.
Türkiyə Silahlı Qüvvələrinin 3 əsgəri Suriya ilə sərhəddə odlu silahdan açılan atəş nəticəsində həlak olub.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, hadisə dekabrın 9-na keçən gecə, yerli vaxtla saat 00.30-da Şanlıurfa vilayətinin Ceylanpınar rayonu ərazisində, Suriya ilə sərhəd xəttində baş verib.
 
Şanlıurfa valisi İzzəddin Kiçik olayı araşdırdıqlarını  bildirib. Atəşin Suriya ərazisindən – “İŞİD”lə yerli kürd qruplaşmaları arasında toqquşmaların davam etdiyi Telhanzir kəndi tərəfdən açıldığı güman olunur.
 
Hadisədən sonra sərhəd xəttinin mühafizəsi gücləndirilib və bölgəyə əlavə qüvvə göndərilib. 
.

Türkiyənin bəzi şəhərlərində baş vermiş iğtişaşlar zamanı 15 nəfər ölüb.                    

 

“Qafqazinfo” xəbər verir ki, ölkənin 6 əyalətində oktyabrın 8-dən komendant saatı elan edilib. Komendant saatı Diyarbakır, Mardin, Siirt, Muş, Van və Batman əyalətində tətbiq edilib.

Məhz bu bölgələrdə etirazlar və iğtişaşlar daha geniş vüsət alıb. Etirazçılar mağazalara və bələdiyyə əmlakına ciddi zərər vurur, polis əməkdaşlarını daş-qalaq edir. Etirazçılar həmçinin yandırıcı maye ilə doldurulmuş şüşə qablarından istifadə edərək bina və obyektlərə, avtomobillərə od vurur.

Etiraz aksiyalarında, əsasən, yerli kürdlər, kürdyönümlü partiyaların və PKK-nın tərəfdarları iştirak edirlər. Suriyanın Kobani şəhəri ətrafında yaranmış vəziyyətin iğtişaşlara əsas səbəb olduğu bildirilir. (Trend)

.

Dünyada hər il 1 mln. körpə doğulan kimi ölür. Bu barədə UNİCEF-in Uşaq Fondunun yeni hesabatında deyilir. Sənəddə qeyd olunur ki, 1990-cı ildən başlayaraq 5 yaşınadək olan uşaqlar arasında ölüm hallarının sayı 49 faiz azalıb. 1990-cı ildə 12,7 mln. uşaq öldüyü halda, 2013-cü ildə müvafiq göstərici 6,3 mln. olub.
 
Bununla belə ekspertlər hesab edirlər ki, əldə olunan nəticələr Minilliyin inkişaf məqsədlərindən birinə (2015-ci ilədək uşaqlar arasında ölüm hallarının sayını 60 faiz azaltmaq) çatmaq üçün yetərli deyil.
 
Hesabatda bildirilir ki, körpə üçün ən təhlükəli olan həyatının ilk 28 günüdür. Bu zaman kəsiyində hər il 2,8 mln. uşaq ölür. 
 
Ötən il dünyada aradan qaldırılması mümkün olan səbəblər üzündən 6,3 mln. uşaq ölüb. Bu, 2012-ci ildəki göstəricidən 200 min azdır. Bu o deməkdir ki, hər gün dünyada 17 min uşaq ölür.
Uşaq ölümlərinin yarısından çoxu zəif qidalanma ilə bağlıdır. Digər səbəblər arasında doğuş zamanı problemlər, diareya və sətəlcəm göstərilir.(apa.az)
.

Yuliya Timoşenko növbəti parlament seçkilərində müxalifətdə yer alacaq.

 

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna prezidentinin məsləhətçisi Oleq Medvedyev çıxış edib. O, həmçinin bir zamanlar hakimiyyətdə olmuş Regionlar Partiyasının gələcəyinə inanmadığını bildirib:

 

“Onların dövrü artıq sona çatıb. Onlar Donbasdakı vəziyyəti on illərdir hazırlayıblar. Məncə, onlar heç beş faizlik baryeri də keçməyəcəklər”.

