.
“İyunun 8-də səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşının Binəqədi rayonu 9-cu mikrayon, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edərək oranın işçilərini zor gücünə çölə çıxarmaqla bağlı yayılan informasiyalar tamamilə qeyri-obyektivdir və əsassız ittihamlardan ibarətdir.”
Bunu “Riyad” Mühafizə Xidmətinin mətbuat katibi Fuad Mədətov "Qafqazinfo"ya açıqlamasında bildirib. O, qeyd edib ki, adıçəkilən mağazanın əsl (hüquqi) sahibi məhz Xanməmmədov Azadxan Allahqulu oğludur: “Əvvəla onu xüsusiylə diqqətinizə çatdırım ki, “Riyad” Mühafizə Xidməti fiziki və yaxud hüquqi şəxslə müqavilə imzalamazdan əvvəl mühafizə olunacaq daşınmaz əmlakın (obyektin) sənədlərinin qaydasında olmasını nəzərdən keçirir. O cümlədən adıçəkilən obyekt sahibi ilə bağlanılan müqavilə bu istiqamətdə həyata keçrirlib. Obyektin sahibi Xanməmmədov Azadxan Allahqulu oğlu arasında bağlanılan müqavilə hüquqi müstəvidə aparılıb. “Riyad” Mühafizə Xidməti ilə sahibkar arasında müqavilə 23 may 2017-ci il tarixində 1 illik müddətinə bağlanılıb. Müqavilədə mühafizə olunan ərazi isə Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” qeyri-yaşayış massivi göstərilib. Bu, belə olduğu təqdirdə, “Riyad” Mühafizə Xidmətinin əmkdaşları mühafizə etdiyi obyektin işçilərinə hücum etmiş olurlar və təbii ki, bu, məntiqsiz hesab olunur. Buradan da aydın görünür ki, ittihmlar əsassızdır.”
“Riyad” Mühafizə Xidmətinin mətbuat katibi onu da əlavə edib ki, əslində ziyan və zərər çəkən tərəf “Riyad” Mühafizə Xidmətinin əməkdaşlarıdır. Belə ki, mühafizəçilər deyil, əksinə mühafizəçilərə hücum olunub. Bunu da mətbuat katibi deyib:
“Təxminən 20 ilə yaxındır fəaliyyət göstərən “Riyad” Mühafizə Xidməti bu günə qədər mühafizəçilərin iş prinsipinə xüsusi diqqət yetirir. Mühafizəçilər işə götürülməzdən əvvəl fiziki sağlamlığı və psixoloji durumu diqqətdə saxlanılır. Onlar həm tibbi dispanserlər, həm də “Riyad” Mühafizə Xidmətinin ekspertləri tərəfindən yoxlanılaraq işə götürülür. Mühafizəçilərin şəxsi iş qovluqlarında mütləq şəkildə ruhi-əsəb dispanserindən və narkoloji dispanserdən arayışları yer alır. Yəni mühafizəçilərimiz hər hansı təxribata, xaos olacaq vəziyyətə hazırlıqlı olurlar. Bununla da nəzərinizə çatdırmaq istəyiəm ki, baş verən hadisədə zərərkən sahibkarlar yanaşı, “Riyad” Mühafizə Xidmətinin əməkdaşları da var. Hücuma məruz qalan, təhqir olunan məhz mühafizəçilərimizdir. Çünki mühafizəçilər obyektə zərər dəyməsin və mülk sahibinin icazəsi olmadan onun mülkiyyətinə daxil olmaması məqsədiylə girişdə durmuşdular. Qarşı tərəf mühafizəçilərdən olan səddi keçə bilməyəcəyini bilərək, təxribata əl atıb və soyuq silahlardan istifadə edərək ilk hücum edən olublar. Mühafizəçilər də ancaq müdafiə xarakterli cavab veriblər. Birmənalı olaraq mühafizəçilər tərəfindən hadisə yerində olan Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarına qarşı güc tətbiq olunmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti də mətbuata açıqlmasında bildirib ki, hadisə zamanı polis əməkdaşlarından xəsarət alan olmayıb”.
