.


Ermənistanın eks-prezidenti Robert Köçəryanın tərəfdarları yenidən İrəvanda etiraz aksiyası keçirib.

Ardını oxu...

.

Ukrayna prezidenti Vladimir Zelenski Ankarada keçirdiyi birgə brifinq zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Ukraynaya səfərə dəvət edib.
Modern.az-ın məlumatına görə, avqustun 8-də V.Zelenskinin Türkiyəyə iki günlük səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar və Konstantinopol patriarxı Varfolomey ilə görüş nəzərdə tutulub.
Ukrayna prezidenti deyib: "Sizi (Ərdoğanı), həmkarlarınızı Ukraynaya dəvət edirəm".
.

Rusiyanın əsas rəsmi müxalifət təşkilatı sayılan Kommunist partiyasının sədri Gennadi Züqanov ölkədəki siyasi proseslərə, o cümlədən Moskva şəhər Dumasına keçiriləcək seçkilərə xarici müdaxilənin araşdırılmasının vacibliyindən danışıb.
Onun sözlərinə görə, son hadisələrə kimin “krışalıq” etdiyini, daha doğrusu, yönləndirdiyini öyrənmək lazımdır. Kommunist lider bu məqsədlə avqustun 19-da Dövlət Dumasının növbədənkənar sessiyasınn çağırılmasını təklif edib.
Rusiyada “cib müxalifəti” deyə bilinən “Ədalətli Rusiya” partiyasının rəhbəri Sergey Mironov da eyni təşəbbüslə çıxış edib. RLDP rəhbəri Vladimir Jirinovski isə Dövlət Dumasının Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bənzər gündəliklə iclas keçirəcəyini bildirib.
“Biz Moskvadakı kütləvi iğtişaşların arxasında kimin durduğunun detallı şəkildə araşdırılması barədə fraksiya liderlərinin fikirlərini tam dəstəkləyirik”, - deyə komitənin sədri Vasili Piskaryov V.Jirinovskinin məlumatını təsdiqləyib.
Hakim “Vahid Rusiya” partiyasının fraksiya rəhbərinin müavini Andrey İsayev parlamentin Xarici işlər nazirliyinin sözcüsü Mariya Zaxarovanın sözlərindən sonra belə bir təhqiqata başladığını qeyd edib. Mariya Zaxarova baş verən hadisələrin arxasında ABŞ səfirliyinin durduğunu iddia etmişdi. Bundan başqa o, Almaniyanın “Deutsche Welle” telekanalının hər kəsi açıq şəkildə avqustun 3-də keçirilən icazəsiz aksiyalara çağırdığını deyib.
Xatrıladaq ki, Rusiyada siyasi çaxnaşmalar bu ilin sentyabr ayında Moskva şəhər Dumasına keçiriləcək seçkilərə müxalifət nümayəndələrinin müxtəlif bəhanələrlə buraxılmamasından sonra başlayıb. Bundan başqa Putin rejiminə qarşı olduğu bilinən bir sıra siyasətçilər, o cümlədən müxalifətin lideri sayılan Aleksey Navalnı həbs olunub.
.

Müxalif qüvvələr Rusiyanın Suriyadakı Hmeymim hərbi bazasına raketlərlə hücum etdi, ancaq hərbi təsisatlara bir zərər dəymədi.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda hərbi bazaya 3 raket atıldığı və raketlərin bazanın yaxınlığındakı Ruaysed Afif məntəqəsinə düşdüyü bildirilib.
.


Yaponiyanın şimal-şərq hissəsində 6.2 bal gücündə zəlzələ baş verib.

Ardını oxu...

.

Türkiyənin təhlükəsizlik qüvvələri Suriyanın Əl-Bab şəhərində İŞİD terror qruplaşmasına qarşı uğurlu antiterror əməliyyatı keçirib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, əməliyyat nəticəsində İŞİD-ə məxsus böyük cəbbəxana aşkarlanıb. Burada ələ keçirilən partlayıcı maddələrin və onları hazırlamaq üçün istifadə olunan ləvazimatların ümumi çəkisi bir tondur.
.