 

Qeyd edək ki, Yuliya Timoşenkonun rəhbəri olduğu Batkivşina Partiyası hazırda hökumətdə əsas vəzifələri bölüşür.

.

İranın ali dini lideri Seyid Əli Xamneyi əməliyyat olunub.

 

Axar.az xəbər verir ki, Xamneyinin rəsmi səhifəsindən verilən məlumatda bildirilib ki, dini lider prostatdan əziyyət çəkdiyi üçün Tehrandakı xəstəxanaların birində əməliyyat olunub.

 

Məlumata görə, əməliyyat uğurla keçib və Xamneyinin vəziyyəti yaxşıdır.

 

Əməliyyatdan qabaq dövlət televiziyasına açıqlama verən Xamneyi, “Narahat olmağa əsas yoxdur. Allahın köməyilə bu, olduqca sadə və normal əməliyyatdır”, - deyib.

.


Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğan ölkəsinə geri döndükdən sonra bir sıra suallara aydınlıq gətirib.

 

Axar.az xəbər verir ki, Ərdoğan Obamadan nurçuların lideri Fətullah Güləni istəməsi ilə bağlı danışıb.

 

Ərdoğan eyni mövzu (paralel yapı) ilə bağlı Obamaya hər iki ölkənin kəşfiyyat təşkilatlarının ortaq çalışmalı olduğunu bildirərək ölkəsinin milli təhlükəsizliyinə ciddi təhdid yarandığını xatırladıb.

 

Türkiyə lideri qeyd edilən məsələlərə xarici işlər nazirlərinin nəzarət edə biləcəyini və bu görülən işlərin Türkiyədəki inkişafların çox fərqli nəticələri təmin edəcəyini söyləyib.

 

Eyni mövzu (paralel yapı) ilə bağlı Obamanın Türkiyədən sənəd və materiallar istədiyini vurğulayan Ərdoğan prezidentin məsələyə yanaşmasını təbii qarşılayıb.

.
 


Bizimyol.infoxəbər verir ki, Türkiyənin Batman şəhərində naməlum şəxslər məktəblərin birinin ərazisinə daxil olaraq Türkiyə bayrağını bayraq dirəyindən endirərək onu yandırıblar. Türkiyə hökuməti xəbəri təsdiqləsə də hələ ki, hadisə ilə bağlı heç bir açıqlama verilməyib.

.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya köşkündə verdiyi qonaqlıq zamanı “Yəmən türkü”sü söyləyib.

 

Axar.az xəbər verir ki, Ərdoğan qonaqlarla söhbət edərək orkestrin önünə gəlib. Bu an sənətçilərdən biri Ərdoğana yaxınlaşaraq birlikdə mahnı oxumağa dəvət edib. Yavuz Bingöl ilə birlikdə Ərdoğan “Yəmən türkü”sünü səsləndirib.

 

3500 qonağın iştirak etdiyi Çankaya köşkündə müxalifət nümayəndələrinin də olması təəccüb doğurub.

.
Özbəkistan prezidentinin qızı, ötən ilin payızından atasının qəzəbinə tuş gələn və bu ilin fevralından etibarən Daşkənddə ev dustağı edilən Gülnarə Kərimovanın səs və video yazısı BBC yayım korporasiyasına ötürülüb.

Virtualaz.org saytı xəbər verir ki, BBC hələlik audio və videoyazını yaymayıb, ancaq onun qısa məzmununu çatdırıb.

Orada G.Kərimova bildirir ki, onu və yeniyetmə qızı İmanı ağır şərtlər altında, bağlı qapılar arxasında saxlayırlar: “Bizi evdə saxlayırlar. Biz çölə bir addım da ata bilmərik. Bizi itdən betər şəraitdə saxlayırlar. Onlar mənim barmağımı sındırmaq istədilər, mənəvi təzyiq göstərirlər, evimizi tamamilə işğal ediblər”.

