.

Səhiyyə sahəsindəki problemlər kütləvi narazılıqla müşayiət olunur. 

Demək olar ki, hər gün bununla bağlı müxtəlif şikayətlər, problemlər gündəmə gəlir. Budəfəki şikayət 2 yaşlı usağın yanlış əməliyyat edilməsi ilə bağlıdır. 
“Yeni Sabah” xəbər verir ki, Xızı rayonunun Yeni Yaşma kəndinin sakini Gülsüm Şükürova Cebhe.info-ya müraciət edərək 1 saylı Kliniki Tibbi Mərkəzin cərrahı Allahverdi Musayevdən şikayətçi olduğunu bildirib. Gülsüm Şükürovanın sözlərinə görə, qardaşının nəvəsi Cavidan Şükürzadə böyrək problemindən əziyyət çəkir: 
“Yoxlamalardan sonra əməliyyat qərarı verildi. Əməliyyat üçün 1 saylı Kliniki Tibbi Mərkəzin cərrahı Allahverdi Musayevə müaricət etdik. Cərrah ilkin yoxlamaların, USM-nin nəticələrini bəyənməyərək yenidən yoxlamalar, analizlər apardı. 
Nəticədə cərrah əməliyyata qərar verdi və bizə bildirdi ki, böyrək çıxarılmayacaq, “stend” qoyulacaq. Bunun gələcəkdə hansı problemləri yaradacağını soruşduq. Allahverdi Musayev bizə dedi ki, 30 yaşına qədər heç bir problem olmayacaq. 2018-ci ilin 9 martında əməliyyat oldu, amma bir neçə aydan sonra problemlər ortaya çıxdı. 
Yenidən başqa həkimə müraciət etdik. Yoxlama nəticəsində məlum oldu ki, Allahverdi Musayev əməliyyat adı altında uşağı ancaq sünnət edib. Böyrəklə bağlı heç bir iş görülməyib. Ancaq əməliyyat izi qoyub. USM yoxlamalarından məlum oldu ki, Allahverdi Musayev “stend” qoymayıb. Baxmayaraq ki, əməliyyat buna görə olub və məhz “stend”ə görə biz vəsait ödəmişik. 

Ümumilikdə isə Allahverdi Musayevə 1900 manat pul vermişik. Şəxsən öz əlimlə bu pulu həkimin özümə vermişəm. 1900 manatdan 850 manatı “stendə”, 50 manatı isə sünnətə görə ödənilib. 1000 manat isə həkimə əməliyyat pulu kimi verilib. Bundan əlavə isə analizlərə və digər prosedurlara görə xərcimiz çıxıb”. 

Şikayətçi 4 yaşlı Cavidanın artıq ikinci əməliyyat keçirdiyini deyib: 
“Artıq ikinci əməliyyat da baş tutub. İkinci əməliyyatı isə Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının cərrahı Eldar Hüseynov edib. Əməliyyat bu ayının 23-də olub. Yoxlamalardan sonra Cavidanın böyrəyinin artıq inkişafdan qaldığını və çıxarılmasının məcbur olduğunu dedilər. 
Nəticədə Cavidanın bir böyrəyi çıxarıldı. Allahverdi Musayevin səhvimi, səhlənkarlığımı ucbatından 4 yaşlı balamız iki dəfə bıçaq altına düşdü”. 
Şikayətçi Gülsüm Şükürova Allahverdi Musayevdən onlara dəymiş zərərin ödənilməsini istəyir: “Allahverdi Musayev bizə maddi və daha çox mənəvi zərər vurub. İkinci əməliyyatın stressini, xərcini də nəzərə alsaq, bizə dəymiş zərərin nə qədər böyük olduğunu görmək çətin deyil. Tələb edirik ki, Allahverdi Musayev bizə vurduğu zərəri ödəsin”. 
Məsələ ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzin  cərrahı Allahverdi Musayevlə əlaqə saxladıq. A.Musayev əvvəlcə  belə bir xəstəsinin olmadığını, məlumatın yanlış verildiyini deyib. Bizə təqdim olunan sənədlərdə imzası olduğunu deyəndən sonra isə telefonu məşğula qoyaraq sualları cavablandırmaqdan yayınıb.




13 Sentyabr 2019 Deputat: Jurnalistlər münaqişə zonasındakı vəziyyətlərə hazır olmalıdırlar
13 Sentyabr 2019 Prezident Bakı məktəbində - Fotolar
07 Sentyabr 2019 Deputatdan etiraf: Bunu ən çox imkanlı şəxslər edir, qanun tam gücü ilə işləmir
07 Sentyabr 2019 Nəcməddin Sadıqovun bacısı dünyasını dəyişdi
04 Sentyabr 2019 Parlamentdə uşaq pulunun 6 yaşadək uşaqlara verilməsi təklif ediləcək
31 Avqust 2019 Nazirlik işəgötürənlərə müraciət etdi
29 Avqust 2019 Kolleclərə qeydiyyat başa çatır
28 Avqust 2019 Mingəçevir İES-də bədbəxt hadisə: fəhlə yanaraq öldü
27 Avqust 2019 Ağsuda yenidən yanğın başladı
24 Avqust 2019 Arif Alışanovun qardaşı işdən çıxarıldı - Yeni təyinatlar
23 Avqust 2019 Hava hücumundan müdafiə bölmələri döyüş atışları icra edib - VİDEO
22 Avqust 2019 Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI — Növbəti iki gün diqqətli olun
21 Avqust 2019 Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul etdi
20 Avqust 2019 Vaxtı keçmiş qəndləri yenidən emal edən sex bağlandı - FOTO
20 Avqust 2019 Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb
17 Avqust 2019 MTN sabiq naziri necə tutdu? - Vəkildən YENİ SİRLƏR
16 Avqust 2019 Bakıda itkin düşən bacı-qardaş tapılıb, hadisəni törədən qadın tutulub - RƏSMİ
15 Avqust 2019 Bakı müraciət etdi: Bu olmasa, müharibə başlayacaq
14 Avqust 2019 Sabahdan ali təhsil müəssisələrinə qeydiyyat başlayır
14 Avqust 2019 "Palmali": "Məmməd Əmin Rəsulzadə gəmisində ciddi dağıntılar yaranıb"
13 Avqust 2019 İlahiyyatçı: Qoyuna deyil, ehtiyacı olanlara paltar almaq lazımdır
11 Avqust 2019 Azərbaycan və İran prezidentləri Soçidə təkbətək görüşəcək
11 Avqust 2019 Müdafiə nazirinin Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki
11 Avqust 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
11 Avqust 2019 Bakı Şəhər İcra Hakimiyyətindən əhaliyə XƏBƏRDARLIQ
10 Avqust 2019 BMT-nin baş katibi Qurban bayramı münasibətilə müsəlmanları təbrik etdi
09 Avqust 2019 Bu jurnalistlərin övladları tələbə adı qazandılar - SİYAHI
08 Avqust 2019 Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
06 Avqust 2019 Kolleclərə qəbul müsabiqəsinin nəticələri açıqlandı
06 Avqust 2019 Paşinyanın həqiqi siması üzə çıxdı - XİN

Xəbər lenti