.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsi tərəfindən Gəncə şəhərinin Natəvan qəsəbəsində qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbir həyata keçirilib.
AQTA-dan verilən məlumata görə, reydlərdə Gəncə Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər. Reyd zamanı bəzi kəsim məntəqələrində mənşəyi bilinməyən heyvan əti aşkar edilib. Heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlara qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı xəbərdarlıq edilib.
Qeyri-qanuni fəaliyyət göstərən məntəqələrin fəaliyyəti məhdudlaşdırılıb və heyvan kəsimi üçün istifadə edilən stasionar qurğular və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan ləvazimatlar icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən götürülüb.
 
Eyni zamanda, sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə edilməsi tövsiyə olunub.

Xəbər lenti