.
Azərbaycan prezidenti İlham Əliyev Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.
APA-nın məlumatına görə, Əmək Məcəlləsinə aşağıdakı dəyişikliklər edilib:
1.1. 45-ci maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilib:
“1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.” 
1.2. 73-cü maddənin 1-ci hissəsinin ikinci cümləsində “Müddətli” sözü “Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli” sözləri ilə əvəz edilsin.
1.3. 77-ci maddə üzrə:
1.3.1. 1-ci hissə aşağıdakı redaksiyada verilib:
“İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:
bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.”;
1.3.2. 3-cü hissə aşağıdakı redaksiyada verilib:
“Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:
bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.”
1.3.3. 4-cü hissə aşağıdakı redaksiyada verilib: “İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır”;
1.3.4. 5-ci hissə ləğv edilib;
Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn
19 Oktyabr 2017 İcra başçısı məhkəməyə çağırıldı
19 Oktyabr 2017 Türk ordusu İraqın şimalını bombaladı
18 Oktyabr 2017 Nazirlikdən əlillərə müavinətlərin verilməyəcəyi ilə bağlı xəbərə - Münasibət
18 Oktyabr 2017 “Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır” - Yohannes Han
17 Oktyabr 2017 İraq Ordusunun Əməliyyatından İstifadə Edən DEAŞ Kərkükdə 2 Kəndi Ələ Keçirdi
17 Oktyabr 2017 Azərbaycan, Gürcüstan və Türkiyənin hərbi komandanları görüşəcəklər
16 Oktyabr 2017 Nazir Cocuq Mərcanlıda məktəbə baş çəkdi
16 Oktyabr 2017 Müşfiq Mədətov danışdı - “Şikayətçi deyiləm”
16 Oktyabr 2017 Səfir: “Azərbaycan ABŞ üçün mühüm ölkədir”
15 Oktyabr 2017 Zakir Həsənov Gürcüstana gedir
14 Oktyabr 2017 Ombudsman Aparatının əməkdaşları cəbhə xəttində olub
13 Oktyabr 2017 Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
13 Oktyabr 2017 Türkiyə ordusu İdlibə girdi - Döyüşlər başlayır (Video)
12 Oktyabr 2017 Prezidentdən sərəncam - Yeni nazir təyin edildi
12 Oktyabr 2017 “Belə bir qurum kimə və nəyə lazımdır?” - Prezidentin köməkçisi
12 Oktyabr 2017 Sevil Əliyevanın ad günüdür-FOTOLAR
11 Oktyabr 2017 Avropa Şurası Ermənistanı buna vadar etməlidir - Deputat
11 Oktyabr 2017 Bu qurum konkret sifariş yerinə yetirir - Əli Həsənov
11 Oktyabr 2017 Vitse-prezidentdən Azad Rəhimova ağır ittihamlar
11 Oktyabr 2017 “Ermənistan qısa zamanda böyük itkilərə uğrayacaq”
10 Oktyabr 2017 Polad Bülbüloğlu namizədliyini geri götürdü
10 Oktyabr 2017 Ərdoğan Serbiyaya getdi
09 Oktyabr 2017 AŞPA-nın yeni prezidentini səsvermənin ikinci turunda da seçmək mümkün olmayıb
09 Oktyabr 2017 Sabahdan soyuqlar başlayır - QAR YAĞACAQ - XƏBƏRDARLIQ
08 Oktyabr 2017 ABŞ şokda: Fövqəladə vəziyyət elan olundu
07 Oktyabr 2017 Elmar Məmmədyarov Gürcüstana işgüzar səfər edəcək
07 Oktyabr 2017 Dəhşətli yol qəzası: Baş nazirin müavini, köməkçisi və sürücü öldülər - FOTOLAR
06 Oktyabr 2017 Azərbaycan dənizçilərinin İrana səfəri başlayıb
06 Oktyabr 2017 Millət vəkilindən erməni nümayəndələrinə tutarlı cavab
05 Oktyabr 2017 Mətbuat Şurası şikayətlərə baxıb

Xəbər lenti