.
Oktyabrın 15-indən hərbi əməliyyata başlayan İraq ordusu peşmərgə qüvvələri ilə qarşıdurmadan sonra şəhərdə nəzarəti ələ keçirib.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, İraqın Baş naziri Heydər əl-Abadi Kərkük və digər mübahisəli bölgələrdə İraq bayrağı qaldırılması təlimatını verib.
Hazırda İraq ordusu Ərbil-Kərkük və Süleymaniyyə-Kərkük yollarının nəzarətini ələ keçirməkdədir.
İraq Kürq Regional Hökumətinin rəhbəri Məsud Bərzani peşmərgə qüvvələrinə müraciət edərək onları İraq rəhbərliyinə tabe olmağa çağırıb.
Peşmərgə qüvvələri Kərkükün cənubundakı mövqelərdən geri çəkilib.
 
.
ABŞ-ın Kaliforniya ştatında 6 gündür davam edən yanğını hələ də söndürmək mümkün olmayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində ölənlərin sayı 40-a çatıb.
Yüzlərlə insanın itkin düşdüyü bildirilir. Yanğının güclü olduğu yaşayış yerlərindən 100 mindən çox insan təxliyyə edilib.
Hazırda sürəti saatda 70 kilometri keçən yanğının qarşısını almaq üçün 10 mindən çox yanğınsöndürən çalışır.
.
Bu gün Qırğızıstanda prezident seçkiləri keçirilir.
 
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 08.00-da açılan 2375 seçki məntəqəsi saat 20.00-da bağlanacaq.
 
Ölkə xaricində vətəndaşlar səfirlik və konsulluqlarda açılmış 37 seçki məntəqəsində səs verə biləcək. Prezident postuna 11 namizəd iddialıdır. Səlahiyyət müddəti dekabrın 1-də başa çatacaq Qırğızıstanın prezidenti Almazbek Atambayev Konstitusiyaya əsasən namizədliyini irəli sürməyib. Seçkilərdə ölkənin sabiq baş nazirləri -  Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekov və müxalifət liderlərindən Omurbek Babanovun şansı yüksək qiymətləndirilir.
 
Ölkə tarixində ilk dəfə seçkilər elektron informasiya-seçki sistemi tətbiq edilir. Sistem seçki qutularına atılan bülletenləri avtomatik hesablayır, məlumatlar mərkəzi server və sayta ötürülür.
 
Qırğızıstan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 10.00-a seçici fəallığının 7,49% təşkil etdiyini açıqlayıb. 
.
 Kaliforniyada meşə yanğınları qurbanlarının sayı 40 nəfərə çatıb.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarına məlumat yayıb.
Bildirilir ki, son 84 il ərzində bu qədər insan yanğın zamanı eyni vaxtda ölməyib. 1933-cü ildə Los-Anceles yaxınlığındakı şəhərlərdən birindəki parkda baş vermiş yanğında 29 nəfər həlak olmuşdu.
Son məlumatlara görə, alov 5,7 mindən çox evi və tikilini məhv edib. Hadisə ilə əlaqədar yüz minə yaxın insanı təxliyyə etmək lazım gəlib. Onlardan 3000-i şənbə günü Santa-Rosdakı evlərini tərk edib.
Qeyd edək ki, bundan əvvəlki məlumatda yanğının 38 nəfərin həyatına son qoyduğu bildirilirdi. Onlardan 20-i Sonoma dairəsində ölüb.

***04:40
Kaliforniyada meşə yanğınları qurbanlarının sayı 38-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Polisin verdiyi məlumata görə, Napa və Sonoma dairələrində daha 3 cəsəd tapılıb. Kaliforniyadakı meşə yanğınları son 84 ildə ən güclü və ştatın tarixində ən öldürücü yanğınlar hesab edilir.  
.
Türkiyənin Krımdan gələn gəmilərə qadağa qoyması dostcasına atılmayan bir addım kimi dəyərləndirilməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının üzvü Frants Klintseviç deyib.
O bildirib ki, Ankaranın ABŞ-la əlaqələri soyuqlaşdıqdan sonra Türkiyə dünyada öz siyasətini yürütməyi bacaran ölkə olduğunu göstərdi:
“Lakin müəyyən süni ambisiyalar Rusiya ilə Türkiyənin Suriyadakı birgə əməliyyatlarına maneə ola bilər. Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin son qərarı bizi narahat etdi. Dostcasına atılmış addım olduğunu deyə bilmərik”.
Qeyd edək ki, Türkiyə hökuməti dünən qeyri-qanuni yük daşımalarının qarşısının alınması məqsədilə Krımdan gələn gəmilərin ölkə sahillərinə yan almasını qadağan etmişdi.
.
Banqladeşdə fil rohinca qaçqınları olan düşərgəyə hücum edib.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, azı 4 nəfərin filin ayaqları altında qalıb öldüyü bildirilir.
Məlumata görə, səhər saatlarında qəflətən fil meşədən çıxaraq düşərgəyə hücum edib.
Hadisə zamanı 2 nəfərin elə yerindəcə öldüyü bildirilir.
Daha 2 nəfər aldığı yaralardan ölüb. Bir neçə nəfər isə ağır xəsarətlərlə yaxınlıqdakı tibbi məntəqəyə yerləşdirilib.
.
Kanada hökuməti İranın nüvə proqramının yoxlanılmasına 1,2 milyon dollar vəsait ayıracaq.
“Report” xəbər verir ki, bunu yerli xarici işlər naziri Kristia Friland deyib.
"2015-ci ildə imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) sülh və təhlükəsizliyə yarana biləcək təhlükənin qarşısının alınmasında mühüm alət oldu", - deyə Kanada XİN-in rəsmi saytında dərc olunan bəyanatda bildirilir.
Bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın nüvə sövdələşməsinə tam riayət etdiyini xəbər verib.
Oktyabrın 13-də Amerika lideri Donald Tramp bildirib ki, ABŞ İrana qarşı olan strategiyasını yenidən nəzərdən keçirib və istənilən vaxt bu ölkə ilə nüvə sövdələşməsini poza bilər.
.
ABŞ-a məxsus 3 qırıcı təyyarə Yaponiyanın Komatsu bazasına məcburi eniş edib.
Axar.az xəbər verir ki, Yaponiyanın Aomori prefekturasında yerləşən Misava hərbi bazasında qeydiyyatda olan ABŞ-a məxsus üç qırıcı F-16 təyyarəsinin enişinə səbəb təyyarələrdən birinin mühərrikində baş verən nasazlıq olub.
Digər iki təyyarənin məcburi eniş etməsinin səbəbləri barədə məlumat verilmir.
.
Gürcüstanın Batumi şəhərində atışma olub.
"Qruziya Onlayn" xəbər verir ki, hadisə Niko Pirosmani küçəsində baş verib. Şahidlərin sözlərinə görə, xəsarət alanlar "Real-Palas" tikinti şirkətinin yaradıcıları olub.
Hadisə şirkətin ofisinin qarşısında baş verib. Atışmanın səbəbi ailə münaqişəsi olub.
.
Dünya şöhrətli hind aktyor və rejissor Aamir Xan “Secret superstar” filminin tanıtımı üçün Türkiyəyə səfər edib.
 
“Qaqazinfo”nun “Posta”ya istinadən verdiyi məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan aktyoru iqamətgahında qəbul edib.
 
Görüş mətbuata qapalı keçirilib.

Xəbər lenti