.
Bu gün Cocuq Mərcanlı kəndinə yeni nəfəs verilir. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri zamanı hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, bu gün tarixi bir gündür: "Cocuq Mərcanlı kəndinin bərpası günüdür və Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində bu, mümkün olmuşdur. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordu quruculuğu ölkəmizdə uğurla gedir. Ordu quruculuğu Azərbaycan rəhbərliyi üçün bir nömrəli prioritetdir. Son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə edilib. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Ordumuza lazım olan bütün ən müasir texnika, silah, sursat alınır, gətirilir, eyni zamanda Azərbaycanda bir çox hərbi təyinatlı məhsullar istehsal olunur, ordumuzun döyüş qabiliyyəti artır. Nizam-intizam yüksək səviyyədədir".
İlham Əliyev bildirib ki, bunun nəticəsidir ki, Azərbaycan Ordusu keçən ilin aprelində erməni silahlı təxribatına layiqli cavabını verdi:
"Üç rayonun ərazisinin bir hissəsi işğaldan azad edildi. O torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Və bu uğurlu əks-hücum əməliyyatı nəticəsində bu gün Cocuq Mərcanlı kəndinə yeni nəfəs verilir, həyat qayıdır, köçkünlər qayıdır. Onlar 20 ildən çoxdur ki, Vətən həsrəti ilə yaşayırlar, öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Sən də Cocuq Mərcanlı kəndinin sakinisən, baxmayaraq ki, sən başqa yerdə doğulmusan. Amma əminəm ki, sənin kimi yüzlərlə gənc var ki, Cocuq Mərcanlını görməyib, lakin bura qayıtmaq arzusu ilə yaşayır. Bax bu gün gəldi. Bu, tarixi bir gündür və bu gün eyni zamanda onu göstərir ki, biz hələ də işğal altında olan torpaqlara qayıdacağıq. Bunu deməyə əsas verən bir çox amillər var – güclü iqtisadiyyat, güclü Azərbaycan, güclü ordumuz".
Prezident bildirib ki, keçən ilin aprel ayında aparılan döyüşlər Azərbaycan xalqının, ordusunun gücünü, cəsarətini göstərdi: "Bu gün biz Cocuq Mərcanlıda gözəl, yeni mərhələnin təməlini qeyd edirik. Yeni binalar, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilibdir. Növbəti mərhələdə əlavə ən azı 100 ev tikiləcək və bütün Cocuq Mərcanlı kəndinin sakinləri bura qayıdacaqlar. Siz isə gələcəkdə gənc zabitlər kimi ölkəmizin müdafiəsinin keşiyində dayanacaqsınız və bütün gənclər kimi siz də hər an Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hazır olmalısınız. Bu gün Azərbaycan gənci vətənpərvərdir, Vətənə bağlıdır, peşəkardır, biliklidir və bizim gücümüz bundan ibarətdir. Sizin kimi gənclər gələcəkdə ölkəmizin inkişafında önəmli rol oynayacaqsınız. Sizə uğurlar arzu edirəm, sizi bu tarixi hadisə münasibətilə təbrik edirəm və Azərbaycan Ordusuna yeni qələbələr arzu edirəm".
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn
18 Avqust 2017 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlanıb
16 Avqust 2017 Rusiya Baş Qərargah rəisi Türkiyəyə gedir
16 Avqust 2017 Deputatlar arasında QALMAQAL: “Hər kəsin sifətini gördüm”
16 Avqust 2017 Yeni dövlət yaradılsa, müharibə başlayacaq - Türkiyə
15 Avqust 2017 Ermənistan prezidenti fövqəladə iclas çağırmağa məcbur oldu
14 Avqust 2017 Erməni hüquq müdafiəçisi İlham Əliyevdən kömək istəyir: “Qızımı ermənilərdən xilas edin”
14 Avqust 2017 Liviyanın sabiq baş naziri oğurlandı
13 Avqust 2017 Əli Həsənovun nəvəsi lüks kameraya köçürülüb? - Rəsmi açıqlama
13 Avqust 2017 Almaniya XİN başçısı Donald Trampı tənqid edib
12 Avqust 2017 O, NƏVƏSİNƏ RƏHBƏRLİK EDƏ BİLMİRSƏ…” – YAP-çı deputat Əli Həsənovu ittiham etdi
12 Avqust 2017 Bu ölkə prezidenti xalq düşməni elan olundu
11 Avqust 2017 Rəsmi valyuta məzənnələri
11 Avqust 2017 "ƏLİ HƏSƏNOV GƏLDİ, NƏ SUALLARIMIZ VARDI VERDİK"
10 Avqust 2017 Daxili İşlər Nazirliyi: “Bu işgəncə deyildi”
10 Avqust 2017 Cənubi Koreyada Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı
10 Avqust 2017 Putindən İrəvana sərt xəbərdarlıq: Dərhal...
09 Avqust 2017 Dövlət İmtahan Mərkəzindən ixtisas seçiminə buraxılmış abituriyentlərə XƏBƏRDARLIQ
08 Avqust 2017 Prezidentin şərəfinə rəsmi ziyafət verilib
08 Avqust 2017 Boş qalan yerlərə ixtisas seçimi başlayıb
08 Avqust 2017 Türkiyə yenidən silkələndi
06 Avqust 2017 Daha bir ana və uşağı öldü - Həkim səhlənkarlığı
06 Avqust 2017 Sumqayıtdakı yanğınla bağlı rəsmi - Açıqlama
04 Avqust 2017 İlham Əliyev: "Dövlətimiz daha da güclənəcək!"
03 Avqust 2017 Lənkəranda 6 günlük körpəni quyuya doğma nənəsi atıbmış
02 Avqust 2017 Vəkil: Dilqəmlə Şahbazın azadlığa çıxmaq şansı yüksəkdir
01 Avqust 2017 Aeroport yolunda ağır qəza: ölən var - Foto/Video
01 Avqust 2017 Ramil Usubov amerikalı konqresmenlə görüşdü
31 İyul 2017 Bankın 45 milyonunu talayan şəxslərlə bağlı yeni qərar
31 İyul 2017 Bakıda tanınmış həkimə qarşı ağlasığmaz cinayət
30 İyul 2017 Üstü bağlı quyuda körpəni axtarmaq kimin ağlına gəlib?

Xəbər lenti