.


İyulun 14-də “Keşikçidağ” bir qrup Gürcüstan vətəndaşının Azərbaycan sərhədçilərini provokasiyaya çəkməsinin səs-küyü hələ də səngimir. Bəs Azərbaycan cəmiyyətində böyük etiraz doğuran bu insidentin baş verməsinin arxasında yatan səbəblər nədir? Bundan sonra eyni halın təkrarlanmaması üçün nə etməliyik? Bakupost.az bu suallara cavab almaq üçün Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas və Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə müraciət edib. 
 
A.Abbas bildirib ki, Azərbaycan dövləti baş vermiş insidentlə bağlı Gürcüstana xəbərdarlıq etməlidir: “Ölkəmizdəki Gürcüstan Səfirliyinə nota verilməlidir ki, bir də belə hal təkrarlansa, Azərbaycan ordusu sizə layiqli cavabı verəcək. Bu çox ağır hadisədir, provokasiyadır. Arxasında nə gizləndiyini hələ bilmək olmur. Bu hadisədə başqalarının da əli ola bilər ki, gürcülərlə aramızı vursunlar”. 
Deputat deyib ki, azərbaycanlılar gedib pullarını Gürcüstana tökməsinlər: “Həqiqətən bu hədisə mənə pis təsir etdi. Gərək sərhədçilər döyülsə də, silahı verməyəydi. Gürcüstan dövləti bizdən üzr istəməli, sərhəçilərinə tapşırıq verməlidir ki, sərhəddə azərbaycanlılarla normal davransınlar. Eləcə də öz vətəndaşlarına. Əks halda, bu dövlətlər arasında münaqişələrə səbəb ola bilər”.
A.Abbasın sözlərinə görə, Azərbaycan sərhədçilərinin gürcülərə atəş açmağa hər cür haqqı var idi: “Sərhəddimi keçmisən, qanunu pozmusan. Amma bunun sonrası nə olacaqdı, mən bilmirəm. Qələt edib qayıdacaqlar yerlərinə. Yəni nə edəcəkdilər?! Sərhədi keçən adam güllələnməlidir. Bu, bütün dünyanın qanunlarındadır. Rusiya təyyarəsi bir neçə saniyə Türkiyənin üstündən uçmuşdu, onu vurmuşdular. Bu, mənim sərhəddimdir sən burdan necə keçəcəksən?”

Zəlimxan Məmmədli: “Bu, Rusiya və İranın təxribatı idi”

Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də hesab edir ki, baş verən hadisə kiminsə təxribatıdır: “Bu, gürcülərin əvvəlcədən hazırladığı təxribatdır. Bəlkə də Gürcüstanın daxilindəki gərginlikdən diqqət yayındırmaq, həmçinin, Rusiyanın maraqlarına uyğun olaraq, Gürcüstan və Azərbaycan münasibətlərini gərginlikdə saxlamaq məqsədi daşıyır. Bu, gürcülərin tarixi missiyasıdır”.
Cəmiyyət sədrinin fikrincə, sadə bir gürcü vətəndaşı sərhəddə belə davranış sərgiləyə bilməz: “Bunun arxasında nələrsə durur. Əsasən də Kreml və Tehranın durduğunu düşünürəm. Çünki İranın ətrafında halqalar daralır. Eynilə də Rusiyaya embarqolar qoyulduğu bir zamanda Gürcüstanı bu iki dövlətə təslim eləmək xətti var. Dolayı yolla ABŞ və Avropanın maraqlarına zərbə vurmaq məqsədi var. Bu hallar də pula işləyən insanlar vasitəsi ilə görülür. Belə insanlar da hər yerdə var”.
Azərbaycanın bu təxribata necə cavab verməli olduğu barədə də danışan Z.Məmmədli bildirib ki, əgər biz iqtisadi yollarla onlara xəbərdarlıq etsək, məsələn, satdığımız qazı bahalaşdırsaq, bu, gürcü cəmiyyətində bizə nifrət yaradacaq. Ona görə də iqtisadi məsələlər, embarqolar kənara qoyulmalıdır. Hazırda Azərbaycanın vəzifəsi bu təzyiqləri dəf etmək, daha ağıllı olmaq, daha müdrik davranmaqdır. Bizim ölkəmizə Ermənistan təxribatı da var. Bundan əlavə, ölkəmizin içərisində bu təxribatı yaratmaq istəyən şəxslər də var. Belə belə bir halda, daha diqqətli olmalıyıq”.
17 Avqust 2019 MTN sabiq naziri necə tutdu? - Vəkildən YENİ SİRLƏR
16 Avqust 2019 Bakıda itkin düşən bacı-qardaş tapılıb, hadisəni törədən qadın tutulub - RƏSMİ
15 Avqust 2019 Bakı müraciət etdi: Bu olmasa, müharibə başlayacaq
14 Avqust 2019 Sabahdan ali təhsil müəssisələrinə qeydiyyat başlayır
14 Avqust 2019 "Palmali": "Məmməd Əmin Rəsulzadə gəmisində ciddi dağıntılar yaranıb"
13 Avqust 2019 İlahiyyatçı: Qoyuna deyil, ehtiyacı olanlara paltar almaq lazımdır
11 Avqust 2019 Azərbaycan və İran prezidentləri Soçidə təkbətək görüşəcək
11 Avqust 2019 Müdafiə nazirinin Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki
11 Avqust 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
11 Avqust 2019 Bakı Şəhər İcra Hakimiyyətindən əhaliyə XƏBƏRDARLIQ
10 Avqust 2019 BMT-nin baş katibi Qurban bayramı münasibətilə müsəlmanları təbrik etdi
09 Avqust 2019 Bu jurnalistlərin övladları tələbə adı qazandılar - SİYAHI
08 Avqust 2019 Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
06 Avqust 2019 Kolleclərə qəbul müsabiqəsinin nəticələri açıqlandı
06 Avqust 2019 Paşinyanın həqiqi siması üzə çıxdı - XİN
02 Avqust 2019 Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib
02 Avqust 2019 Müdafiə naziri Moskvaya getdi.
02 Avqust 2019 Bu, əsas prioritetlərdən biridir - Vitse-prezident
31 İyul 2019 Məzuniyyətdən imtina edib, iş başında olan rektorlar -SORĞU
30 İyul 2019 Mətbuat Şurası KİV nümayəndələrinə müraciət etdi
30 İyul 2019 Gürcüstan Prezidenti Keşikçidağla bağlı vəziyyət haqda
27 İyul 2019 Hərbi pilotumuzun yaxın qohumları görülən tədbirlər barədə məlumatlandırılıb
26 İyul 2019 Gədəbəydə Milli Yaylaq Festivalının açılışında Bilal Ərdoğan da iştirak etdi
25 İyul 2019 Vilayət Eyvazov bu rayonlara rəis TƏYİN ETDİ
24 İyul 2019 Sərhədçilərimiz helikopterlə Keşikçidağa endi - Video
24 İyul 2019 Müdafiə naziri cəbhəboyu zonada yeni hərbi obyektin açılışında iştirak edib - VİDEO
23 İyul 2019 Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
23 İyul 2019 Ağdamın işğalından 26 il ötür
22 İyul 2019 Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
21 İyul 2019 Millət vəkili tanınmış təşkilat rəhbərləri ilə görüşdə köçkün qadınlardan danışdı

Xəbər lenti