.

Oxumağı, araşdırmağı sevməyən cəmiyyətik.

Ötənlərdə bilərəkdən yenicə oxuyub tamamladığım cəmiyyətimizə az tanış olan böyük ingilis filosofu Lyuisin əsrarəngiz kitabı barədə fikirlərimi paylaşdım. Gözlədiyim kimi bəyənənlərin sayı 50-i keçmədi. Mənim dostlarımın içində belə, kitaba dəyər verənlərin sayı heç 20-ni keçmir. Qalanları da nəyi paylaşıramsa, onsuz da şəxsimə rəğbətinə görə "bəyənmə" bəxş edirlər. Kitaba dəyər vermə imitasiyamız var, ancaq onu sevmək, oxunu vərdişə çevirməksə hələ ki, cəmiyyətimizdə total bir görüntü ortaya qoymur.
"Böyük Ermənistan" ideyasının müəllifi haqqında "Görkəmli adamların həyatı" seriyasından erməni müəllifi Karen A.Simonyanın ermənicə yazdığı, Nelson Aleksanyanın rus dilinə tərcümə etdiyi, Moskvada "Molodoya Qvardiya"nın 1984-cü ildə nəşr etdiyi "Mikael Nalbandyan" adlı bu kitabını Bakıda yerləşən kitabxanalarımızın hansındasa tapa bilmədim. Dostlarım Rusiyadan tapıb gətirdilər. Nalbandyan Don üzərində Naxçıvanda doğulub, 37 yaşında sürgündə ölüb və doğulduğu yerdə də dəfn edilib. Şeirləri, məqalələri, əsərləri qalıb və ermənilərin birliyi üçün mübarizə aparıb. Bu katabda da onun həyatı, 19-cu əsrdəki erməni mühiti, bir-biri ilə intriqaları, maarifçilik fəaliyyətləri əks olunub. İdeoloji təbliğat yönü çox güclüdür. Bu kitabda ermənilərin Naxçıvanla bağlı iddialarına dolayı yolla işarələr də tapmaq mümkündür.
Maraqlıdır ki, 19-cu əsrin ortalarında Dağlıq Qarabağ məsələsinin ermənilər üçün aktuallığı sezilmir.
Düşməni öyrənmək üçün onun kitablarından, informasiyalarından, analitik təhlillərindən qaçmaq lazım deyil, tapıb oxumaq lazımdır. Bu hiyləgər düşmənə yalnız çar və ya Sovet sistemi yardım etməyib, özləri də ağıllı təşkilatlana biliblər, təhsilə önəm veriblər, gələcəyin proqramlaşmasına ciddi yanaşıblar. Bundan sonra uduzmamaq üçün biz özümüzdən müştəbehliyi bir kənara qoyub düşməni daha dərindən öyrənməliyik. Bu kitabı oxuduqca, anlayırsan ki, onların da içində intriqalar olub, satqınçılıq, bir-birinə qarşı paxıllıq olub. Lakin təhsilli, peşəkar, ümummilli maraqlara sahib çıxanların sayı yetərincə olduğuna görə, üstəlik də kilsənin təşkilatçılığı ilə düşdükləri bütün ağır şərtlərdən qurtuluş yolunu tapa biliblər. Sonda da bizdən azı beş dəfə sayı az olan bir xalq həm bizim ərazilərdən bizi qovalayaraq dövlət qurub, həm də bizim qurduğumuz dövlətin ən münbit ərazilərini işğal edərək yeni bir dövləti yaratmağa çalışır.
Bu cür kitabları kənara qoymayın, düşmənin daha yaxşı təşkilatlanmasının sirlərini öyrənin. Növbəti savaşda qalib gəlməmiz üçün bu olduqca vacibdir...

18 Oktyabr 2019 Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi
17 Oktyabr 2019 Azərbaycanda vahid məktəbli forması olacaq? - Nazir AÇIQLADI
16 Oktyabr 2019 Prezident Əli Əsədovun təyinatından danışdı
16 Oktyabr 2019 Vilayət Eyvazova ağır itki
14 Oktyabr 2019 Türk Şurası 10 il ərzində sübut etdi ki... - Elmar Məmmədyarov - FOTO
14 Oktyabr 2019 "Bu düşmənə də, dosta da bir mesajdır"-Qənirə Paşayeva
14 Oktyabr 2019 “Vasim Məmmədəliyevin vəfatı böyük itkidir”
12 Oktyabr 2019 Nazir məktəb direktoruna şiddətli töhmət verdi
11 Oktyabr 2019 Ermənilər Azərbaycana axan çayları çirkləndirir - BMT
10 Oktyabr 2019 Nuşirəvan Məhərrəmov TV rəhbərlərini topladı, kanalların proqramları tənqid olundu
10 Oktyabr 2019 “Firudun Cəlilovun dedikləri gopdur” - Pənah Hüseyn
08 Oktyabr 2019 Baş redaktor güc nazirlərinə müraciət etdi
08 Oktyabr 2019 Hamıya tanış olan yeni Baş Nazir...
07 Oktyabr 2019 Deputatlar sabah 13 məsələyə görə toplanır
03 Oktyabr 2019 Erməniləri Avropadan qovurlar
02 Oktyabr 2019 “Jurnalistlərin binası”nda çıxarışlar üçün sənəd toplanıb
30 Sentyabr 2019 Deputat: Bəzi tələbələr maliyyə çətinliyinə görə təhsillərini davam etdirə bilmirlər
26 Sentyabr 2019 Millət vəkili Aydın Mirzəzadədən növbəti örnək addım- Qarmon hədiyyə etdi-Video+Foto
26 Sentyabr 2019 Tramp Krımı qaytarmağa kömək edəcək – Zelenski
25 Sentyabr 2019 Ərdoğan: "Azərbaycan torpaqlarının işğal altında qalması qəbuledilməzdir"
25 Sentyabr 2019 Nazir 3 polisi nöqsana görə işdən çıxardı - Biri rəisdir
25 Sentyabr 2019 Eyvazov rəis və müavinini işdən qovdu - Ciddi nöqsan
24 Sentyabr 2019 Son Dəqiqə! BMT-nin baş katibi: "Təhlükəli müharibə ilə qarşı-qarşıyayıq"
24 Sentyabr 2019 Səfir: Dağlıq Qarabağ münaqişəsini yaxın zamanlarda həll etmək lazımdır
24 Sentyabr 2019 Şəhidimiz nəşi Azərbaycana qaytarıldı
22 Sentyabr 2019 Hərbi qulluqçumuz həlak olub
22 Sentyabr 2019 Gülgünü vurub öldürən şəxslə bağlı ilginc faktlar - Fotolar+Video
19 Sentyabr 2019 25 yaşlı qadının vurulduğu an -Anbaan Video
19 Sentyabr 2019 “O, müdrikcəsinə sübut etdi ki...” - Əli Həsənov
18 Sentyabr 2019 Güləşçimiz 2-ci dəfə dünya çempionu oldu

Xəbər lenti