.


Bakıda itkin düşən bacı-qardaş tapılıb.

 

Asiya.info xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsi və Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gündən itkin düşən, 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızının yeri müəyyən olunaraq tapılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

İstintaqın gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Məlumatda həmçinin qeyd olunur ki, ictimai təhlükəli əməldə şübhəli bilinən, 1993-cü il təvəllüdlü Nargilə Quliyeva tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, ötən gün Binəqədi rayonu 3-cü mədən, korpus 76 ünvanında yaşayan 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı həyətdə oynadıqları zaman itkin düşüblər.

Anası uşaqların oğurlandığını iddia edib. Uşaqların anası Çiçək Abbasova APA-ya açıqlamasında buna dair şübhələrinin olduğunu bildirib: “Bundan iki gün əvvəl işlədiyim kafeyə bir qadın gəldi. Onun yanında azyaşlı uşaq var idi. Adını Gözəl kimi təqdim edən həmin qadın ac olduğunu bildirdi. Onu kirayədə yaşadığım evə apardım, yemək verdim. Onlar gecəni bizdə qaldılar. Mən səhər işə gedəndə qadın hələ bizdə idi. Axşam evə qayıdanda gördüm ki, uşaqlarım yoxdur. Dərhal hadisə ilə bağlı polisə məlumat verdim. Uşaqlarımın həmin qadın tərəfindən oğurlanmasından şübhələnirəm".
Apa

13 Sentyabr 2019 Deputat: Jurnalistlər münaqişə zonasındakı vəziyyətlərə hazır olmalıdırlar
13 Sentyabr 2019 Prezident Bakı məktəbində - Fotolar
07 Sentyabr 2019 Deputatdan etiraf: Bunu ən çox imkanlı şəxslər edir, qanun tam gücü ilə işləmir
07 Sentyabr 2019 Nəcməddin Sadıqovun bacısı dünyasını dəyişdi
04 Sentyabr 2019 Parlamentdə uşaq pulunun 6 yaşadək uşaqlara verilməsi təklif ediləcək
31 Avqust 2019 Nazirlik işəgötürənlərə müraciət etdi
31 Avqust 2019 “Semaşko”da həkim uşağı 1900 manata sünnət edib - Fotofakt
29 Avqust 2019 Kolleclərə qeydiyyat başa çatır
28 Avqust 2019 Mingəçevir İES-də bədbəxt hadisə: fəhlə yanaraq öldü
27 Avqust 2019 Ağsuda yenidən yanğın başladı
24 Avqust 2019 Arif Alışanovun qardaşı işdən çıxarıldı - Yeni təyinatlar
23 Avqust 2019 Hava hücumundan müdafiə bölmələri döyüş atışları icra edib - VİDEO
22 Avqust 2019 Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI — Növbəti iki gün diqqətli olun
21 Avqust 2019 Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul etdi
20 Avqust 2019 Vaxtı keçmiş qəndləri yenidən emal edən sex bağlandı - FOTO
20 Avqust 2019 Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb
17 Avqust 2019 MTN sabiq naziri necə tutdu? - Vəkildən YENİ SİRLƏR
15 Avqust 2019 Bakı müraciət etdi: Bu olmasa, müharibə başlayacaq
14 Avqust 2019 Sabahdan ali təhsil müəssisələrinə qeydiyyat başlayır
14 Avqust 2019 "Palmali": "Məmməd Əmin Rəsulzadə gəmisində ciddi dağıntılar yaranıb"
13 Avqust 2019 İlahiyyatçı: Qoyuna deyil, ehtiyacı olanlara paltar almaq lazımdır
11 Avqust 2019 Azərbaycan və İran prezidentləri Soçidə təkbətək görüşəcək
11 Avqust 2019 Müdafiə nazirinin Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki
11 Avqust 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
11 Avqust 2019 Bakı Şəhər İcra Hakimiyyətindən əhaliyə XƏBƏRDARLIQ
10 Avqust 2019 BMT-nin baş katibi Qurban bayramı münasibətilə müsəlmanları təbrik etdi
09 Avqust 2019 Bu jurnalistlərin övladları tələbə adı qazandılar - SİYAHI
08 Avqust 2019 Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
06 Avqust 2019 Kolleclərə qəbul müsabiqəsinin nəticələri açıqlandı
06 Avqust 2019 Paşinyanın həqiqi siması üzə çıxdı - XİN

Xəbər lenti