.
Nazirlər Kabineti məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydasını müəyyən edəcək.
APA-nın xəbərinə görə, bu, “Məktəbəqədər təhsil haqqında” 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqi barədə Azərbaycan prezidentinin imzaladığı fərmanda öz əksini tapıb.
Qanunla Nazirlər Kabineti tərəfindən sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları, ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili, məktəbəqədər təhsil müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidməti göstərilməsi qaydaları müəyyən ediləcək.
Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi qaydası da müəyyən olunacaq.
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Xəbər lenti