.
Millət vəkili Arif Rəhimzadə mətbuata verdiyi müsahibədə Rusiyanın Azərbaycan üçün önəmi ilə bağlı maraqlı fikirlər səsləndirib. Nə qədər qəribə olsa da, millət vəkili Azərbaycan xalqı və dövlətinin formalaşmasında Rusiyanın böyük rol oynadığını vurğulayıb. 
Maraqlıdır, Azərbaycana 300 illik əsarət yaşadan, Məmməd Əmin Rəsulzadənin qurduğu Cümhuriyyəti devirən, Azərbaycana Qarabağ boyda problem “hədiyyə edən” Rusiya doğrudanmı xalqımızın və dövlətimizin formalaşmasında böyük rol oynayıb? Millət vəkilinin Xocalı qətliamında bilavasitə iştirak edən Rusiya adlı qatili az qala xilaskar kimi təqdim etməsi nədən xəbər verir?
Asiya.info bildirir ki, Moderator.az - a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu A.Rəhimzadənin səsləndirdiyi fikirlərin tamamilə əsassız olduğunu vurğulayıb:
“A.Rəhimzadənin açıqlamaına öncə YAP reaksiya verməlidir. Çünki onlar Heydər Əliyevi müstəqil Azərbaycanın banisi hesab edirlər. A.Rəhimzadə isə açıq şəkildə deyir ki, Azərbaycan dövlətini Rusiya yaradıb. 
Bu adamın danışığında heç bir məntiq yoxdur. Əgər Rusiya imperiyadırsa, Azərbaycan imperiyanın tərkibindədirsə, keçmiş SSRİ çox böyük hərəkat nəticəsində dağılıbsa, Rusiya necə Azərbaycan dövlətini yarada bilər? Bu gün özünün keçmiş əraziləri hesab etdiyi respublikaların heç birinə suveren siyasət aparmağa imkan verməyən, onları basqı altında saxlayan Rusiya Azərbaycan dövlətini necə yarada bilər? Ukrayna müstəqil bir addım atdı, hansı ki, hər bir dövlət müstəqil xarici siyasət apara bilər. Dərhal Ukrayna ərazisini işğal etdi. Gürcüstan müstəqil bir addım atmaq istədi, onun da ərazilərini işğal etdi. Azərbaycan ərazilərini də Rusiya işğal altında saxlayır. A.Rəhimzadənin deməyindən belə çıxır ki, Azərbaycanın Rusiya tərəfindən işğalı Azərbaycan dövlətinin yaradılması deməkdir. 
Rusiya heç vaxt Azərbycan dövlətinin yaranmasında maraqlı olmayıb. Son 300 ildə Azərbaycanın bir dövlət kimi sıradan çıxmasında Rusiyanın fövqəladə xidmətləri mövcuddur. Rusiya Azərbaycan dövlətinin varlığı ilə barışmayıb və heç vaxt da barışmayacaq. A.Rəhimadənin dedikləri əslində yenidən Azərbaycan üzərində Rusiyanın təsirini bərpa etmək cəhdindən başqa bir şey deyil. Azərbaycana hücum edən, onu əsarətdə saxlayan, yeraltı-yerüstü sərvətlərini istismar edən, 1920-ci ildə, 1937-ci ildə, sonrakı dönəmlərdə minlərlə ziyalımızı genosidə məruz qoyan, Azərbaycan torpaqlarının yarısını özünə götürüb, yarısını Gürcüstana verən, yarısında isə Ermənistan dövləti yaradan Rusiyanın Azərbaycan dövlətinin yaradılmasında necə xidməti ola bilər?
A.Rəhimzadənin nəinki Mili Məclisdə təmsil olunmasına, Azərbaycan vətəndaşı adı daşımasına mənəvi haqqı yoxdur. Gərək İlham Əliyev bu məsələyə münasibət bildirə. Onlar bir tərəfdən deyirlər ki, Azərbaycan dövltəçiliyi H.Əliyevin adı ilə bağlıdır. A.Rəhimzadə isə iddia edir ki, bu, Rusiyanın işidir. İndi desinlər bilək ki, Azərbaycan dövlətini Rusiya yaradıb, yoxsa H.Əliyev? 
