.


Dövlət Təhlükəsizliyi Xidməti Əfqanıstanda terror birləşmələrinin tərkibində döyüşən azərbaycanlıların saxlanılması ilə bağlı açıqlama yayıb.

 

Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə iştirak etmə) və 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmə) maddələri ilə aparılan cinayət təqibi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü Güləliyev Bəhram Tağıbəy oğlu 2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulub.

Bəhram Güləliyev barəsində başlanılan cinayət işi üzrə beynəlxalq axtarış tədbirləri çərçivəsində, sonuncu Pakistan İslam Respublikasında saxlanılaraq 2019-cu ilin oktyabr ayında Azərbaycana ekstradisiya edilib. Müəyyən olunub ki, Bəhram Güləliyev beynəlxalq terror təşkilatlarını kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb, eləcə də Azərbaycan vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib.

Davam edən araşdırmalarla, Əfqanıstan və Pakistanın sərhəd bölgələrində terror təlimlərində və silahlı münaqişələrdə iştirak edən, daha sonra tərkibində olduğu dəstənin digər üzvləri ilə birlikdə Suriya ərazisinə keçərək orada dini düşmənçilik zəminində aparılan döyüşlərdə iştirak edən Azərbaycan vətəndaşı, 1988-ci il təvəllüdlü Süleymanov Telman Çərkəz oğlu, habelə onunla eyni vaxtda həmin terror qruplaşmalarının tərkibində Suriyanın Atma və digər şəhərlərində silahlı münaqişələrdə iştirak edən Azərbaycan vətəndaşı, 1986-cı il təvəllüdlü Qasımov Elçin Tofiq oğlu ifşa olunaraq saxlanılıblar.

Həmçinin beynəlxalq terror təşkilatlarına qoşulduğuna görə hazırda Azərbaycan vətəndaşlığından məhrum edilmiş, 1982-ci il təvəllüdlü Abbasov Rasi Yaşar oğlunun 2014-cü ilin sentyabr ayında ölkə ərazisini tərk edərək Türkiyəyə, oradan isə xüsusi bələdçilər vasitəsilə qanunsuz yolla Suriya ərazisinə keçərək terror təşkilatına daxil olduğu, həmin cinayətkar birliyin tərkibində Suriyanın Cerablus, Rakka və digər şəhərlərində dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirakı müəyyən edilib.  

Bəhram Güləliyev, Telman Süleymanov, Elçin Qasımov və Rasi Abbasov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo”

 

07 Noyabr 2019 Baş nazir Paşayevə vəzifə verdi - Sərəncam
05 Noyabr 2019 Ceyhun Bayramovdan müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılması barədə - ƏMR
31 Oktyabr 2019 Nazirdən şok açıqlama - “Restoranlarda nərə balığı adı ilə başqa ət satırlar”
28 Oktyabr 2019 Daha bir məktəb direktoruna töhmət verildi, müavini işdən çıxarıldı
28 Oktyabr 2019 Abutalıbovun sərəncamı ləğv edildi, tikinti dayandırıldı
23 Oktyabr 2019 Ramiz Mehdiyev vəzifəsindən azad edilib
23 Oktyabr 2019 ABŞ Müdafiə naziri Mark Esper gözlənilmədən İraqa gəlib.
23 Oktyabr 2019 Nazirlər Kabineti Aparatının İşlər müdiri Adil Əhmədov vəzifəsindən azad edildi.
19 Oktyabr 2019 Qanunsuz aksiyada neçə nəfər saxlanılıb? - RƏSMİ AÇIQLAMA
12 Oktyabr 2019 15 kənd azad edildi, 399 terrorçu isə məhv edildi
07 Oktyabr 2019 Elinanın məktəb direktorundan daha bir iddia: "Müəllimləri imza atmağa məcbur edib"
04 Oktyabr 2019 Türkiyədən ABŞ-a- Türkiyə qərarlı
27 Sentyabr 2019 Bu müəllimlərə əlavə ödənişlərin miqdarı artırılsın – Təklif
22 Sentyabr 2019 Xəzərdə dalğanın hündürlüyü 6,3 metrə çatdı - Yenilənib
18 Sentyabr 2019 Pula görə şagird avtobusdan düşürüldü – Ekspertdən çağırış
06 Sentyabr 2019 Alimlərdən qazlı içkilərlə bağlı ölüm xəbərdarlığı: gündə bir stəkan içirsinizsə...
29 Avqust 2019 ABŞ-ın Florida ştatına doğru güclü "Dorian" qasırğası yaxınlaşır
17 Avqust 2019 Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Uşaqlarınızı oğurlaya bilərlər
13 Avqust 2019 Atambayev Qırğızıstanda dövlət çevrilişi hazırlayıb - Kəşfiyyat
23 İyul 2019 SOS! Azərbaycanda xərçəngə yoluxan uşaqların sayı artır - Ekspert səbəbləri açıqlayır
16 İyul 2019 Türk deputatdan Keşikçidağ məsələsinə — MÜNASİBƏT
07 İyul 2019 Qanlı hadisənin qarşısı alındı: "Məşədi Elçin" saxlanıldı
30 İyun 2019 Bakı Şəhər İcra Hakimiyyətindən sakinlərə - Xəbərdarlıq
29 İyun 2019 ABŞ döyüş təyyarələrini İLK DƏFƏ ORA GÖNDƏRDİ – İranla müharibə yenidən alovlanır?
27 İyun 2019 Nazirlik işəgötürənlərə XƏBƏRDARLIQ ETDİ
11 İyun 2019 Bu gənclərin təhsil xərcləri qarşılanacaq – Müsabiqə
07 İyun 2019 Qubada 5 günlük istirahət fantastik qiymətə
04 İyun 2019 Bu il abituriyentlərin sayı 8 min nəfər çox olacaq - MəlBu il abituriyentlərin sayı 8 min nəfər çox olacaq - Məleykə Abbaszadəeykə Abbaszadə
03 İyun 2019 Azərbaycan “Boinq 737” təyyarələrindən imtina etdi
30 May 2019 Elinanın oxuduğu məkrəbin müəllimləri və sinif yoldaşları dindirilib

Xəbər lenti