.

Azərbaycan Mətbuat Şurası AFN.az-ın təhqir olunan əməkdaşı Həbibə Abdullanın müdafiəsinə qalxıb.

Asiya.info xəbər verir ki, bu barədə Mətbuat Şurası aşağıdakı açıqlamanı yayıb:
"Söz və ifadə azadlığının təmin oluduğu, informasiya əldə edilməsi sahəsində təkmil qanunverilicik bazasının yarandığı Azərbaycanda bu ali dəyərlərə uyğun məsuliyyət kateqoriyaları və mexanizmləri müəyyənləşib. Mövcud durumda hər kəsin, xüsusən məmurların, tutduğu mövqe və status ictimai əhəmiyyət daşıyan, cəmiyyətin diqqət mərkəzində olan vəzifəli şəxslərin üzərinə düşən konkret öhdəliklər var. Dövlətə, Vətənə sədaqət, dürüstlük və vicdanlılıq meyarları həmin öhdəliklərə yanaşma tərzinə əsasən ölçülür.
Cəmiyyətin informasiya ilə təminatında iki qütb iştirak edir ki, bunlardan biri jurnalistlərdirsə, digəri informasiya daşıyıcıları olan hüquqi və fiziki şəxslərdir. Bu iki qütbün bir-birilə münasibətlərinin düzgün qurulması, qarşılıqlı əməkdaşlığa əsaslanması yalnız etik dəyərlər baxımından prioritet göstərici deyil, eyni zamanda qanunlarımızın tələbidir. Buna görə onların hər ikisinin fəaliyyətlərinə həssas yanaşmaları, daşıdıqları missiyanın məsuliyyətini dərindən dərk etmələri mütləq şərtdir. Təəssüf ki, cəmiyyətimizdə bunu nəzərə almayanlar da var. "Azerbaijan Favorite News” (www.afn.az) saytının əməkdaşı Həbibə Abdulla ilə bağlı yaşanmış olay bunu deməyə əsas verir.
H.Abdulla Azərbaycan Mətbuat Şurasına ünvanladığı açıq məktubunda Gəncə Dövlət Universitetinin Etika komissiyasının və Tədrisə nəzarət komissiyasının sədri Əliqulu Quliyev, həmçinin Bakı şəhərindəki 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev tərəfindən təhqir olunduğunu, hədə-qorxulara məruz qaldığını bildirib. Onun məsələ ilə bağlı izahatlarından gəlinən qənaət bundan ibarətdir ki, jurnalist peşə öhdəliklərinə uyğun işin icrasına məsuliyyətlə yanaşdığı halda, nalayiq münasibətlə üzləşib". 
Açıqlamada daha sonra bildirilib ki, Mətbuat Şurası jurnalistlərin səlahiyyətlərindən irəli gələn fəaliyyəti yerinə yetirmələri zamanı hər hansı xoşagəlməz rəftarla, qanunsuzluqla üzləşmələri faktlarını qətiyyətlə pisləyir: "Şuranın H.Abdulla ilə bağlı duruma yanaşması da eyni mövqedən qaynaqlanır. Heç bir halda cəmiyyətdə elə təəssürat yaranmamalıdır ki, hansısa media orqanının əməkdaşı peşə vəzifəsini icra edərkən təhqirə və hədə-qorxuya məruz qala bilər. Buna dair şübhənin olması belə demokratik cəmiyyət quruculuğu prinsiplərinə zidd təmayüldür. Tutduğu statusdan asılı olmayaraq, hər bir vəzifə sahibinin məsələni məhz bu kontekstdə dəyərləndirməsi mütləqdir.
Azərbaycan Mətbuat Şurası müvafiq dövlət qurumlarını jurnalist Həbibə Abdulla ilə bağlı məsələni diqqətdə saxlamağa, insidenti dərindən araşdırmağa çağırır. Şura əmindir ki, günahkarların qanunlarımız çərçivəsində məsuliyyət daşımalarının təmin olunmasına həssas yanaşılacaq, bu istiqamətdə zəruri ölçü götürüləcəkdir".Unikal.org
21 İyul 2019 Ukraynanın Azərbaycandakı səfirliyində səsvermə başlayıb
20 İyul 2019 Avstraliyalı səfirə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verildi
20 İyul 2019 Pompeo Trampın İranla danışıqlara hazır olduğunu təsdiqləyib
20 İyul 2019 Putin: Zelenski gəldi, amma vəziyyət dəyişmədi
19 İyul 2019 Qazaxıstan Prezidenti Azərbaycandakı səfiri geri çağırdı və...
18 İyul 2019 Deputatdan sərhəddəki insidentə reaksiya: Ermənilər yenidən hücum edə bilər
18 İyul 2019 Türkiyə NATO-nu tərk edir? - ABŞ rəsmisi açıqladı
17 İyul 2019 Yeni qurum yaradıldı - Baş nazirdən QƏRAR
16 İyul 2019 “Sərhəddi keçən adam güllələnməlidir” – Aqil Abbasdan sərt çağırış
16 İyul 2019 Polis veteranları iş başında: 2600 cinayət açıldı
16 İyul 2019 Temperatur yüksəlir: 38 dərəcə isti...
15 İyul 2019 Şəkidə xəsarət alanlardan biri dünyasını dəyişdi
14 İyul 2019 Şəki Fövqəladə Hallar Komissiyasının sədri: "Yaralıların həyatı üçün təhlükə yoxdur"
13 İyul 2019 Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə MÜRACİƏT ETDİ
13 İyul 2019 Vergilər Nazirliyinə yeni səlahiyyətlər verilib
13 İyul 2019 Polisin döyüldüyü silahlı insidentlə bağlı - Rəsmi açıqlama
12 İyul 2019 Təhsil nazirindən tədris ili bağlı - Əmr
12 İyul 2019 Vilayət Eyvazov ilk kollegiya iclasını keçirir
12 İyul 2019 Türkiyədən Şərqi Aralıq xəbərinə reaksiya: Əsassızdır!
06 İyul 2019 İki hərbçimiz həlak oldu - Hərbi hissədə bədbəxt hadisə
05 İyul 2019 Azərbaycan daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyinat oldu
04 İyul 2019 "Parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək" - Əli Əhmədov
04 İyul 2019 Bu abituriyent imtahana buraxılmayacaq! - DİM
03 İyul 2019 Səfər Mehdiyev mayoru işdən çıxardı: rüşvətə görə...
03 İyul 2019 Paşinyandan sensasiya: Qarabağdan çıxırıq - Foto
03 İyul 2019 Qazaxıstan nüvə silahından imtinanı rəsmiləşdirdi
02 İyul 2019 Zəhranı öldürən İrəvanın “insan haqları” iddiası...
02 İyul 2019 2 iyul - Polis Günüdür!
02 İyul 2019 ABŞ hücum etsə, İran İsraili məhv edəcək - BƏYANAT
30 İyun 2019 “UNESCO ailəsinin üzvü olmaq mənim üçün böyük şərəfdir” - Mehriban Əliyeva

Xəbər lenti