.

Pensiya sahəsində aparılan islahatlar 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçıların 60 faizi deməkdir, 40 faiz isə yaddan çıxmayıb. Orta əmək haqqı artımı proqnozumuz bu il 15 faizdir.

Buna uyğun olaraq, yanvar ayının 1-dən indeksiya ilə bütün pensiyaçılarımızı pensiyaları əlavə olaraq 15 faiz artacaq. Bu, proqnozdur. Pessimist proqnozumuzla 12-13 faiz artım gözlənilir, orta proqnoz 15 faizdir. Bunun nəticəsində, gələn il yanvarın 1-dən bütün pensiyalar həmin proqnoza uyğun olaraq indeksasiya ediləcək.
Qərar ümumi orta aylıq əmək haqqı artımı təsdiq olunandan sonra verilir. Lakin yanvarın 1-dən hesablanaraq ödənildiyinə görə, fevralın sonunda hər 2 ayın ödənişini birgə alırlar.
Unikal.org xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə bir ildən artıq müddətdə ölkədə silsilə sosial islahatlar həyata keçirilir:
“Prezidentin siyasətinin ana xəttində Azərbaycan vətəndaşının rifahı durur və görülən bütün işlər məhz bu sahəyə istiqamətlənir. İlin əvvəlində sosial paketlərin birinci mərhələsi təsdiq olundu və birinci mərhələ çərçivəsində üç milyondan çox vətəndaşımızın həyatına birbaşa təsir edən qərarlar qəbul edildi.
Minimum əmək haqqı, minimum pensiya, sosial müavinətlər, təqaüdlər və başqa ödənişlər artırıldı. Dövlət başçısı bu artımları tətbiq edərkən növbəti islahatın anonsunu verdi. Artıq Prezident sosial islahatların ikinci paketini imzaladı. Bu paket çox əhatəlidir, geniş bir spektri əhatə edir. Burada minimum əmək haqqı təkrar 40 faiz artırılır.
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumundan ciddi şəkildə artırılaraq təsbit edildi. Azərbaycanda yaşayış minimumunun 250 manat təsbit edilməsi birbaşa onun göstəricisidir ki, Azərbaycan sosial dövlət istiqamətində əmin addımlarla irəliləyir. 1 milyon 350 min insanın əmək haqqının artması, heç də o demək deyil ki, onlar 250 manatdan aşağı əmək haqqı alırdılar.
Minimum əmək haqqının 250 manat təsbit edilməsi ilə bağlı dövlət idarəetmə sistemində, eyni zamanda özəl şirkətlərdə də müəyyən maaş cədvəli, maaş pillələri olacaq. Alt pillə artdığı anda, yuxarı pillələr mərhələlərlə artmalı olur. Ona görə də, ümumilikdə 1 milyon 350 min insanın əhatə edilməsi muzdla işləyən insanların 80 faizinin bu islahat çərçivəsində əhatə olunması deməkdir”.
16 Noyabr 2019 Zakir Həsənov generalları topladı – Göstərişlər verdi
16 Noyabr 2019 Baş nazir Əli Əsədov qərar imzalayıb...
16 Noyabr 2019 UNESKO ilə Azərbaycan: dünya irsini qorumaq naminə əməkdaşlıq
16 Noyabr 2019 Vilayət Eyvazovdan yeni - TƏYİNAT
14 Noyabr 2019 Rusiya Türkiyə sərhədində tikdiyi bazada S-400-lər yerləşdirəcək
14 Noyabr 2019 Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
14 Noyabr 2019 UNESKO-da nümayəndə heyətimiz erməni yalanlarını ifşa etdi
13 Noyabr 2019 ““Uşaq pulu”na 18-35 milyard pul lazımdır” - Nazir
12 Noyabr 2019 AMEA-da idarə və şöbələr ləğv olundu - Ramiz Mehdiyevdən SƏRƏNCAM
12 Noyabr 2019 Meksika Evo Moralesə siyasi sığınacaq verdi
09 Noyabr 2019 Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik
08 Noyabr 2019 Moskvadan Bakının notasına cavab: Hər hansı görüş olmayıb
08 Noyabr 2019 “Türküstan yelləri öpüb alnını…” - Əli Həsənov Azərbaycan bayrağından yazdı
07 Noyabr 2019 Prezident Musa Yaquba ev verdi
05 Noyabr 2019 Ərdoğan: "Qərb ölkələri erməni terroruna münasibət bildirmirlər"
01 Noyabr 2019 Rövnəq Abdullayevin onların vəzifəsini dəyişdirdi - SİYAHI
01 Noyabr 2019 “Azəriqaz” rəhbəri vəzifədən azad edilir… - Açıqlama
01 Noyabr 2019 ABŞ və Rusiyanın əsl dərdi budur – Ərdoğan
31 Oktyabr 2019 Rektor Nurlana Əliyeva görün kiminlə quda imiş…
30 Oktyabr 2019 İrəvan Azərbaycan ərazisidir — Rus alim xəritə yaydı
29 Oktyabr 2019 "Məmurların çoxu öz biznesini dövlət pulları hesabına qurublar" - Vahid Əhmədov
28 Oktyabr 2019 Azərbaycan və ABŞ Müdafiə nazirləri görüşdü
27 Oktyabr 2019 Ərdoğan Bağdadinin öldürülməsindən yazdı - Foto
27 Oktyabr 2019 Azərbaycanlı qız Pozneri belə susdurdu - Video
26 Oktyabr 2019 Hadi Rəcəbli: Milli Məclisdə yatan deputatın olmasının tərəfdarı deyiləm
25 Oktyabr 2019 Ermənistan Müdafiə Nazirliyi Hatamyana əlillik statusu verməkdən imtina edir
25 Oktyabr 2019 Tramp terroçuya təşəkkür edib
23 Oktyabr 2019 "Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edildi
23 Oktyabr 2019 AMEA yeni prezident seçir
23 Oktyabr 2019 İqtisadiyyat naziri Mikayıl Cabbarov oldu

Xəbər lenti