.

Sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində Ramal Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vurub.
25 yaşlı G.Əmiraslanlı aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. 
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirib.
İstintaqla hadisənin R.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***

Videodan da göründüyü kimi Gülgün Əmiraslanlı heç bir yol hərəkət qaydasını pozmur, öz yolu ilə gedir. Qəfil baş verən dəhşətli hadisənin qurbanı olur

Vətəni qoruyan vətən igidləri öz qanlarını bizim azadlığımız, torpağımız uğrunda fəda ediblər, ona görə ediblər ki bu torpağın üzərində rahat gəzib firavan yaşayaq. Öncə İnsan olmağı bilək.  Lakin bəzi var-dövlət içində böyüyüb gözlərini "qan örtən" "insanlar" öz həvəsləri naminə yüzlərlə ailəyə bədbəxtlik gətirməkdən çəkinmirlər. 
Avtoşluq sevdasına düşən biri, günün günorta çağı heç bir qayda pozuntusu etmədən öz yolu ilə gedən  25 yaşlı gənc xanımın və onun doğmalarının həyatını bir andaca məhv etdi. Gülgün Əmiraslanlının ailəsi pərişan oldu,. Bir gəncin gələcək arzuları puç oldu.
Qaydalar cərimə yazmaq üçün deyil! 
Qanunlarımız sərtləşməlidir, yol hərəkət qaydalarını pozanlar elə sərt cəzalanmalıdır ki hansısa məbləği ödəməklə canlarını qurtarmasın. Daha sərt cəza verilməlidir ki bu kimi halların qarşısı alınsın. Hər gün günahsız nə qədər insan yol terrorunun qurbanına çevrilir.
Var -dövlət içində böyüyən biri üçün cərimə ödəməkdən asan heç nə yoxdur. Axı insan taleyinə qarşı törədilən hansısa hadisəni heç bir cərimə ödəyə bilməz.  Daha ciddi, daha sərt cəza verilməlidir insan həyatını avtoşluq sevdasına qurban verənlərə. Bir ailənin evindəki ağrı -acını gunahkara veriləcək hansı cəza sakitləşdirə bilər ki...Daha nə qədər davam edəcək bu "Terror!"
25 yaşlı bir qadını da bax belə itirdik. Allah rəhmət eləsin, yaxınlarına səbr versin. Amin!
Asiya.info
 
14 Oktyabr 2019 Türk Şurası 10 il ərzində sübut etdi ki... - Elmar Məmmədyarov - FOTO
14 Oktyabr 2019 "Bu düşmənə də, dosta da bir mesajdır"-Qənirə Paşayeva
14 Oktyabr 2019 “Vasim Məmmədəliyevin vəfatı böyük itkidir”
12 Oktyabr 2019 Nazir məktəb direktoruna şiddətli töhmət verdi
11 Oktyabr 2019 Ermənilər Azərbaycana axan çayları çirkləndirir - BMT
10 Oktyabr 2019 Nuşirəvan Məhərrəmov TV rəhbərlərini topladı, kanalların proqramları tənqid olundu
10 Oktyabr 2019 “Firudun Cəlilovun dedikləri gopdur” - Pənah Hüseyn
08 Oktyabr 2019 Baş redaktor güc nazirlərinə müraciət etdi
08 Oktyabr 2019 Hamıya tanış olan yeni Baş Nazir...
07 Oktyabr 2019 Deputatlar sabah 13 məsələyə görə toplanır
04 Oktyabr 2019 "Hiyləgər düşmənə yalnız çar və ya Sovet sistemi yardım etməyib..."- Fazil Mustafa
03 Oktyabr 2019 Erməniləri Avropadan qovurlar
02 Oktyabr 2019 “Jurnalistlərin binası”nda çıxarışlar üçün sənəd toplanıb
30 Sentyabr 2019 Deputat: Bəzi tələbələr maliyyə çətinliyinə görə təhsillərini davam etdirə bilmirlər
26 Sentyabr 2019 Millət vəkili Aydın Mirzəzadədən növbəti örnək addım- Qarmon hədiyyə etdi-Video+Foto
26 Sentyabr 2019 Tramp Krımı qaytarmağa kömək edəcək – Zelenski
25 Sentyabr 2019 Ərdoğan: "Azərbaycan torpaqlarının işğal altında qalması qəbuledilməzdir"
25 Sentyabr 2019 Nazir 3 polisi nöqsana görə işdən çıxardı - Biri rəisdir
25 Sentyabr 2019 Eyvazov rəis və müavinini işdən qovdu - Ciddi nöqsan
24 Sentyabr 2019 Son Dəqiqə! BMT-nin baş katibi: "Təhlükəli müharibə ilə qarşı-qarşıyayıq"
24 Sentyabr 2019 Səfir: Dağlıq Qarabağ münaqişəsini yaxın zamanlarda həll etmək lazımdır
24 Sentyabr 2019 Şəhidimiz nəşi Azərbaycana qaytarıldı
22 Sentyabr 2019 Hərbi qulluqçumuz həlak olub
22 Sentyabr 2019 Gülgünü vurub öldürən şəxslə bağlı ilginc faktlar - Fotolar+Video
19 Sentyabr 2019 “O, müdrikcəsinə sübut etdi ki...” - Əli Həsənov
18 Sentyabr 2019 Güləşçimiz 2-ci dəfə dünya çempionu oldu
17 Sentyabr 2019 Ərdoğan: “İki həftə içində ABŞ-la anlaşmasaq, planımızı tətbiq edəcəyik”
16 Sentyabr 2019 Rəislər Vilayət Eyvazova hesabat verdi
13 Sentyabr 2019 Deputat: Jurnalistlər münaqişə zonasındakı vəziyyətlərə hazır olmalıdırlar
13 Sentyabr 2019 Prezident Bakı məktəbində - Fotolar

Xəbər lenti