.
Azərbaycanda daha 3 təhsil müəssisəsi birləşdiriləcək.
BakuPost.az-ın əldə etdiyi məlumata görə, Təhsil Nazirliyində bununla bağlı artıq müzakirələr başlayıb. 
Gələn xəbərlərə görə, Bakı Dövlət Universitetinin Sosial-İqtisad kolleci, Xırdalanda yerləşən Sosial-Humanitar kollec və Azərbaycan Dövlət İqtisad Universitetinin tabeliyində olan Maliyyə-İqtisad kolleci birləşdirilir. Bildirilir ki, ilkin mərhələdə  Bakı Dövlət Universitetinin Sosial-İqtisad kolleci ilə  Xırdalanda yerləşən Sosial-Humanitar kollec birləşdiriləcək. Daha sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin tabeliyində olan Maliyyə-İqtisad kolleci də bu tərkibə qatılacaq. 
Kolleclərin birləşdirilməsinə səbəb kimi hər üç təhsil ocağının ayrı-ayrılıqda fəaliyyətinin səmərəsizliyi, izafi xərclərə gətirib çıxarması, deputat Zahid Orucun dediyi kimi "karton” istehsal edən təhsil müəssisələrinə çevrilməsi, tədrisin keyfiyyətinin aşağı olması göstərilir. 
Buna görə də hər üç kollecin profili müəyyən qədər fərqli olsa da, onların vahid bir təhsil mərkəzi altında birləşdirilməsi məqsədəuyğun hesab edilib. Çünki bu kolleclər mütəxəssis yetişdirilməsi siysətində tələblərə cavab vermir. 
Hazırda texniki hazırlıqların getdiyi və yaxın vaxtlarda rəsmi qərar qəbul olunacağı xəbər verilir. Ancaq təhsil ocaqlarının birləşdirilməsi prosesinin bununla məhdudlaşacağı gözlənilmir. 
Prezidentin qəbul etdiyi "Strateji Yol Xəritəsi” sənədində də təhsil sektorunda reformalarla bağlı mühüm müddəalar yer alır və onlardan biri də tədris keyfiyyəti aşağı olan müəssisələrin birləşdirilməsidir. 
Bu mərhələdə adıçəkilən üç kollecin də birləşməsi nəzərdə tutulur. Məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz baş tutmadı.
Qeyd edək ki, Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə qoşulub.
Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci, Şəki Pedaqoji Kolleci və Şəki Musiqi Kolleci birləşdirilərək Şəki Dövlət Regional Kolleci, Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci, Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci, Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci, Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb.
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn
18 Avqust 2017 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlanıb
16 Avqust 2017 Rusiya Baş Qərargah rəisi Türkiyəyə gedir
16 Avqust 2017 Deputatlar arasında QALMAQAL: “Hər kəsin sifətini gördüm”
16 Avqust 2017 Yeni dövlət yaradılsa, müharibə başlayacaq - Türkiyə
15 Avqust 2017 Ermənistan prezidenti fövqəladə iclas çağırmağa məcbur oldu
14 Avqust 2017 Erməni hüquq müdafiəçisi İlham Əliyevdən kömək istəyir: “Qızımı ermənilərdən xilas edin”
14 Avqust 2017 Liviyanın sabiq baş naziri oğurlandı
13 Avqust 2017 Əli Həsənovun nəvəsi lüks kameraya köçürülüb? - Rəsmi açıqlama
13 Avqust 2017 Almaniya XİN başçısı Donald Trampı tənqid edib
12 Avqust 2017 O, NƏVƏSİNƏ RƏHBƏRLİK EDƏ BİLMİRSƏ…” – YAP-çı deputat Əli Həsənovu ittiham etdi
12 Avqust 2017 Bu ölkə prezidenti xalq düşməni elan olundu
11 Avqust 2017 Rəsmi valyuta məzənnələri
11 Avqust 2017 "ƏLİ HƏSƏNOV GƏLDİ, NƏ SUALLARIMIZ VARDI VERDİK"
10 Avqust 2017 Daxili İşlər Nazirliyi: “Bu işgəncə deyildi”
10 Avqust 2017 Cənubi Koreyada Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı
10 Avqust 2017 Putindən İrəvana sərt xəbərdarlıq: Dərhal...
09 Avqust 2017 Dövlət İmtahan Mərkəzindən ixtisas seçiminə buraxılmış abituriyentlərə XƏBƏRDARLIQ
08 Avqust 2017 Prezidentin şərəfinə rəsmi ziyafət verilib
08 Avqust 2017 Boş qalan yerlərə ixtisas seçimi başlayıb
08 Avqust 2017 Türkiyə yenidən silkələndi
06 Avqust 2017 Daha bir ana və uşağı öldü - Həkim səhlənkarlığı
06 Avqust 2017 Sumqayıtdakı yanğınla bağlı rəsmi - Açıqlama
04 Avqust 2017 İlham Əliyev: "Dövlətimiz daha da güclənəcək!"
03 Avqust 2017 Lənkəranda 6 günlük körpəni quyuya doğma nənəsi atıbmış
02 Avqust 2017 Vəkil: Dilqəmlə Şahbazın azadlığa çıxmaq şansı yüksəkdir
01 Avqust 2017 Aeroport yolunda ağır qəza: ölən var - Foto/Video
01 Avqust 2017 Ramil Usubov amerikalı konqresmenlə görüşdü
31 İyul 2017 Bankın 45 milyonunu talayan şəxslərlə bağlı yeni qərar
31 İyul 2017 Bakıda tanınmış həkimə qarşı ağlasığmaz cinayət
30 İyul 2017 Üstü bağlı quyuda körpəni axtarmaq kimin ağlına gəlib?

Xəbər lenti