.

Əli Həsənov

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi 

 

Türküstan yelləri öpüb alnını
Söyləyir dərdini sana, bayrağım!
Üçrəngin əksini Quzğun dənizdən
Ərməğan yollasın yara, bayrağım!
Əhməd Cavad

Görkəmli istiqlalçı şair Əhməd Cavadın bir zamanlar bu misralarla qürbətdən oxşayıb əzizlədiyi, doğma yarına- Azərbaycanına ərməğan kimi yollamaq istədiyi üçrəngli bayraq bu gün bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının qürur mənbəyinə, milli-mənəvi kimliyinə, millətin siyasi vizit kartına, ölkə vətəndaşlarının qeyrət və dəyanət simvoluna çevrilib…

Hər bir ölkə kimi, Azərbaycanın da tarixi və dövlətçilik ənənələri onun dövlət rəmzlərində və atributlarında öz əksini tapır. Müstəqil dövlət olaraq, onun dünyada öz məxsusi dövlət rəmzləri- bayrağı, gerbi, himni mövcuddur. Üçrəngli bayrağımız hazırda bizim əsas dövlətçilik rəmzimiz olaraq xalqın müstəqillik və suverenlik iradəsini, milli azadlıq və istiqlal arzularını özündə əks etdirir və Azərbaycanın müstəqilliyinin simvolu kimi çıxış edir.
Məlum olduğu kimi, üçrəngli dövlət bayrağımız ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il noyabrın 9-da qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra yeni qurulan hökümət bu bayraqdan imtina etmişdir. İkinci dəfə üçrəngli dövlət bayrağı 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında Məclisin qərarı ilə bərpa olunmuş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Həmin sessiyada Muxtar Respublika Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında “üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında” vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və “üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi” haqqında qərar vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucu lideri, ulu öndər Heydər Əliyev bayrağımızı və digər dövlət rəmzlərimizi həmişə yüksək tutaraq, onları xalqımızın, dövlətimizin müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin simvolu kimi dəyərləndirmişdir.

Ümummilli lider söyləyirdi ki, “biz dövlət rəmzlərimizi- himnimizi, bayrağımızı, gerbimizi özümüz qədər sevməliyik, çünki onlar bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzləridir”.

Milli dövlət və istiqlal rəmzlərimizə hədsiz sevgi nümayiş etdirən Prezident İlham Əliyev ümummilli liderin siyasi kursuna sadiq qalaraq dövlət suverenliyinin rəmzləri sayılan bayrağımızı, gerbimizi və himnimizi həmişə yüksək tutmuş, onların təbliği ilə bağlı xüsusi tədbirlər həyata keçirmişdir. 2007-ci il noyabrın 17-də Prezidentin imzaladığı sərəncamla Bakı şəhərində Dövlət Bayrağı Meydanı təsis edilmiş, 17 noyabr 2009-cu il tarixli Fərmanı ilə hər il noyabr ayının 9-u Azərbaycanda “Milli Bayraq Günü” kimi rəsmi bayram olaraq qeyd olunmağa başlanmışdır. Şəxsən ölkə başçısının və rəhbərlik etdiyi hökumətin dövlət rəmzlərinə, rəsmi atributlara, suverenlik göstəricilərinə bu cür ehtiramla yanaşması, əlbəttə, müvafiq olaraq bütün Azərbaycan cəmiyyətinin, xarici ölkələrdə yaşayan soydaşlarımızın da dövlətçilik simvollarına sevgisini daha da artırımış, hər bir azərbaycanlıda öz dövləti ilə bağlı qürur hissini yüksəltmiş, xalqla dövlət arasındakı vəhdəti daha da gücləndirmişdir. Xüsusən, 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimindəki nitqində Prezident İlham Əliyevin səsləndirdiyi: “Bayrağımız bizim qürur mənbəyimizdir, bayrağımız bizim canımızdır və ürəyimizdir. Bu gün Azərbaycanın hər yerində dövlət bayrağı dalğalanır. Azərbaycanın ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız hələ də işğal altında olan torpaqlarda qaldırılacaq. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaq. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”- kimi duyğusal fikirlər hər bir azərbaycanlının və bütün soydaşlarımızın qəlbini riqqətə gətirmişdir.

