.

Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı münasibətlər sülhün və sabitliyin yaradılması baxımından beynəlxalq aləmə bir çağırış mesajıdır.

 “Ölkə.Az” xəbər verir ki, bunu  Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Volkan Bozkır deyib.

Onun sözlərinə görə, regionda və dünyada sabitlik üçün bu üç ölkənin münasibətləri digər ölkələrə çağırış mesajıdır.   “Təəssüf ki, Cənubi Qafqazdakı münaqişələr regionun inkişafına maneə törədir. Türkiyə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bu münaqişələrin beynəlxalq hüququn prinsiplərinə uyğun həllinə inanır”,- türkiyəli parlamentari deyib.

Xəbər lenti