.

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin nəticələrini elan edib.

Tələbə adı qazanan şəxslər 2019-cu il avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 nəfər (o cümlədən 586 subbakalavr) dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.
Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq. 
Asiya.info xəbər verir ki, bu il tələbə adı qazanmış gənclər arasında xeyli jurnalist övladı da var.Jurnalistlər Fərəh Sabirqızı və Məğrur Əliyev də bu gündən tələbə valideynləri sayılırlar. Onları qızı Fidan Əliyeva Bakı Dövlət Universitetində jurnalistika ixtisasına ingilis dilində yiyələnəcək.
Unikal.org saytının əməkdaşı Hüseyn İsgəndərovun qızı Ləman İsgəndərova da tələbə olanlar sırasındadır. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinə qəbul olunub
Bu ildən ali məktəbdə təhsil alacaq tələbələr sırasında jurnalist Azər Rəşidoğlunun oğlu Rəşid də olaacq. O, Bakı Dövlət Universitetində dövlət sifarişi əsasında Regionşünaslıq (Amerika üzrə əyani) oxuyacaq.
FED.az biznes portalının redaktoru Əli Əhmədovun oğlu Cavidan da tələbələr sırasına qoşulub. Cavidan ADA Universitetində biznesin idarəedilməsi ixtisası üzrə təhsil alacaq.
Qızının ali məktəbə daxil olmasına sevinən valideynlərdən biri də "Region plus" jurnalının baş redaktoru Namiq Mayılovdur.  Onun qızı Fidan Mayılova Dövlət İqtisad Universitetində biznesin idarəedilməsi (türk dilində) ixtisası üzrə təhsil alacaq. 
Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov da sevincli anlar yaşayır. Onun oğlu  Oqtay Dövlət İqtisad Universitetində Maliyə və kredit ixtisasına sahiblənəcək. 
“Xalq Cəbhəsi” qəzetinin redaktoru Mahir Zeynalovun qızı Gülnur Zeynallı isə Qərb Universitetinin Biologiya ixtisasına qəbul olub.
Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarov da bu gün xoşbəxt atalardandır. Onun qızı Türkay Şahsuvarlı Bakı Dövlət Universitetinin  Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində tədris ingilis dilində olan iqtisadiyyat ixtisasına yiyələnəcək.
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin mətbuat katibi Məqsəd Rəhimovun qızı Leyla Rəhimova da tələbə olub. O, Bakı Dövlət Universitetinin Psixologiya fakültəsində dovlət sifarişli təhsil hüququ qazanıb. 
Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyevanın oğlu Murad da bu ildən ali məktəbin tələbəsi kimi dərsə gedəcək.
Bakı Avrasiya Universitetinin mətbuat katibi Şəfayət Avılbəylinin oğlu Nihat Əliyev builki qəbul imtahanlarında 420 bal toplayıb. O, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə qəbul olunub.“Azərbaycan” qəzetinin əməkdaşı Cəfər Kərimovun oğlu Cavid də bu ildən tələbə kimi ali məktəbin qapısını açacaq. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alacaq.

AZƏRTAC-ın müxbiri Pərvanə İmanovanın oğlu Elgün Məmmədli də tələbə adını qazananlar sırasındadır. Belə ki, o, Bakı Dövlət Universitetinin Regionşünaslıq fakültəsinə (Amerika üzrə) daxil olub.
“Turan” İnformasiya Agentliyinin əməkdaşı Hafiz Babalının oğlu də Elçin tələbələr sırasına qoşulub. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompter elmləri fakültəsində təhsil alacaq.
Müstəqil jurnalistlər Məmməd Süleymanov və Kifayət Haqverdiyeva cütlüyü də oğlanları Süleymanın uğuruna sevinib. Jurnalist övladı Xəzər Universitetinin Regionşünaslıq fakültəsinin tələbəsi adını qazanıb.
17 Avqust 2019 MTN sabiq naziri necə tutdu? - Vəkildən YENİ SİRLƏR
16 Avqust 2019 Bakıda itkin düşən bacı-qardaş tapılıb, hadisəni törədən qadın tutulub - RƏSMİ
15 Avqust 2019 Bakı müraciət etdi: Bu olmasa, müharibə başlayacaq
14 Avqust 2019 Sabahdan ali təhsil müəssisələrinə qeydiyyat başlayır
14 Avqust 2019 "Palmali": "Məmməd Əmin Rəsulzadə gəmisində ciddi dağıntılar yaranıb"
13 Avqust 2019 İlahiyyatçı: Qoyuna deyil, ehtiyacı olanlara paltar almaq lazımdır
11 Avqust 2019 Azərbaycan və İran prezidentləri Soçidə təkbətək görüşəcək
11 Avqust 2019 Müdafiə nazirinin Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki
11 Avqust 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
11 Avqust 2019 Bakı Şəhər İcra Hakimiyyətindən əhaliyə XƏBƏRDARLIQ
10 Avqust 2019 BMT-nin baş katibi Qurban bayramı münasibətilə müsəlmanları təbrik etdi
08 Avqust 2019 Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
06 Avqust 2019 Kolleclərə qəbul müsabiqəsinin nəticələri açıqlandı
06 Avqust 2019 Paşinyanın həqiqi siması üzə çıxdı - XİN
02 Avqust 2019 Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib
02 Avqust 2019 Müdafiə naziri Moskvaya getdi.
02 Avqust 2019 Bu, əsas prioritetlərdən biridir - Vitse-prezident
31 İyul 2019 Məzuniyyətdən imtina edib, iş başında olan rektorlar -SORĞU
30 İyul 2019 Mətbuat Şurası KİV nümayəndələrinə müraciət etdi
30 İyul 2019 Gürcüstan Prezidenti Keşikçidağla bağlı vəziyyət haqda
27 İyul 2019 Hərbi pilotumuzun yaxın qohumları görülən tədbirlər barədə məlumatlandırılıb
26 İyul 2019 Gədəbəydə Milli Yaylaq Festivalının açılışında Bilal Ərdoğan da iştirak etdi
25 İyul 2019 Vilayət Eyvazov bu rayonlara rəis TƏYİN ETDİ
24 İyul 2019 Sərhədçilərimiz helikopterlə Keşikçidağa endi - Video
24 İyul 2019 Müdafiə naziri cəbhəboyu zonada yeni hərbi obyektin açılışında iştirak edib - VİDEO
23 İyul 2019 Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
23 İyul 2019 Ağdamın işğalından 26 il ötür
22 İyul 2019 Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
21 İyul 2019 Millət vəkili tanınmış təşkilat rəhbərləri ilə görüşdə köçkün qadınlardan danışdı
21 İyul 2019 Ukraynanın Azərbaycandakı səfirliyində səsvermə başlayıb

Xəbər lenti