.



Xəbər verdiyimiz kimi, sentyabrın 17-i axşam saatlarında Nəsimi rayonu, Vaqif prospektində Ramal Məmmədov idarə etdiyi "Volkswagen Passat" markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vuraraq öldürüb.

 

Asiya.info xəbər verir ki, "Qafqazinfo" qəzanı törədən şəxslə bağlı bir sıra məlumatlar əldə edib.

Məsələ burasındadır ki, Ramal Məmmədovun qəzanı törətdiyi maşınla təhlükəli manevrlər etməsiylə bağlı videolar da mövcuddur. O, məhz həmin gecə qırmızı işıqda keçərək məlum hadisəni törədib. Xoşbəxtlikdən hadisənin baş verdiyi an piyada keçidinin üzərində olan daha iki nəfər xəsarət almadan qəzadan yayına biliblər. Əslən Lənkərandan olan 28 yaşlı Məmmədov,  bank işçisi olub.

Mərhuma gəlincə, 2016-cı ildə Bakı Slavyan Universitetinin məzunu olan Gülgün Əmiraslanlı ali məktəbi bitirdikdən sonra özünü təkmilləşdirmək üçün fərqli zamanlarda ABŞ-da kurslar keçib. O, Azərbaycana qayıtdıqdan sonra Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “ASAN Viza”da çalışıb. Bir il öncə işə başlayan Əmiraslanlı, hadisənin baş verdiyi vaxt işdən qayıdırmış. Əldə etdiyimiz məlumata görə, Gülgün avtobusdan düşən zaman evdəkilərə zəng edərək, 5 dəqiqəyə çatacağını deyib.

Gülgüngil ailədə iki bacı, bir qardaş olublar. Əmiraslanlı özü isə subay imiş.

Qeyd edək ki, faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

Hadisəni törədən Ramal Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

 

21 Oktyabr 2019 İslahatlar başladı-Hacıbala Abutalıbov vəzifədən getdi
21 Oktyabr 2019 Türkiyə ordusu Suriyanın Ras-el-Ayn şəhərini tam nəzarətə aldı
20 Oktyabr 2019 Mətbuat Şurasından jurnalistlərə və polislərə - Müraciət
20 Oktyabr 2019 Rusiyadan Azərbaycana maraqlı təklif
18 Oktyabr 2019 Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi
17 Oktyabr 2019 Azərbaycanda vahid məktəbli forması olacaq? - Nazir AÇIQLADI
16 Oktyabr 2019 Prezident Əli Əsədovun təyinatından danışdı
16 Oktyabr 2019 Vilayət Eyvazova ağır itki
14 Oktyabr 2019 Türk Şurası 10 il ərzində sübut etdi ki... - Elmar Məmmədyarov - FOTO
14 Oktyabr 2019 "Bu düşmənə də, dosta da bir mesajdır"-Qənirə Paşayeva
14 Oktyabr 2019 “Vasim Məmmədəliyevin vəfatı böyük itkidir”
12 Oktyabr 2019 Nazir məktəb direktoruna şiddətli töhmət verdi
11 Oktyabr 2019 Ermənilər Azərbaycana axan çayları çirkləndirir - BMT
10 Oktyabr 2019 Nuşirəvan Məhərrəmov TV rəhbərlərini topladı, kanalların proqramları tənqid olundu
10 Oktyabr 2019 “Firudun Cəlilovun dedikləri gopdur” - Pənah Hüseyn
08 Oktyabr 2019 Baş redaktor güc nazirlərinə müraciət etdi
08 Oktyabr 2019 Hamıya tanış olan yeni Baş Nazir...
07 Oktyabr 2019 Deputatlar sabah 13 məsələyə görə toplanır
04 Oktyabr 2019 "Hiyləgər düşmənə yalnız çar və ya Sovet sistemi yardım etməyib..."- Fazil Mustafa
03 Oktyabr 2019 Erməniləri Avropadan qovurlar
02 Oktyabr 2019 “Jurnalistlərin binası”nda çıxarışlar üçün sənəd toplanıb
30 Sentyabr 2019 Deputat: Bəzi tələbələr maliyyə çətinliyinə görə təhsillərini davam etdirə bilmirlər
26 Sentyabr 2019 Millət vəkili Aydın Mirzəzadədən növbəti örnək addım- Qarmon hədiyyə etdi-Video+Foto
26 Sentyabr 2019 Tramp Krımı qaytarmağa kömək edəcək – Zelenski
25 Sentyabr 2019 Ərdoğan: "Azərbaycan torpaqlarının işğal altında qalması qəbuledilməzdir"
25 Sentyabr 2019 Nazir 3 polisi nöqsana görə işdən çıxardı - Biri rəisdir
25 Sentyabr 2019 Eyvazov rəis və müavinini işdən qovdu - Ciddi nöqsan
24 Sentyabr 2019 Son Dəqiqə! BMT-nin baş katibi: "Təhlükəli müharibə ilə qarşı-qarşıyayıq"
24 Sentyabr 2019 Səfir: Dağlıq Qarabağ münaqişəsini yaxın zamanlarda həll etmək lazımdır
24 Sentyabr 2019 Şəhidimiz nəşi Azərbaycana qaytarıldı

Xəbər lenti