.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti avqustun 14-də gözlənilən hava şəraitini açıqlayıb. 

Asiya.info xəbər verir ki, nazirliyin yaydığı məlumatda deyilir:
Bakıda və Abşeron yarımadasında
Yağmursuz.  Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 18-22° isti, gündüz  27-32° isti, Bakıda gecə 20-22° isti, gündüz  29-31°  isti  təşkil edəcək. Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 %  olacaq. Abşeron çimərliklərində gözlənilən  hava şəraiti Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:  
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında 
Əsasən yağmursuz. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz  31-36° isti,  dağlarda gecə 11-16° isti,  gündüz  19-24°  isti təşkil edəcək.

Xəbər lenti