.
“Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan Dillər Universitetinin yenidən təşkili, universitetə publik hüquqi şəxs statusunun verilməsi barədə imzaladığı sərəncam çox ciddi bir sənəddir”.
 
APA-nın xəbərinə görə, bunu ADU-nun rektoru, akademik Kamal Abdulla deyib.
 
Rektor bildirib ki, sərəncama əsasən universitetin nizamnaməsi yenidən hazırlanacaq, profildə nəzərdə tutulan istiqamətlər genişlənəcək: “Sərəncama əsasən universitetin öz daxili quruluşunda daha çox müstəqillik əldə etdiyi göz qabağındadır. Bu müstəqillik hər bir bölmənin qarşısında yeni üfüqlər açacaq. Bu, həm də yeni ixtisasların, yeni qurumların, yeni elmi-tədqiqat institutların yaradılması deməkdir”.
 
K. Abdulla qeyd edib ki, ADU-nun genişlənməsi pərakəndəliyə gətirib çıxarmamalıdır: “Bu sərəncam bizi bu gün və sabah üçün öz imkanlarımızı səfərbər etməyə, təhsil istiqamətində öz sözümüzü deməyə səsləyir”.
 
ADU-nun tədris işləri üzrə prorektoru Əfqan Abdullayev qeyd edib ki, ADU bu etimada layiq görülən ikinci ali təhsil müəssisəsidir: “Bu ilin sonuna kimi müvafiq hüquqi sənədlər - iki ay müddətinə Nazirlər Kabineti tərəfindən universitetin nizamnamə layihəsi hazırlanmalıdır. Bundan sonra bizim fəaliyyət dairəmiz genişlənəcək. Beynəlxalq təhsil layihələrində daima Təhsil Nazirliyinə universitetlərin müstəqilliyinin artırılması təklif edilirdi. Cənab prezidentin imzaladığı sərəncam artıq universitetə fəaliyyət müstəqilliyi verən sənəddir. Eyni zamanda idarəetmə mexanizmi işlək və sadə olacaq”.
 
Ə. Abdullayevun sözlərinə görə, bu sərəncama əsasən ADU-nun maliyyə imkanları cəlb etmə imkanları artacaq.
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn
16 Oktyabr 2017 Nazir Cocuq Mərcanlıda məktəbə baş çəkdi
16 Oktyabr 2017 Müşfiq Mədətov danışdı - “Şikayətçi deyiləm”
16 Oktyabr 2017 Səfir: “Azərbaycan ABŞ üçün mühüm ölkədir”
15 Oktyabr 2017 Zakir Həsənov Gürcüstana gedir
14 Oktyabr 2017 Ombudsman Aparatının əməkdaşları cəbhə xəttində olub
13 Oktyabr 2017 Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
13 Oktyabr 2017 Türkiyə ordusu İdlibə girdi - Döyüşlər başlayır (Video)
12 Oktyabr 2017 Prezidentdən sərəncam - Yeni nazir təyin edildi
12 Oktyabr 2017 “Belə bir qurum kimə və nəyə lazımdır?” - Prezidentin köməkçisi
12 Oktyabr 2017 Sevil Əliyevanın ad günüdür-FOTOLAR
11 Oktyabr 2017 Avropa Şurası Ermənistanı buna vadar etməlidir - Deputat
11 Oktyabr 2017 Bu qurum konkret sifariş yerinə yetirir - Əli Həsənov
11 Oktyabr 2017 Vitse-prezidentdən Azad Rəhimova ağır ittihamlar
11 Oktyabr 2017 “Ermənistan qısa zamanda böyük itkilərə uğrayacaq”
10 Oktyabr 2017 Polad Bülbüloğlu namizədliyini geri götürdü
10 Oktyabr 2017 Ərdoğan Serbiyaya getdi
09 Oktyabr 2017 AŞPA-nın yeni prezidentini səsvermənin ikinci turunda da seçmək mümkün olmayıb
09 Oktyabr 2017 Sabahdan soyuqlar başlayır - QAR YAĞACAQ - XƏBƏRDARLIQ
08 Oktyabr 2017 ABŞ şokda: Fövqəladə vəziyyət elan olundu
07 Oktyabr 2017 Elmar Məmmədyarov Gürcüstana işgüzar səfər edəcək
07 Oktyabr 2017 Dəhşətli yol qəzası: Baş nazirin müavini, köməkçisi və sürücü öldülər - FOTOLAR
06 Oktyabr 2017 Azərbaycan dənizçilərinin İrana səfəri başlayıb
06 Oktyabr 2017 Millət vəkilindən erməni nümayəndələrinə tutarlı cavab
05 Oktyabr 2017 Mətbuat Şurası şikayətlərə baxıb
05 Oktyabr 2017 Q.Paşayeva: Müəllimliyi hər zaman müqəddəs peşə hesab etdim
04 Oktyabr 2017 Elmlər Akademiyası özəlləşdirilə bilməz - AÇIQLAMA
03 Oktyabr 2017 Xarici İşlər Nazirliyi bəyanat verdi
02 Oktyabr 2017 ABŞ tarixində ən qorxunc QƏTLİAM - 50 ölü, 200 yaralı
02 Oktyabr 2017 Sabah Azərbaycanda leysan olacaq, sulu qar, qar yağacaq
02 Oktyabr 2017 Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölənlər atasında ata ilə qızı da var (YENİLƏNİB)

Xəbər lenti