.


Şimal Marian adalarının sahillərinin yaxınlığında Sakit okeanda 5,9 bal gücündə zəlzələ baş verib.

Ardını oxu...

.

Türkiyənin İzmir və Muğla şəhərlərində meşə yanğınları tüğyan edir. Hazırda İzmirin 4 bölgəsində meşə yanğınları ilə mübarizə aparılır.

Ardını oxu...

.

Türkiyədə Bolu dağ ilə Ankara arasındakı şosedə sərnişin avtobusu ilə ağır tonnajlı yük avtomobili toqquşub. Qəza nəticəsində 37 nəfər yaralanıb.
Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)
.

ABŞ-ın Gömrük və Sərhəd Nəzarəti Xidməti (CBP) bir sıra Amerika hava limanlarında nəzarət sistemində nasazlıqların yaranması barədə məlumat yayıb. 

Ardını oxu...

.

2019-cu ilin yanvar-iyul aylarında Türkiyə hava məkanından 1 148 426 təyyarə istifadə edib.  

Ardını oxu...

.

ABŞ Kəşfiyyat strukturları Rusiyanın Arxangelsk vilayətinin Severodvinsk şəhəri yaxınlığındakı baş verən partlayışla bağlı öz versiyasını irəli sürüb.

Ardını oxu...

.


Azərbaycandan Səudiyyə Ərəbistanına gedən zəvvarlar ötən gün qurbanlarını kəsib.

Ardını oxu...

.
 

Rusiyanın Moskva vilayətində Avropanın ən böyük meyvə-tərəvəz bazası hesab edilən “Fud Siti”də namaz qılmaq qadağan olunub.
Bu barədə “Report”un Rusiya bürosuna bazada çalışan həmyerlilərimiz məlumat veriblər.
“Bazada bizə namaz qılmağa qadağa qoyublar. Əvvəllər bazanın içərisində yerləşən “Bakı” restoranında namaz qılırdıq. Sonra gəlib restoranı bağladılar və videokameralar yerləşdirdilər ki, namaz qılmaq olmaz. Cərimələrə gəlincə, əgər, təhlükəsizlik xidməti namaz qılan adamı birinci dəfə tutarsa 5000 rubl, ikinci dəfə tutarsa 10.000 rubl məbləğində çərimə edir. Namaz qılan şəxs üçüncü dəfə ibadət vaxtı tutularsa onda həmin şəxsin şəkli təhlükəsizlik işçiləri arasında paylanılır və onun bazaya buraxılması qadağan edilir”- , adının açıqlanmasını istəməyən soydaşımız deyib.
Digər soydaşımız isə ibadəti gizli şəkildə etdiklərini bildirib: “Biz bazanı tərk edə bilmirik. Çünki, bütün günümüz bazarda iş başında keçir. İbadətimizə imkan vermirlər. Yalnız gizli şəkildə namaz qılırıq ki, heç kim görməsin və bizi çərimələməsin”
Mövzu ilə bağlı “Fuf-siti” meyvə tərəvəz bazasının mövqeyini öyrənməyə çalışsaq da bu gün istirahət günü olduğundan suallarımız cavabsız qaldı və birinci gün əlaqə saxlamağımızı tövsiyə etdilər.
.
Şimali Koreya yeni silahını ortaya çıxarıb.
 ABŞ və Şimali Koreya arasında gərginlik davam edərkən Pxenyan administrasiyası yeni bir açıqlama yayıb. Məlumatda şənbə günü yeni raketin sınaqdan keçirildiyi bildirilir. 
Ölkənin coğrafi şəraitinə uyğun hazırlanan yeni silahın qısa mənzilli raketlərdən ibarət olduğu deyilir. Şimali Koreya lideri Kim Çen Inın sınaq çəkilişləri zamanı müşahidə mərkəzində olaraq üzündəki təbəssüm də diqqət çəkir. Sınaq atışları raketin güclü olduğunu sübut edib.  //Moderator.az//
.

Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa hava dəhlizi açılacaq.
Trend-in məlumatına görə, bunu Türkiyə Hava Limanları Baş İdarəsinin rəhbəri Hüseyn Kəskin deyib.
O bildirib ki, hava dəhlizi bu il avqustun 15-də açılacaq.
H.Kəskin qeyd edib ki, bununla bağlı razılaşma Hava Limanları Baş İdarəsi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında danışıqlardan sonra əldə olunub: “Bununla da, əvvəllər İran üzərindən həyata keçirilən Naxçıvan reysləri birbaşa dəhliz vasitəsilə baş tutacaq”.

Xəbər lenti