.


“Ötən il Türkiyə lirəsinin məzənnəsinə güclü hücum olmasına baxmayaraq, milli gəlirimizi 790 milyard dollar səviyyəsində saxlamağı bacardıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Böyük Millət Məclisindəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.
“Ölkəmizi digər sahələrlə yanaşı, iqtisadiyyatı da irəliyə apardıq. 2003-2018-ci illər arasında iqtisadiyyatımızı orta hesabla 5,6 faiz böyütmüşük. İxracata görə dünyanın 13-cü ən böyük iqtisadiyyatına malikik. Türkiyə hazırda iqtisadiyyatı inkişaf etmiş 20 ölkə arasındadır. 
Hakimiyyətimiz dövründə 9 milyon insanı yeni işlə təmin etdik və məşğulluq rəqəmini 29 milyona çatdırdıq. İxracatımızı 36 milyard dollardan 171 milyard dollara qədər artıraraq, ümumi ticarətin həcmini 180 milyard dollara çatdırdıq. Tariximizdə ilk dəfə olaraq cari balansımız 5 milyard dollar civarında profisit verdi. Bu cari tarazılıq problemini terrorizmlə mübarizə qədər kritik bir yaşamaq problemi olaraq görürük. Ona görə də bu məsələdə qətiyyətli mövqeyimizi sona qədər davam etdirəcəyik”, - Ərdoğan vurğulayıb.
R.T.Ərdoğan Türkiyənin terrorçuluğa qarşı apardığı mübarizəyə də toxunub. O deyib ki, bütün terrorçuları məhv edənədək əməliyyatları dayandırmayacağıq: “Heç kim bizdən bunu dayandıracağımızı gözləməsin. ASALA terror qruplaşması bizim 40-dan çox diplomatımızı qətlə yetirib. Ancaq ABŞ və Qərb erməni terroruna münasibət bildirmədi. Suriya ərazisindən Türkiyəyə terror təhlükəsi yaranan zaman bütün dünyandan, o cümlədən G-20-dən (inkişaf etməkdə olan 20 ölkə) yardım istədik. Zahirdə bunu hamı müsbət qarşıladı, ancaq əməldə heç kim kömək etmədi. Ölkəmizə gətirdiyimiz “Patriot”u söküb geri apardılar. Onlar ölkəmizin təhlükəsizliyini və bizi təhdid edənlərin yanında durdular”.
R.T.Ərdoğan Türkiyənin terrora qarşı mübarizə aparıb, ən çox itkilər verən dövlət olduğunu vurğulayaraq, bu istiqamətdə uğurlar əldə etdiklərini deyib: “On minlərlə günahsız vətəndaşımız və məmurumuz terrorçular tərəfindən qətlə yetirilib. Diyabakırdakı əyalət təşkilatını niyə tərk etdiniz? Niyə oradakı analarla görüşmədiniz? Çünki işinizə yaramır. Siz ikiüzlü də deyil, çoxüzlüsünüz. 
Əsgərimizi geri çəkirik dedilər. Çəkdilərmi? Xeyir! Noyabrın 4-də hökumətin toplantısına biz mövqeyimizi qəti şəkildə ifadə etdik. Bunlar onsuz da İŞİD-lə bərabər hərəkət edirlər. Biz isə 3 min İŞİD terrorçusunu məhv etdik. 
Bizə adi bir tapançanın satışını belə əngəllədilər. Madam ki, strateji müttəfiqik, bizə qarşı niyə belə hərəkət edirsiniz? Hava hücumundan müdafiə sistemini bizə satmadılar. Gedib, Rusiyadan "S-400" Zenit-Raket Kompleksi aldıq. "F-35" layihəsindən bizi sıxışdırmaq istəyirlər. Bunun da alternativi var. Təki pulun olsun. Bu da azmış kimi indi də tarixlə bizə təzyiqlər edirlər. Bütün bunlara baxmayaraq, "Barış pınar"ı əməliyyatını davam etdiririk. Parlamentlərində heç bir hüquq əsası olmayan qərarlar qəbul edirər. Qəzetlərində Türkiyəyə qarşı yazılar yazırlar. PKK/YPG-PYD terrorçu kimi qəbul edilməyənədək əməliyyat davam edəcək. İndi İŞİD-i özləri yaratdıqlarını etiraf edirlər".(Report)
09 Noyabr 2019 Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik
08 Noyabr 2019 Moskvadan Bakının notasına cavab: Hər hansı görüş olmayıb
08 Noyabr 2019 “Türküstan yelləri öpüb alnını…” - Əli Həsənov Azərbaycan bayrağından yazdı
07 Noyabr 2019 Prezident Musa Yaquba ev verdi
01 Noyabr 2019 Rövnəq Abdullayevin onların vəzifəsini dəyişdirdi - SİYAHI
01 Noyabr 2019 “Azəriqaz” rəhbəri vəzifədən azad edilir… - Açıqlama
01 Noyabr 2019 ABŞ və Rusiyanın əsl dərdi budur – Ərdoğan
31 Oktyabr 2019 Rektor Nurlana Əliyeva görün kiminlə quda imiş…
30 Oktyabr 2019 İrəvan Azərbaycan ərazisidir — Rus alim xəritə yaydı
29 Oktyabr 2019 "Məmurların çoxu öz biznesini dövlət pulları hesabına qurublar" - Vahid Əhmədov
28 Oktyabr 2019 Azərbaycan və ABŞ Müdafiə nazirləri görüşdü
27 Oktyabr 2019 Ərdoğan Bağdadinin öldürülməsindən yazdı - Foto
27 Oktyabr 2019 Azərbaycanlı qız Pozneri belə susdurdu - Video
26 Oktyabr 2019 Hadi Rəcəbli: Milli Məclisdə yatan deputatın olmasının tərəfdarı deyiləm
25 Oktyabr 2019 Ermənistan Müdafiə Nazirliyi Hatamyana əlillik statusu verməkdən imtina edir
25 Oktyabr 2019 Tramp terroçuya təşəkkür edib
23 Oktyabr 2019 "Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edildi
23 Oktyabr 2019 AMEA yeni prezident seçir
23 Oktyabr 2019 İqtisadiyyat naziri Mikayıl Cabbarov oldu
23 Oktyabr 2019 80 abonent qazsız qaldı-Xaçmazda
23 Oktyabr 2019 AMEA prezidenti istefa verdi
21 Oktyabr 2019 İslahatlar başladı-Hacıbala Abutalıbov vəzifədən getdi
21 Oktyabr 2019 Türkiyə ordusu Suriyanın Ras-el-Ayn şəhərini tam nəzarətə aldı
20 Oktyabr 2019 Mətbuat Şurasından jurnalistlərə və polislərə - Müraciət
20 Oktyabr 2019 Rusiyadan Azərbaycana maraqlı təklif
18 Oktyabr 2019 Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi
17 Oktyabr 2019 Azərbaycanda vahid məktəbli forması olacaq? - Nazir AÇIQLADI
16 Oktyabr 2019 Prezident Əli Əsədovun təyinatından danışdı
16 Oktyabr 2019 Vilayət Eyvazova ağır itki
14 Oktyabr 2019 Türk Şurası 10 il ərzində sübut etdi ki... - Elmar Məmmədyarov - FOTO

Xəbər lenti