.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunu təsdiq edib.
 
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə aşağıdakı dəyişikliklər edilib:
1.1. 45-ci maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
"1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.”
1.2. 73-cü maddənin 1-ci hissəsinin ikinci cümləsində "Müddətli” sözü "Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli” sözləri ilə əvəz edilsin.
1.3. 77-ci maddə üzrə:
1.3.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:
"1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:
bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi;
bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi;
beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi;
on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi.”;
1.3.2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
"3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin "a” və "b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:
bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında;
bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında.”
1.3.3. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
"4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.”;
1.3.4. 5-ci hissə ləğv edilsin;
1.3.5. 6-cı hissədə "işçilərin işə düzəldiyi dövr ərzində daha uzun müddətə orta əməkhaqqının saxlanılması, habelə” sözləri çıxarılsın, "üçüncü” sözündən sonra ", dördüncü” sözü əlavə edilsin.
Maddə 2. Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
 
BakuPost.az
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn
21 Fevral 2018 Rusiyanın Afrin çağırışına Türkiyədən cavab gecikmədi
21 Fevral 2018 Sabahın havası: yağış, qar...
21 Fevral 2018 Nazillidə Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışı olub.
21 Fevral 2018 “Azərbaycan nə qədər silah alır, bu, Ermənistanın məhvidir” – ABŞ kəşfiyyatı düşməni QORXUTDU
20 Fevral 2018 Bu nazirliklərin adı da dəyişəcək - Akademik
20 Fevral 2018 Prezident borcların silinməsini təklif edib - Layihə
19 Fevral 2018 Ziya Məmmədovun İsmayıllıdakı villası YANDI
18 Fevral 2018 İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib
18 Fevral 2018 Azərbaycandan Türkiyəyə “AFRİN” hərəkatına dəstək-VİDEO
17 Fevral 2018 Milli Məclisin deputatları Rusiyada prezident seçkisini izləyəcəklər
17 Fevral 2018 Fevralın 26-da, saat 17-də... - Generaldan tapşırıq
16 Fevral 2018 Rəsmi Bakı Rusiya XİN-ə cavab verdi
15 Fevral 2018 Sakaryada “Tək Millət, tək göz yaşı – Xocalı” adlı gecə keçirilib
15 Fevral 2018 Bu icra başçıları ilə bağlı ölçü götürüləcək - Açıqlama
14 Fevral 2018 Generallar media rəhbərləri ilə görüşdə - Foto
14 Fevral 2018 Bu ölkələrin nazirləri Bakıya gəlir
13 Fevral 2018 "Azerbaycan ve Türkiyemiz, birliğimiz inşallah daha da güclenecek!"-Q.Paşayeva
12 Fevral 2018 Ombudsman Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
12 Fevral 2018 Milli Məclis sabah 18 məsələyə görə toplanacaq
11 Fevral 2018 Starteji yol xəritəsi: İrəvana qayıdış prosesi...
11 Fevral 2018 Bakıda sərnişin avtobusu yandı - Ölən və yaralanan varmı? (AÇIQLAMA)
10 Fevral 2018 Erməni ekspert: Bizi fəlakət gözləyir...
10 Fevral 2018 Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
09 Fevral 2018 "İrəvanda Milli maarifçilik mühiti"
09 Fevral 2018 Vüqar Rəhimzadə YAP-ın qurultayı HAQDA
09 Fevral 2018 Rusiyadan Ankaraya yaşıl işıq: Türk ordusu hücuma keçdi
08 Fevral 2018 Elmar Məmmədyarov Brüsselə getdi
07 Fevral 2018 Saytlar bu başlıqlara görə - Məhkəməlik ola bilərlər!
07 Fevral 2018 Abel Məhərrəmov rektorluqdan gedir?-BDU-dan təkzib
07 Fevral 2018 XİN-dən İsveçrə parlamentinin spikerinə ETİRAZ

Xəbər lenti