Dövlət rəmzlərinə, xüsusən də bayrağımıza Azərbaycanda həmişə müqəddəs atribut kimi yanaşılmışdır. 2010-cu ildən başlayaraq Milli Bayraq Gününün ayrıca bayram kimi qeyd edilməsi ölkə başçısının və vətəndaşlarımızın öz dövlətçiliyinə və suverenliyinə, dövlət rəmzlərinə və müstəqillik simvollarına yüksək münasibətinin əyani təzahürüdür. İnsanlarımız Milli Bayraq Gününü millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus milli-mənəvi dəyərlərə malik olmasının təcəssümü kimi dəyərləndirir, bayrağımızı ölkəmizin ərazi bütövlüyü və suverenliyinın, dünya azərbaycanlılarının mənəvi birliyinin, doğma Vətənlə vahidliyinin simvolu kimi qəbul edirlər.

09 Noyabr 2019 Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik
08 Noyabr 2019 Moskvadan Bakının notasına cavab: Hər hansı görüş olmayıb
07 Noyabr 2019 Prezident Musa Yaquba ev verdi
05 Noyabr 2019 Ərdoğan: "Qərb ölkələri erməni terroruna münasibət bildirmirlər"
01 Noyabr 2019 Rövnəq Abdullayevin onların vəzifəsini dəyişdirdi - SİYAHI
01 Noyabr 2019 “Azəriqaz” rəhbəri vəzifədən azad edilir… - Açıqlama
01 Noyabr 2019 ABŞ və Rusiyanın əsl dərdi budur – Ərdoğan
31 Oktyabr 2019 Rektor Nurlana Əliyeva görün kiminlə quda imiş…
30 Oktyabr 2019 İrəvan Azərbaycan ərazisidir — Rus alim xəritə yaydı
29 Oktyabr 2019 "Məmurların çoxu öz biznesini dövlət pulları hesabına qurublar" - Vahid Əhmədov
28 Oktyabr 2019 Azərbaycan və ABŞ Müdafiə nazirləri görüşdü
27 Oktyabr 2019 Ərdoğan Bağdadinin öldürülməsindən yazdı - Foto
27 Oktyabr 2019 Azərbaycanlı qız Pozneri belə susdurdu - Video
26 Oktyabr 2019 Hadi Rəcəbli: Milli Məclisdə yatan deputatın olmasının tərəfdarı deyiləm
25 Oktyabr 2019 Ermənistan Müdafiə Nazirliyi Hatamyana əlillik statusu verməkdən imtina edir
25 Oktyabr 2019 Tramp terroçuya təşəkkür edib
23 Oktyabr 2019 "Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edildi
23 Oktyabr 2019 AMEA yeni prezident seçir
23 Oktyabr 2019 İqtisadiyyat naziri Mikayıl Cabbarov oldu
23 Oktyabr 2019 80 abonent qazsız qaldı-Xaçmazda
23 Oktyabr 2019 AMEA prezidenti istefa verdi
21 Oktyabr 2019 İslahatlar başladı-Hacıbala Abutalıbov vəzifədən getdi
21 Oktyabr 2019 Türkiyə ordusu Suriyanın Ras-el-Ayn şəhərini tam nəzarətə aldı
20 Oktyabr 2019 Mətbuat Şurasından jurnalistlərə və polislərə - Müraciət
20 Oktyabr 2019 Rusiyadan Azərbaycana maraqlı təklif
18 Oktyabr 2019 Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi
17 Oktyabr 2019 Azərbaycanda vahid məktəbli forması olacaq? - Nazir AÇIQLADI
16 Oktyabr 2019 Prezident Əli Əsədovun təyinatından danışdı
16 Oktyabr 2019 Vilayət Eyvazova ağır itki
14 Oktyabr 2019 Türk Şurası 10 il ərzində sübut etdi ki... - Elmar Məmmədyarov - FOTO

Xəbər lenti