İngilis dilində danışan Gülnarə Kərimova deyir: “Biz heç kimdən tutarlı cavab ala bilmirik ki, niyə ev dustağı olmuşuq, sanki həbsxanadayıq. Öyrənə bilmirik ki, mənim qızım başqaları ilə ünsiyyətdən nəyə görə məhrum olub, 15 yaşında şagird məktəbə gedə bilmir, dostları ilə ünsiyyət saxlaya bilmir. Mən indi özüm haqda danışmıram. Bizim tibbi yardıma ehtiyacımız var”.

G.Kərimova atasının mühafizə xidmətinin əməkdaşlarının nəzarətində saxlanılır və ona telefonla danışmaq, internetə girmək, yaxınları ilə ünsiyyət saxlamaq qadağan olunub.

BBC bildirir ki, bu qış çəkildiyi güman edilən aşağı keyfiyyətli videoda Gülnarəni qızı və oğlu İslamla birlikdə görmək olur. Onların yanında mülki və hərbi geyimli şəxslər var. Hərbi geyimlilərdən bəziləri silahlıdır və kiminsə onlara “silahı yığışdır!” dediyini eşitmək olur. BBC ehtimal edir ki, kadrlar Gülnarənin mühafizəçilərlə birlikdə atasının Durmen iqamətgahına daxil olmağa cəhd edərkən çəkilib.

Həmçinin Gülnarənin “Ata, ata! Mən istənilən halda keçəcəyəm!” deyə qışqırdığı eşidilir. Kadrların nə vaxt çəkildiyi dəqiq müəyyən edilməsə də Gülnarə və onu müşayiət edənlərin əllərində gül buketləri tutduqları görünür.

Bundan əvvəl Gülnarənin Londonda oxuyan oğlu İslam “Ren TV” kanalına müsahibəsində demişdi ki, ötən qış onu babasının ad gününə buraxmayıblar və qapıdan qovublar. Bu baxımdan ehtimal edilir ki, kadrlar bu il yanvarın sonunda - prezident İslam Kərimovun 76 yaşıyla bağlı mərasimdə çəkilə bilər.
Asiya.info.az
.

Mark Zukerberq qeyr-adi hərəkəti ilə gündəmə gəlib

Facebook-un qurucusu Mark Zukerberq qeyri-adi hərəkəti ilə gündəmə gəlib.

Anspress-in məlumatına görə, Mark ALS adlı xəstəliyə qarşı diqqət çəkmək üçün bir vedrə dolu buzlu suyu başından aşağı boşaldıb. Nyu Cersi qubernatoru Kris Kristi tərəfindən başından aşağı buzlu su tökməyə dəvət edilən Mark bu təklifə razılıq verib.

Facebook-un qurucusu Mark Zukerberq Bill Qeyts ("Microsoft"un qurucusu), Şerl Sandberq ("Facebook" vitse-prezidenti) və Rid Hastinqsə ("Netflix" vitse-prezidenti) meydan oxuyub və onlara 24 saat müddət verib. Mark onlara üzünü tutaraq "ya 24 saat ərzində lazım olanı edərsiniz, ya da ALS vəqfinə 100 $ hədiyyədə edərsiniz" deyərək dostlarına səslənib.

Vedrəni başından aşağı boşaltdıqdan sonra Mark bir anlıq donub qalıb. Bu videonu izləyən Bill Qeyts idə bir qurğu düzəldmək qərarına gəlib. Həmin qurğu ilə suyu başından aşağı tökən Qeyts Zukerberqin istəyini yerinə yetirib.

Qeyd edək ki, bu addımın əsas məqsədi əslində ALS adlı xəstəliklə bağlı cəmiyyətdə fikir yaratmaqdır. ALS sinir hüceyrələrinin (neyronların) itkisindən irəli gəlir. Xəstəlik əzələlərdə gücsüzlük və əriməyə gətirib çıxarır, lakin zehni funksiyalarda və yaddaşda hər hansı bir pozulma ortaya çıxmır.

Xəbər lenti