.

Milli Məclisin deputatı, Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Azərbaycan millisinin Slovakiyaya 1:5 hesablı məğlubiyyətindən və buna görə azarkeşlərin AFFA rəhbərliyini istefaya çağırmasından danışıb. 
Asiya.info xəbər verir ki, Ağacan Əbiyev Demokrat.az-a açıqlamasında bildirib ki, azarkeşlər öz işlərilə məşğul olmalıdırlar:
"Məgər dünyada uduzan yalnız Azərbaycan komandasıdır? Zaman-zaman İngiltərə, Fransa və digər ölkələrin futbol komandaları da uduzurlar. Məgər komanda hər uduzanda məşqçi, AFFA rəhbərliyi dəyişməlidir? Hesab edirəm ki, azarkeşlər gedib öz işlərilə məşğul olsunlar. Onların AFFA-nın, futbolçuların işinə qarışmağa ixtiyarları yoxdur. Komanda uduzursa, azarkeşlərin nə deməsinin əhəmiyyəti yoxdur. Azarkeşin işi gəlib futbolu seyr etməkdir. Heç kəs azarkeşləri məcburi stadiona gətirmir. Əgər azarkeşlər komandanın oyununu bəyənmirlərsə, baxmasınlar. Onları kimsə məcbur etmir".
Deputat deyib ki, əgər azarkeşlər belə ağıllıdırlarsa və futbolu daha yaxşı bilirlərsə, buyurub özləri oynasınlar:
"Görək, azarkeşlər futbol oynayanda necə udurlar? Bəs komandamız qalib gələndə niyə azarkeşlər təşəkkür etmirlər? Bir komanda udanda digəri uduzar, bu həyatın qanunudur. O gün Fransa komandası da 2:0 hesabı ilə uduzdu. İndi buna görə istefa oldu? Mən yenə deyirəm ki, hansısa idman azarkeşlərinin istəyilə AFFA rəhbərliyini və məşqçiləri dəyişmək olmaz. Dünyanın heç yerində belə təcrübə yoxdur. Digər tərəfdən isə dünyada elə dövlətlər var ki, onlar futbolun inkişafına Azərbaycandan dəfələrlə çox vəsait ayırırlar. Ancaq Azərbaycan komandası onlardan üstün olur. Nədənsə bizim azarkeşlərin işi futbolçuların pulunu saymaqdır. Onu da düzgün saya bilmirlər. Mən yenə deyirəm. Bu futboldur, komanda udar da, uduzar da. Azarkeşlər gedib futbollarını izləsinlər. Digər məsələlərlə futbolçular məşğul olur". 
19 Sentyabr 2019 25 yaşlı qadının vurulduğu an -Anbaan Video
19 Sentyabr 2019 “O, müdrikcəsinə sübut etdi ki...” - Əli Həsənov
18 Sentyabr 2019 Güləşçimiz 2-ci dəfə dünya çempionu oldu
17 Sentyabr 2019 Ərdoğan: “İki həftə içində ABŞ-la anlaşmasaq, planımızı tətbiq edəcəyik”
16 Sentyabr 2019 Rəislər Vilayət Eyvazova hesabat verdi
13 Sentyabr 2019 Deputat: Jurnalistlər münaqişə zonasındakı vəziyyətlərə hazır olmalıdırlar
13 Sentyabr 2019 Prezident Bakı məktəbində - Fotolar
07 Sentyabr 2019 Deputatdan etiraf: Bunu ən çox imkanlı şəxslər edir, qanun tam gücü ilə işləmir
07 Sentyabr 2019 Nəcməddin Sadıqovun bacısı dünyasını dəyişdi
04 Sentyabr 2019 Parlamentdə uşaq pulunun 6 yaşadək uşaqlara verilməsi təklif ediləcək
31 Avqust 2019 Nazirlik işəgötürənlərə müraciət etdi
31 Avqust 2019 “Semaşko”da həkim uşağı 1900 manata sünnət edib - Fotofakt
29 Avqust 2019 Kolleclərə qeydiyyat başa çatır
28 Avqust 2019 Mingəçevir İES-də bədbəxt hadisə: fəhlə yanaraq öldü
27 Avqust 2019 Ağsuda yenidən yanğın başladı
24 Avqust 2019 Arif Alışanovun qardaşı işdən çıxarıldı - Yeni təyinatlar
23 Avqust 2019 Hava hücumundan müdafiə bölmələri döyüş atışları icra edib - VİDEO
22 Avqust 2019 Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI — Növbəti iki gün diqqətli olun
21 Avqust 2019 Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul etdi
20 Avqust 2019 Vaxtı keçmiş qəndləri yenidən emal edən sex bağlandı - FOTO
20 Avqust 2019 Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb
17 Avqust 2019 MTN sabiq naziri necə tutdu? - Vəkildən YENİ SİRLƏR
16 Avqust 2019 Bakıda itkin düşən bacı-qardaş tapılıb, hadisəni törədən qadın tutulub - RƏSMİ
15 Avqust 2019 Bakı müraciət etdi: Bu olmasa, müharibə başlayacaq
14 Avqust 2019 Sabahdan ali təhsil müəssisələrinə qeydiyyat başlayır
14 Avqust 2019 "Palmali": "Məmməd Əmin Rəsulzadə gəmisində ciddi dağıntılar yaranıb"
13 Avqust 2019 İlahiyyatçı: Qoyuna deyil, ehtiyacı olanlara paltar almaq lazımdır
11 Avqust 2019 Azərbaycan və İran prezidentləri Soçidə təkbətək görüşəcək
11 Avqust 2019 Müdafiə nazirinin Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki
11 Avqust 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Xəbər lenti