Hazırda faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd edək ki, "Riyad" MX-nin açıqlamasına baxmayaraq, artıq şirkətin davada iştirak edən 13 mühafizəçisi və həmçinin onlara bu sifarişi verən iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlu polis tərəfindən saxlanılıb. 
Heç bir şərh vermədən sözügedən davanın videosunu bir daha təqdim edirik:
 
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn
14 Dekabr 2017 Putindən amerikalı jurnalistə sərt CAVAB: “Siz normal insanlarsınız?”
14 Dekabr 2017 Düşmən atəşindən hərbi qulluqçumuz şəhid olub
14 Dekabr 2017 BAAU-da tələbələr arasında elmi-praktik konfrans keçirilib
13 Dekabr 2017 O baxışlar gözlərimi, oradan keçərək qəlbimi yandırdı.
13 Dekabr 2017 Dilqəm və Şahbazdan yeni xəbər var
13 Dekabr 2017 İstanbulda Qüdslə bağlı tarixi qərar - Fələstinin paytaxtı elan edildi
12 Dekabr 2017 Ermənistan 6 azərbaycanlı köçkünə beş min ödəməlidir - Məhkəmə qərarı
12 Dekabr 2017 Neft Daşlarında neftçi neftçini öldürdü
12 Dekabr 2017 Leyla Əliyevanın babası ilə bağlı paylaşımı
12 Dekabr 2017 Ermənilər Cəbrayıla köçürülür: Lavrovun məqsədi…
11 Dekabr 2017 Rusiya prezidenti Vladimir Putin Türkiyədə səfərdədir
10 Dekabr 2017 Azərbaycan Pakistanla yeni razılaşmalar imzalayır
08 Dekabr 2017 Artur Rasi-zadə qərar verdi: Xidməti avtomobillərin istifadəsi ləğv olundu
08 Dekabr 2017 Bakı Avrasiya Universitetinin tələbəsi İbrahim Nemanoğlunun təklifləri MM-də qəbul olundu
08 Dekabr 2017 Ərdoğanın Qüdslə bağlı şeiri rekord qırır – VİDEO
08 Dekabr 2017 Sumqayıtda dəhşətli yol qəzası - 3 ölü, 1 yaralı
07 Dekabr 2017 Bu, böyük bir inqilabdır – İlham Əliyev
07 Dekabr 2017 Azərbaycan və Pakistan razılığa gəldi
07 Dekabr 2017 Xırdalanda yağın: 9 nəfər tüstüdən zəhərləndi – VİDEO
07 Dekabr 2017 Misir Mərdanov: Yenidən nazir olmaq iddiam yoxdur
06 Dekabr 2017 Zakir Həsənov türkiyəli generalla görüşdü
06 Dekabr 2017 Tramp bu gün qərar verir: İslam dünyası şokda
05 Dekabr 2017 Ərdoğan: "ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa..."
05 Dekabr 2017 Güneyli deputatdan fars mətbuatına ağır cavab: - "Qarabağ Azərbaycanındır"
04 Dekabr 2017 “Günəşli” dəhşətindən 2 il ötdü - Video
04 Dekabr 2017 Q.Paşayeva ABŞ-ın tanınmış qadın təşkilat rəhbərləri ilə Ermənistanın işğalçılığından danışıb
04 Dekabr 2017 Mətbuat Şurası nekroloq yaydı: Çeladzenin ölümü...
03 Dekabr 2017 Balıqçı gəmisi tankerlə toqquşub, 13 nəfər ölüb
03 Dekabr 2017 Bu gün Beynəlxalq Əlillər Günüdür
03 Dekabr 2017 Türkiyə XİN rəhbəri: "FETÖ-çülər ABŞ Konqresinə yayılıblar"

Xəbər lenti