhralarına göndərir və ya 10 000 000 dollarlıq toylar falan.... budur bugünkü həqiqət". 
Bülbülyan yaxşı anlayır ki, Sarkisyan hakimiyyəti bütün erməni xalqını ölümə məhküm edib. 
İrina Ayvazyan: "Yarama duz tökmə, hər bir itki sanki ürəyə bıçaq soxmağ kimidir... Sabahı günü qorxu ilə gözləyirəm".
Mareta Harutyunyan: "Dəhşətli sözdür? İnsan nəinki ağlamaq, hətta bütün səsilə qışqırmaq istəyir. Artıq bunlara dözməyə gücüm qalmayıb".
Varsenik Postoyan: "Mən sadəcə susuram. İndi özümə cavabdeh deyiləm!”.
Ter-Qazaryan: "Nə qədər bu hallara ağrı ilə baxacağıq?" 
Hayk Feofanidis: "Bəs, onları kim ora göndərib?"
Göründüyü kimi, erməni fəallar artıq etiraf edirlər ki, Azərbaycanın qarşısında aciz və məğlub durumdadırlar. Sadə ermənilər daxilən qorxu və həyəcanlarını gizlədə bilmirlər. Onlar anlayırlar ki, Sarkisyan hakimiyyəti erməni xalqını böyük bir uçuruma yuvarlayıb. Sınmış və məğlub erməni cəmiyyətini nə Qarabağ, nə də Sarkisyan düşündürür. Onlar yalnız sağ qalmaq barədə fikirləşirlər.
 
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Xəbər lenti