.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən cari il sentyabrın 1-dən minimum əməkhaqqının 250 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.

Nazirlikdən  verilən məlumata görə, xidmət işəgötürənlərin nəzərinə çatdırır ki, sentyabr ayının 1-ə qədər əmək haqqı 250 manatdan aşağı məbləğdə olan işçilərin əməkhaqqı qeyd edilən tarixdən 250 manata çatdırılmalıdır. İş yerlərində əmək haqqının minimum məbləği sentyabrın 1-dən 250 manatdan az ola bilməz. 

Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub. Bu altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində görməyə imkan verir.  

18 iyun 2019-cu il tarixli Sərəncama əsasən, minimum əməkhaqqının məbləğinin artırılması ilə əlaqədar 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə əmək haqları ödənilən işçilərin əmək haqlarında da işəgötürənlər tərəfindən müvafiq artımlar edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.


21 Noyabr 2019 İntensiv yağış yağacaq, güclü külək əsəcək – PROQNOZ
20 Noyabr 2019 Vertolyot faciəsi ilə tarixə düşən Azərbaycan kəndi - Qarakənddən FOTOLAR
20 Noyabr 2019 Yeni Azərbaycan Partiyası niyə və necə yarandı?
20 Noyabr 2019 Hava kəskin dəyişir: qar yağacaq - XƏBƏRDARLIQ
19 Noyabr 2019 Bahar Muradova Ombudsman Aparatına rəhbər gətirilir.
18 Noyabr 2019 Ankarada Qarabağ münaqişəsi müzakirə olundu
16 Noyabr 2019 Zakir Həsənov generalları topladı – Göstərişlər verdi
16 Noyabr 2019 Baş nazir Əli Əsədov qərar imzalayıb...
16 Noyabr 2019 UNESKO ilə Azərbaycan: dünya irsini qorumaq naminə əməkdaşlıq
16 Noyabr 2019 Vilayət Eyvazovdan yeni - TƏYİNAT
14 Noyabr 2019 Rusiya Türkiyə sərhədində tikdiyi bazada S-400-lər yerləşdirəcək
14 Noyabr 2019 Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
14 Noyabr 2019 UNESKO-da nümayəndə heyətimiz erməni yalanlarını ifşa etdi
13 Noyabr 2019 ““Uşaq pulu”na 18-35 milyard pul lazımdır” - Nazir
12 Noyabr 2019 AMEA-da idarə və şöbələr ləğv olundu - Ramiz Mehdiyevdən SƏRƏNCAM
12 Noyabr 2019 Meksika Evo Moralesə siyasi sığınacaq verdi
09 Noyabr 2019 Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik
08 Noyabr 2019 Moskvadan Bakının notasına cavab: Hər hansı görüş olmayıb
08 Noyabr 2019 “Türküstan yelləri öpüb alnını…” - Əli Həsənov Azərbaycan bayrağından yazdı
07 Noyabr 2019 Prezident Musa Yaquba ev verdi
05 Noyabr 2019 Ərdoğan: "Qərb ölkələri erməni terroruna münasibət bildirmirlər"
01 Noyabr 2019 Rövnəq Abdullayevin onların vəzifəsini dəyişdirdi - SİYAHI
01 Noyabr 2019 “Azəriqaz” rəhbəri vəzifədən azad edilir… - Açıqlama
01 Noyabr 2019 ABŞ və Rusiyanın əsl dərdi budur – Ərdoğan
31 Oktyabr 2019 Rektor Nurlana Əliyeva görün kiminlə quda imiş…
30 Oktyabr 2019 İrəvan Azərbaycan ərazisidir — Rus alim xəritə yaydı
29 Oktyabr 2019 "Məmurların çoxu öz biznesini dövlət pulları hesabına qurublar" - Vahid Əhmədov
28 Oktyabr 2019 Azərbaycan və ABŞ Müdafiə nazirləri görüşdü
27 Oktyabr 2019 Ərdoğan Bağdadinin öldürülməsindən yazdı - Foto
27 Oktyabr 2019 Azərbaycanlı qız Pozneri belə susdurdu - Video

Xəbər lenti