Bu gün Moskvanın mərkəzində razılaşdırılmamış növbəti aksiya keçirilib. Aksiyada 1500 nəfər iştirak edib,
onlardan təxminən 600 nəfəri saxlanılıb.
Yerli hüquq-mühafizə orqanları Tversk küçəsinə toplaşan aksiya iştirakçılarını asayişi pozmamağa və dağılışmağa çağırıb.
Qeyd edək ki, iyulun 27-də Moskvada müxalifətçi namizədlərin bələdiyyə seçkilərinə buraxılmamasına etiraz olaraq icazəsiz aksiya keçirilməsinə başlanılıb. Həmin vaxt kütləvi mitinqdə təxminən 3500 nəfər iştirak edib.//"Qafqazinfo"
 
.

AKP-nin İzmirdən olan millət vəkili Binəli Yıldırım Malatya səfəri çərçivəsində gənclərlə görüşüb.
Axar.az xəbər verir ki, "Çinar" parkda 5 min gənclə görüşən Yıldırım Ərdoğana zəng etmək məcburiyyətində qalıb. Belə ki, gənclərlə birlikdə mahnı oxuduqdan sonra Yıldırıma Ərdoğana zəng etmək barədə çağırışlar edilib.
Gənclərin istəyini yerə salmayan Yıldırım Ərdoğana telefonla zəng edib. Telefonun yaddaşına Ərdoğanın adını RTE şəklində qeyd etməsi də diqqətlərdən yayınmayıb.
Ərdoğan telefon vasitəsilə gənclərə səslənərək, 2023-cü ilə fərqli bir şəkildə hazırlaşacaqlarını qeyd edib.

.

Rusiya prezidenti Vladimir Putin cinayət işi ilə bağlı aktiv istintaq işi aparılmadığı təqdirdə, sahibkarların həbsini uzatmağı qadağan edən qanun imzaladı. 
Bu barədə hüquq məlumatlarının rəsmportalında xəbər yerləşdirilib.
Qeyd edilir ki, istintaq qrupu ittiham olunan iş adamını həbsdə saxlamaq üçün əsas gətirməli olacaq. Həbsin müddəti isə istintaq işinin həcmindən asılı olmalıdır.
İstintaqdan qaçmağa çalışmadığı və daim ölkə ərazisində yaşadığı halda, həbsinə icazə verilməyən şəxslərin də siyahısının təsdiqləndiyi bildirilir.//Oxu.az
.

“Prezidenti  ardıcıl olaraq 22 dəfə məğlub etdik və mən bundan çox məmnunam..."
“Prezidenti  ardıcıl olaraq 22 dəfə məğlub etdik və mən bundan çox məmnunam..."
Vaşinqton ştatının qubernatoru və ABŞ Demokratik Partiyasından prezidentliyə namizəd Cey İnsli həyat yoldaşı ilə birlikdə müsəlmanlarla görüşmək və aktual mövzularla bağlı mövqelərini çatdırmaq üçün Miçiqandakı məscidlərdən birini ziyarət edib.
Asiya.info Moderator.aza istinadən xəbər verir ki, Miçiqan radiosunun yaydığı məlumata görə, qubernator İnsli Detroyt İslam Mərkəzinin ziyarətçiləri qarşısında çıxış edib. Ona ilk növbədə  anti-İsrail boykot hərəkatına(BDS)  münasibəti barədə suallar verilib. 
"Mən bu hərəkatın üzvü deyiləm və oradakı hər şeylə razı deyiləm, amma inanıram ki, ABŞ-da söz azadlığını qorumaq vacibdir" –deyə Vaşinqton ştatının rəhbəri bildirib.
C.İnsli prezident Donald Trampın müsəlman konqresmenlərinə qarşı irqçi və islamofob hücumlarını qınayıb. O, həmçinin, Vaşinqton ştatının ABŞ-ın hazırkı prezidentinə qarşı qaldırdığı çoxsaylı iddialarla qürur duyduğunu vurğulayıb.
"Bu, yolverilməzdir, bu, Amerikasayağı deyil və hamımız müsəlman icmasına və ya hər hansı digər  icmaya qarşı hücumlara qarşı çıxmalıyıq.  Trampı (məhkəmələrdə) ardıcıl olaraq 22 dəfə məğlub etdik və mən bundan çox məmnunam" -deyə qubernator çəkinmədən bəyan edib.

Xəbər lenti