Bu qədər məsuliyyətsiz, bu qədər xalqa zidd mövqe tutan şəxsin parlamentdə təmsil olunması təəssüf doğurur. Bu gün parlamentdə müstəqillik, istiqlal tərəfdarı olan şəxslərin sayı barmaqla göstəriləcək qədərdir.  Onların da səsi çıxmır. A.Rəhimzadə kimi adamlar isə gündə bir fikir səsləndirir. O, bundan öncə də belə bir fikir bildirmişdi ki, “biz türk deyilik”. Sonra isə dedi ki, məni düz başa düşməyiblər və s. A.Rəhimzadə faktiki olaraq Azərbaycan dövlətinin əleyhinə iş aparır və kimsə reaksiya verən kimi dərhal sözünün təhrif edildiyini bildirir. Lakin onun bugünkü açıqlaması göstərir ki, onun “biz türk deyilik” fikri ilə bugünkü fikirləri eyni siyasi xəttin və təbliğatın davamıdır. 
Hesab edirəm ki, parlament sədri də bu adamın fəaliyyəti ilə bağlı ciddi qərarlar qəbul etməlidir”.
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn
18 Avqust 2017 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlanıb
16 Avqust 2017 Rusiya Baş Qərargah rəisi Türkiyəyə gedir
16 Avqust 2017 Deputatlar arasında QALMAQAL: “Hər kəsin sifətini gördüm”
16 Avqust 2017 Yeni dövlət yaradılsa, müharibə başlayacaq - Türkiyə
15 Avqust 2017 Ermənistan prezidenti fövqəladə iclas çağırmağa məcbur oldu
14 Avqust 2017 Erməni hüquq müdafiəçisi İlham Əliyevdən kömək istəyir: “Qızımı ermənilərdən xilas edin”
14 Avqust 2017 Liviyanın sabiq baş naziri oğurlandı
13 Avqust 2017 Əli Həsənovun nəvəsi lüks kameraya köçürülüb? - Rəsmi açıqlama
13 Avqust 2017 Almaniya XİN başçısı Donald Trampı tənqid edib
12 Avqust 2017 O, NƏVƏSİNƏ RƏHBƏRLİK EDƏ BİLMİRSƏ…” – YAP-çı deputat Əli Həsənovu ittiham etdi
12 Avqust 2017 Bu ölkə prezidenti xalq düşməni elan olundu
11 Avqust 2017 Rəsmi valyuta məzənnələri
11 Avqust 2017 "ƏLİ HƏSƏNOV GƏLDİ, NƏ SUALLARIMIZ VARDI VERDİK"
10 Avqust 2017 Daxili İşlər Nazirliyi: “Bu işgəncə deyildi”
10 Avqust 2017 Cənubi Koreyada Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı
10 Avqust 2017 Putindən İrəvana sərt xəbərdarlıq: Dərhal...
09 Avqust 2017 Dövlət İmtahan Mərkəzindən ixtisas seçiminə buraxılmış abituriyentlərə XƏBƏRDARLIQ
08 Avqust 2017 Prezidentin şərəfinə rəsmi ziyafət verilib
08 Avqust 2017 Boş qalan yerlərə ixtisas seçimi başlayıb
08 Avqust 2017 Türkiyə yenidən silkələndi
06 Avqust 2017 Daha bir ana və uşağı öldü - Həkim səhlənkarlığı
06 Avqust 2017 Sumqayıtdakı yanğınla bağlı rəsmi - Açıqlama
04 Avqust 2017 İlham Əliyev: "Dövlətimiz daha da güclənəcək!"
03 Avqust 2017 Lənkəranda 6 günlük körpəni quyuya doğma nənəsi atıbmış
02 Avqust 2017 Vəkil: Dilqəmlə Şahbazın azadlığa çıxmaq şansı yüksəkdir
01 Avqust 2017 Aeroport yolunda ağır qəza: ölən var - Foto/Video
01 Avqust 2017 Ramil Usubov amerikalı konqresmenlə görüşdü
31 İyul 2017 Bankın 45 milyonunu talayan şəxslərlə bağlı yeni qərar
31 İyul 2017 Bakıda tanınmış həkimə qarşı ağlasığmaz cinayət
30 İyul 2017 Üstü bağlı quyuda körpəni axtarmaq kimin ağlına gəlib?

Xəbər lenti