.


İyunun 30-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycanda səfərdə olan UNESCO-nun Baş direktoru xanım Odre Azule ilə görüşüb.

Asiya.info xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizə gəldiyinə görə UNESCO-nun Baş direktoru Odre Azuleyə minnətdarlığını bildirib. Təşkilatın Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayan UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Odre Azulenin həmin tədbirə diqqətinin bu sessiyanın uğurla keçəcəyinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Mehriban Əliyeva Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın bir çox sahələrdə - mədəniyyət, elm, təhsil və digər istiqamətlərdə çox uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıb.
“Bütün bu illərdə birgə keçirilən toplantılarda, böyük beynəlxalq tədbirlərdə UNESCO ailəsinin üzvü olmaq mənim üçün çox xoşdur, böyük şərəfdir”, - deyən Mehriban Əliyeva bu il əməkdaşlığımızın 27-ci ildönümünün qeyd ediləcəyini bildirdi, dünya mədəniyyət irsinin qorunmasında gələcəkdə də çox uğurlu əməkdaşlıq quracağımıza əminliyini ifadə edib.
UNESCO-nun xoşməramlı səfiri onu da bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra mədəni, tarixi və dini irsin qorunması Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib və son illərdə Azərbaycanda UNESCO-nun tərəfdaşlığı ilə bir sıra möhtəşəm beynəlxalq forumlar, tədbirlər uğurla təşkil edilib. UNESCO-nun Baş direktorunun ölkəmizə səfərinin uğurlu keçəcəyinə əminliyini ifadə edən Mehriban Əliyeva ümidvar olduğunu bildirdi ki, bu səfər çərçivəsində Odre Azule Azərbaycanla, paytaxtımızla daha yaxından tanış olacaq və xalqımızın qonaqpərvərliyini hiss edəcək.
UNESCO-nun Baş direktoru Odre Azule Parisdə təşkilatın baş qərargahında Mehriban Əliyeva ilə görüşünü xatırladı və UNESCO üçün ən mühüm tədbir olan Ümumdünya İrs Komitəsinin növbəti sessiyasının üzv dövlətlər arasında məhz Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirdi. UNESCO-nun Baş direktoru növbəti günlərdə bütün ölkələrin nümayəndələrinin Bakıda bir araya gələrək dünya irsinin qorunması üçün görülməsi vacib olan tədbirləri müzakirə edəcəklərini vurğuladı. Odre Azule UNESCO üçün mühüm əhəmiyyət kəsb edən və 2500-ə yaxın iştirakçının qatılacağı bu sessiyanın Azərbaycanda keçirilməsinə görə təşəkkürünü bildirib.
Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və UNESCO-nun Baş direktoru Odre Azule birgə nahar ediblər.
17 İyul 2019 Yeni qurum yaradıldı - Baş nazirdən QƏRAR
16 İyul 2019 “Sərhəddi keçən adam güllələnməlidir” – Aqil Abbasdan sərt çağırış
16 İyul 2019 Polis veteranları iş başında: 2600 cinayət açıldı
16 İyul 2019 Temperatur yüksəlir: 38 dərəcə isti...
15 İyul 2019 Şəkidə xəsarət alanlardan biri dünyasını dəyişdi
14 İyul 2019 Şəki Fövqəladə Hallar Komissiyasının sədri: "Yaralıların həyatı üçün təhlükə yoxdur"
13 İyul 2019 Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə MÜRACİƏT ETDİ
13 İyul 2019 Vergilər Nazirliyinə yeni səlahiyyətlər verilib
13 İyul 2019 Polisin döyüldüyü silahlı insidentlə bağlı - Rəsmi açıqlama
12 İyul 2019 Təhsil nazirindən tədris ili bağlı - Əmr
12 İyul 2019 Vilayət Eyvazov ilk kollegiya iclasını keçirir
12 İyul 2019 Türkiyədən Şərqi Aralıq xəbərinə reaksiya: Əsassızdır!
06 İyul 2019 İki hərbçimiz həlak oldu - Hərbi hissədə bədbəxt hadisə
05 İyul 2019 Azərbaycan daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyinat oldu
04 İyul 2019 "Parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək" - Əli Əhmədov
04 İyul 2019 Bu abituriyent imtahana buraxılmayacaq! - DİM
03 İyul 2019 Səfər Mehdiyev mayoru işdən çıxardı: rüşvətə görə...
03 İyul 2019 Paşinyandan sensasiya: Qarabağdan çıxırıq - Foto
03 İyul 2019 Qazaxıstan nüvə silahından imtinanı rəsmiləşdirdi
02 İyul 2019 Zəhranı öldürən İrəvanın “insan haqları” iddiası...
02 İyul 2019 2 iyul - Polis Günüdür!
02 İyul 2019 ABŞ hücum etsə, İran İsraili məhv edəcək - BƏYANAT
29 İyun 2019 SEYİDOVA GENERAL-MAYOR RÜTBƏSİ VERİLDİ
29 İyun 2019 Əli Nağıyevin yerinə O, TƏYİN EDİLDİ
27 İyun 2019 "Uşaq pulu həll edilsin!" – Deputat
27 İyun 2019 26 yaşlı gənc anaya dəstək olaq, 3 körpəsi var...- Foto
26 İyun 2019 Eldar Əzizov yanğın baş verən əraziyə getdi
26 İyun 2019 Azərbaycanda Silahlı Qüvvələr Günüdür
26 İyun 2019 Fuad Abbasov Bakıda: Fəaliyyətimi davam etdirəcəyəm
25 İyun 2019 Deputat İqbal Məmmədova ağır itki üz verdi

Xəbər lenti