.


Bir il öncə İbrahim adında istedadlı bir bala müraciət etmişdi Sizi Tanıyaq layihəmizə. Onun barmaqlarındakı toxunuşdan duymuşdum içindəki fəryadı. Bu uşaqda nəsə var. Qarmona sakit baxışı da nəsə söyləyirdi sanki...

Bir gün vatsap nömrəmə bir səs gəldi İbrahimdən:" Xala, qarmonsuzam, bir qarmonum yoxdu ki çalım"... ( İndi anladım ki, hər dəfə qarmon çalanda niyə qarmona həsrətlə baxır, axı özünün də qarmonu olsun istəyirmiş)

-Bəs nədə çalırsan İbrahim?

-Müəllimim işlənmiş birini vermişdi, onda çalırdım. Onu da bir neçə dəfə ustaya düzəltdirdik, amma yenə işləmir. Daha qarmonsuz qalmışam...

"İlahi onun necə ağır xəstəliklə mübarizə apardığını bilirdim, bir də bu qarmon dərdi hardan çıxdı"- deyə içim sızladı

"İbrahim sənə söz verirəm qarmonun olacaq"- dedim.

Öz -özümə də "axı söz verdim, söz! Bu sözün altından necə çıxacam, ya ala bilməsək uşağın üzünə necə baxacam" -deyə qəribə hisslərə qapıldım. Yazdım, paylaşdım, dostlardan xahiş etdim.  Söz verirlər, həm də inandıqlarım, bilirəm ki alacaqlar, amma İbrahim  gözləyə bilmir, qarmon çalmaq istəyir, iniltilərini qarmonun səsiylə yox etmək istəyirdi. Yox, bu dəfə millət vəkilimizə yazım, o mütləq alacaq dedim. Dünən  vəziyyəti millət vəkilimiz Aydın Mirzəzadəyə yazdım. Təbii ki, müsbət cavab aldım. Bu gün günorta saatlarında gələn zənglə ağır bir yükün altından çıxdım sanki. Axı  Söz Yükü vardı çiyinlərimdə. İbrahimə verdiyim söz. Onun gülən üzünün arxasındakı üsyanı hiss etməyim vardı... Bəli, Aydın müəllim İbrahimin aylardır sürən qarmon istəyini bir anda reallaşdırdı. Həm də "xəbərim olmayıb, bilsəydim çoxdan alardım"- dedi.

Çalmaq istəyir barmaqları, çaldıqca bədəninə yayılaraq ona əziyyət verən ağrılarına acıq vermək istəyir. ( İbrahimin bədənində çoxlu şişlər var. Həkimlər ona ev şəraitində dərs oxumağı məsləhət görürlər. Anası Vüsalə xanım da ağır astma xəstəliyindən əziyyət çəkir) Günlərdir ağrı və ehtiyac içində əzab çəkən, üstəlik "qarmonum da yoxdur çalam "-deyən İbrahimin evindən bu gün qarmon səsi gələcək. O çalacaq, çaldıqca utanacaq ona əzab verən ağrıları. " Belə gözəl bir balaya niyə əziyyət verim ki, axı onun ifasındakı musiqi daha gözəldir"- deyib yox olacaq amansız xəstəliyi. Və İbrahim daha böyük səhnələrdə ifa edəcək.

Var olun Aydın müəllim. Bu qarmonun səsi çox uzaqlara gedəcək İnşallah. Bu qarmonun sayəsində İbrahim daha  gözəl çalmağı öyrənəcək və böyük səhnələrdə ifa edəcək. Sizin onun başına çəkdiyiniz bugünkü sığal ona böyük güc olacaq.
Vüsalə Qələndərli



14 Oktyabr 2019 Türk Şurası 10 il ərzində sübut etdi ki... - Elmar Məmmədyarov - FOTO
14 Oktyabr 2019 "Bu düşmənə də, dosta da bir mesajdır"-Qənirə Paşayeva
14 Oktyabr 2019 “Vasim Məmmədəliyevin vəfatı böyük itkidir”
12 Oktyabr 2019 Nazir məktəb direktoruna şiddətli töhmət verdi
11 Oktyabr 2019 Ermənilər Azərbaycana axan çayları çirkləndirir - BMT
10 Oktyabr 2019 Nuşirəvan Məhərrəmov TV rəhbərlərini topladı, kanalların proqramları tənqid olundu
10 Oktyabr 2019 “Firudun Cəlilovun dedikləri gopdur” - Pənah Hüseyn
08 Oktyabr 2019 Baş redaktor güc nazirlərinə müraciət etdi
08 Oktyabr 2019 Hamıya tanış olan yeni Baş Nazir...
07 Oktyabr 2019 Deputatlar sabah 13 məsələyə görə toplanır
04 Oktyabr 2019 "Hiyləgər düşmənə yalnız çar və ya Sovet sistemi yardım etməyib..."- Fazil Mustafa
03 Oktyabr 2019 Erməniləri Avropadan qovurlar
02 Oktyabr 2019 “Jurnalistlərin binası”nda çıxarışlar üçün sənəd toplanıb
30 Sentyabr 2019 Deputat: Bəzi tələbələr maliyyə çətinliyinə görə təhsillərini davam etdirə bilmirlər
26 Sentyabr 2019 Tramp Krımı qaytarmağa kömək edəcək – Zelenski
25 Sentyabr 2019 Ərdoğan: "Azərbaycan torpaqlarının işğal altında qalması qəbuledilməzdir"
25 Sentyabr 2019 Nazir 3 polisi nöqsana görə işdən çıxardı - Biri rəisdir
25 Sentyabr 2019 Eyvazov rəis və müavinini işdən qovdu - Ciddi nöqsan
24 Sentyabr 2019 Son Dəqiqə! BMT-nin baş katibi: "Təhlükəli müharibə ilə qarşı-qarşıyayıq"
24 Sentyabr 2019 Səfir: Dağlıq Qarabağ münaqişəsini yaxın zamanlarda həll etmək lazımdır
24 Sentyabr 2019 Şəhidimiz nəşi Azərbaycana qaytarıldı
22 Sentyabr 2019 Hərbi qulluqçumuz həlak olub
22 Sentyabr 2019 Gülgünü vurub öldürən şəxslə bağlı ilginc faktlar - Fotolar+Video
19 Sentyabr 2019 25 yaşlı qadının vurulduğu an -Anbaan Video
19 Sentyabr 2019 “O, müdrikcəsinə sübut etdi ki...” - Əli Həsənov
18 Sentyabr 2019 Güləşçimiz 2-ci dəfə dünya çempionu oldu
17 Sentyabr 2019 Ərdoğan: “İki həftə içində ABŞ-la anlaşmasaq, planımızı tətbiq edəcəyik”
16 Sentyabr 2019 Rəislər Vilayət Eyvazova hesabat verdi
13 Sentyabr 2019 Deputat: Jurnalistlər münaqişə zonasındakı vəziyyətlərə hazır olmalıdırlar
13 Sentyabr 2019 Prezident Bakı məktəbində - Fotolar

Xəbər lenti