.

Bir qrup Gürcüstan vətəndaşı tərəfindən iyul ayının 14-də Keşikçidağda Azərbaycan sərhədçilərinə qarşı törədilmiş insidentdən sonra Dövlət Sərhəd Xidməti ərazidə ciddi təhlükəsizlik tədbirləri həyata keçirməyə başlayıb.
Axar.az “AzeriDefence”ə istinadən xəbər verir ki, Gürcüstan mediası bununla bağlı bəzi görüntülər paylaşıb.
Gürcüstanın “Rustavi 2” telekanalının hazırladığı reportajda bildirilir ki, ərazidə təhlükəsizlik tədbirləri görən Azərbaycan sərhədçiləri Gürcüstan tərəfindən monastır kompleksinə gələn keşişləri və ziyarətçiləri əraziyə buraxmayıblar. Ərazidə patrul xidməti həyata keçirən Azərbaycan Sərhəd Qoşunlarının əsgərləri çəkiliş qrupu ilə gələn keşişlərin monastra qalxmasına icazə verməyib. Bu zaman əraziyə gələnləri bəlli bir yerədək Gürcüstan Sərhəd Polisinin əməkdaşları müşayiət edib.
Bu zaman ərazidə silahlı halda DSX-nin Mi-17 helikopteri aşağı hündürlükdə uçuşlar həyata keçirib. Helikopterlə gələn hərbçilər monastıra getmək istəyən gürcülərə oradan uzaqlaşmalarını əmr edib.
Təxribatçı kütləni idarə edənlərdən biri olan, ictimai fəal David Katsarava isə ötən gün özünün Feysbuk səhifəsində insidentdən sonra Azərbaycan Sərhəd Qoşunlarının monastırın yaxınlığında səyyar baza yaratdığını, əraziyə çox sayda canlı qüvvə və texnika cəlb etdiyini yazıb: “Silsilə Azərbaycan sərhədçiləri ilə gücləndirilib. Bizim sərhədçilərimiz onlardan 10 qat azdır… Azərbaycan tərəfində Qareci dağının (oxu Keşikçi dağı-red) ətəyində tikilmiş hərbi baza gördük”.
Katsarava ərazidən dron vasitəsi ilə çəkilmiş fotoları da paylaşıb.




17 Avqust 2019 MTN sabiq naziri necə tutdu? - Vəkildən YENİ SİRLƏR
16 Avqust 2019 Bakıda itkin düşən bacı-qardaş tapılıb, hadisəni törədən qadın tutulub - RƏSMİ
15 Avqust 2019 Bakı müraciət etdi: Bu olmasa, müharibə başlayacaq
14 Avqust 2019 Sabahdan ali təhsil müəssisələrinə qeydiyyat başlayır
14 Avqust 2019 "Palmali": "Məmməd Əmin Rəsulzadə gəmisində ciddi dağıntılar yaranıb"
13 Avqust 2019 İlahiyyatçı: Qoyuna deyil, ehtiyacı olanlara paltar almaq lazımdır
11 Avqust 2019 Azərbaycan və İran prezidentləri Soçidə təkbətək görüşəcək
11 Avqust 2019 Müdafiə nazirinin Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki
11 Avqust 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
11 Avqust 2019 Bakı Şəhər İcra Hakimiyyətindən əhaliyə XƏBƏRDARLIQ
10 Avqust 2019 BMT-nin baş katibi Qurban bayramı münasibətilə müsəlmanları təbrik etdi
09 Avqust 2019 Bu jurnalistlərin övladları tələbə adı qazandılar - SİYAHI
08 Avqust 2019 Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
06 Avqust 2019 Kolleclərə qəbul müsabiqəsinin nəticələri açıqlandı
06 Avqust 2019 Paşinyanın həqiqi siması üzə çıxdı - XİN
02 Avqust 2019 Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib
02 Avqust 2019 Müdafiə naziri Moskvaya getdi.
02 Avqust 2019 Bu, əsas prioritetlərdən biridir - Vitse-prezident
31 İyul 2019 Məzuniyyətdən imtina edib, iş başında olan rektorlar -SORĞU
30 İyul 2019 Mətbuat Şurası KİV nümayəndələrinə müraciət etdi
30 İyul 2019 Gürcüstan Prezidenti Keşikçidağla bağlı vəziyyət haqda
27 İyul 2019 Hərbi pilotumuzun yaxın qohumları görülən tədbirlər barədə məlumatlandırılıb
26 İyul 2019 Gədəbəydə Milli Yaylaq Festivalının açılışında Bilal Ərdoğan da iştirak etdi
25 İyul 2019 Vilayət Eyvazov bu rayonlara rəis TƏYİN ETDİ
24 İyul 2019 Müdafiə naziri cəbhəboyu zonada yeni hərbi obyektin açılışında iştirak edib - VİDEO
23 İyul 2019 Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
23 İyul 2019 Ağdamın işğalından 26 il ötür
22 İyul 2019 Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
21 İyul 2019 Millət vəkili tanınmış təşkilat rəhbərləri ilə görüşdə köçkün qadınlardan danışdı
21 İyul 2019 Ukraynanın Azərbaycandakı səfirliyində səsvermə başlayıb

Xəbər lenti