.
Millət vəkili Q. Paşayeva Taylandın Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyalarının rəhbərliyi və tanınmış təşkilat rəhbərləri ilə görüşdə köçkün qadınlardan danışıb.
Asiya.info xəbər verir ki, Tayland Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbərliyi, Taylandın tanınmış təşkilat rəhbərləri, fəal qadınları ilə görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə Taylandla əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Azərbaycan parlamentinin Tayland ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib. Millət vəkili Q.Paşayeva Tayland Biznes və Peşəkar Qadınlar Federasiyasının nümayəndə heyəti, tanınmış təşkilat rəhbərləri, fəal qadınları ilə görüşdə onlara Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verib. Millət vəkili Q.Paşayeva xüsusilə Qarabağ həqiqətləri ilə də bağlı Tayland Biznes və Peşəkar Qadınlar Federasiyasının nümayəndə heyətinə, Taylandın tanınmış təşkilat rəhbərləri və  fəal qadınlarına məlumatlar verib, fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün fəal qadınlar köçkün qadınların yanında olmalıdır. Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materialları onlara təqdim edən millət vəkili Q.Paşayeva onları Azərbaycana dəvət edib və sizi hər zaman Azərbaycanda görməkdən şad olacağıq deyib. Tayland Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbərliyi, tanınmış təşkilat rəhbərləri, fəal qadınları Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiklərini, iki ölkə arasında münasibətlərin getdikcə daha da surətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıb. İki ölkənin qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük perspektivləri olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. Görüşün sonunda millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva Tayland Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti və Taylandın tanınmış təşkilat rəhbərləri, fəal qadınlarına Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.

17 Avqust 2019 MTN sabiq naziri necə tutdu? - Vəkildən YENİ SİRLƏR
16 Avqust 2019 Bakıda itkin düşən bacı-qardaş tapılıb, hadisəni törədən qadın tutulub - RƏSMİ
15 Avqust 2019 Bakı müraciət etdi: Bu olmasa, müharibə başlayacaq
14 Avqust 2019 Sabahdan ali təhsil müəssisələrinə qeydiyyat başlayır
14 Avqust 2019 "Palmali": "Məmməd Əmin Rəsulzadə gəmisində ciddi dağıntılar yaranıb"
13 Avqust 2019 İlahiyyatçı: Qoyuna deyil, ehtiyacı olanlara paltar almaq lazımdır
11 Avqust 2019 Azərbaycan və İran prezidentləri Soçidə təkbətək görüşəcək
11 Avqust 2019 Müdafiə nazirinin Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki
11 Avqust 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
11 Avqust 2019 Bakı Şəhər İcra Hakimiyyətindən əhaliyə XƏBƏRDARLIQ
10 Avqust 2019 BMT-nin baş katibi Qurban bayramı münasibətilə müsəlmanları təbrik etdi
09 Avqust 2019 Bu jurnalistlərin övladları tələbə adı qazandılar - SİYAHI
08 Avqust 2019 Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
06 Avqust 2019 Kolleclərə qəbul müsabiqəsinin nəticələri açıqlandı
06 Avqust 2019 Paşinyanın həqiqi siması üzə çıxdı - XİN
02 Avqust 2019 Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib
02 Avqust 2019 Müdafiə naziri Moskvaya getdi.
02 Avqust 2019 Bu, əsas prioritetlərdən biridir - Vitse-prezident
31 İyul 2019 Məzuniyyətdən imtina edib, iş başında olan rektorlar -SORĞU
30 İyul 2019 Mətbuat Şurası KİV nümayəndələrinə müraciət etdi
30 İyul 2019 Gürcüstan Prezidenti Keşikçidağla bağlı vəziyyət haqda
27 İyul 2019 Hərbi pilotumuzun yaxın qohumları görülən tədbirlər barədə məlumatlandırılıb
26 İyul 2019 Gədəbəydə Milli Yaylaq Festivalının açılışında Bilal Ərdoğan da iştirak etdi
25 İyul 2019 Vilayət Eyvazov bu rayonlara rəis TƏYİN ETDİ
24 İyul 2019 Sərhədçilərimiz helikopterlə Keşikçidağa endi - Video
24 İyul 2019 Müdafiə naziri cəbhəboyu zonada yeni hərbi obyektin açılışında iştirak edib - VİDEO
23 İyul 2019 Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
23 İyul 2019 Ağdamın işğalından 26 il ötür
22 İyul 2019 Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
21 İyul 2019 Ukraynanın Azərbaycandakı səfirliyində səsvermə başlayıb

Xəbər lenti