.

Rusiya Prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.
Asiya.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Tərəflərin ötən gün baş tutan məhbusların mübadiləsi məsələsini müzakirə etdiyi və dialoqu davam etdirməklə bağlı razılığa gəldikləri bildirilib.
Məlumatda, həmçinin, Putinin Zelenskiyə Minsk razılaşmalarının tətbiqi üçün Normandiya formatının yaxşı hazırlanması gərəkdiyini söylədiyi qeyd edilib.
Axar.az
.

Baham adalarında "Dorian" qasırğası nəticəsində azı 43 nəfər həlak olub.

Ardını oxu...

.

Baham Adalarında “Dorian” qasırğasından ölənlərin sayı 43 nəfər çatıb.
 
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, adanın baş nazirinin mətbuat xidmətinin katibi Erik Uels Koks ölü sayının artacağını bildirib.
“Rəsmi olaraq, 43 nəfər ölsə də, çoxlu sayda itkin düşənlər də var”.
 
Abako və Qrand-Baqama adalarında 70 min sakinin yardıma ehtiyacı olduğu da qeyd olunub.
 
.

Rusiyanın Lipetsk vilayətində iki Su-34 qırıcı-bombardmançı təyyarəsi toqquşub.
Axar.az xəbər verir ki, bu barədə Ren TV məlumat yayıb. Hadisə təlim-məşq uçuşu zamanı baş verib.
Telekanalın məlumatına görə, vizual əlaqənin itməsi səbəbindən təyayrələr havada toqquşub.
Hər iki təyyarənin pilotu katapult etməyi bacarıb. Onların sağ olduğu bildirilir.
.

Ukraynanın millət vəkilləri Televiziya və Radio məsələləri üzrə Milli Şuranın iclasında mübahisə ediblər.

Ardını oxu...

.

Baham adalarında hökm sürən “Dorian” qasırğası səbəbindən ölənlərin sayı daha da artıb.

Ardını oxu...

.

Yunanıstanın Dodekanes adalarında 4,5 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, zəlzələ saat 04:01-də qeydə alınıb. Yeraltı təkanların ocağı 13,37 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin episentrinə ən yaxın Türkiyənin Muğla vilayətinin Marmaris rayonu olduğu qeyd edilib.
.

Kaliforniya sahillərində gəminin yanması nəticəsində 34 nəfər həlak olub.
“KTLA” telekanalının verdiyi xəbərə görə, 75 metrlik gəmi bu gün səhər saatlarında Santa Cruz adası yaxınlığında alışmağa başlayıb.
Məlumata görə, beş ekipaj üzvü gəmidən qurtulmağı bacarıb.
Ventura bölgəsinin rəsmiləri yangın nəticəsində 34 nəfərin həlak olduğunu təsdiqləyiblər.
Los-Anceles Sahil Mühafizə Xidməti isə “Twitter” səhifəsində məlumat verib ki, xilasetmə qrupları hadisə yerindədir və onlar gəmi batmadan yanğını söndürməyə çalışırlar. (apa)
.

Avstraliyada xoruz yerli sakinə öldürücü zərbə vurub.
Bu barədə “The Sun” nəşri yazıb.
Məlumata görə, qadın yumurta toplayan zaman xoruz ona hücum edib. Belə ki, xoruzun yumurta toplayan qadını dimdiklə vurması nəticəsində onun varikoz damarı kəsilib və o, çoxlu qan itirmədən ölüb.
Yerli rəsmilər qadının şəxsiyyəti barədə məlumat verməyib.(APA)
.


Hadisələrin gedişatına uyğun olaraq, növbəti addımlara qərar verəcəyik.

Ardını oxu...

Xəbər lenti