.

Cümə günü Yaponiyanın ədliyyə naziri Takasi Yamasitanın əmri ilə iki məhkum asılıb.
"Report" Yaponiya ictimai televiziyasına istinadən xəbər verir ki, edam olunanların adları və digər məlumatlar hələki açıqlanmayıb.
Bu, indiki baş nazir Şinzo Abenin hakimiyyəti dövründə  icra olunan 38-ci edam hökmüdür. 
.

Avropa imtina etsə ABŞ saxladığı “İsam dövləti” terrorçu qruplaşmasının üzvlərini azadlığa buraxa bilər.

RİA Novosti” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Biz minlərlə İD terrorçusunu tutub saxlayırıq və biz istərdik ki, Avropa onları götürüb aparsın. Əgər onlar bunu etməsələr biz yəqin ki, terrorçuları Avropaya buraxmalı olacağıq”, - deyə, Tramp bildirib.
Oxu.az

.

Somalinin paytaxtı Moqadişuda bələdiyyə binasına hücum edilib.
Axar.az xəbər verir ki, bələdiyyə sədrinin yaralandığı bombalı hücum nəticəsində 6 nəfər ölüb. Ölənlər arasında bölgənin qubernatoru və bələdiyyə sədrinin məsləhətçiləri də var.
Partlayış bələdiyyə sədrinin keçirdiyi iclasın gedişatında olub.
.

Həmyerlimiz Fəxrəddin Muxtarov Ukrayna Ali Radasının deputatı seçilib.
Axar.az xəbər verir ki, bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Feysbuk səhifəsində məlumat paylaşıb.
Qeyd edək ki, iyulun 21-də Ukraynada növbədənkənar parlament seçkiləri keçirilib.
Asiya.info
.

Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı keçirilən səsvermə başa çatıb. 
“Qafqazinfo” xəbər verir ki, “exit-poll”un ilkin nəticələri açıqlanıb.
Ukraynanın yerli təşkilatlarının apardığı “exit-poll”un nəticələrinə görə, seçkilərdə yalnız 5 faizlik baryeri aşan partiyalar bunlardır: Prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası seçicilərin 43,9 faizinin səsini toplayıb.
İkinci yerdə “Həyat uğrunda - müxalifət platforması” gedib, onlar seçicilərin 11,5 faiz səsini qazanıblar.
Onların ardınca Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun “Avropa həmrəyliyi” 8,9 faiz, Yuliya Timoşenkonun “Batkivşina” partiyası 7,6 faiz, ukraynalı müğənni Svyatoslav Vakarçukun “Səs” partiyası 6,3 faiz səs toplaya biliblər.
Asiya.info
.
İranı Hörmüz boğazında son günlərdə tutulan iki tankeri azad etməyə çağırıb.
Şimali Atlantik Alyansı (NATO) İranın Hörmüz boğazında iki tankerin İran tərəfindən ələ keçirildiyini qınayıb. 
“TASS”  xəbər verir ki, NATO gəmilərin ələ keçirilməsini beynəlxalq dəniz standartlarının pozulması kimi dəyərləndirib. 
NATO-nun rəsmi nümayəndəsi Oana Lunkesku Rəsmi Tehranı tankerləri heyətilə birlikdə azad etməyə çağırıb. Bu barədə alyansın rəsmi saytında yerləşdirilmiş bəyanatda da qeyd edilib .
NATO neft tankerlərinin beynəlxalq dəniz standartlarına zidd şəkildə ələ keçirildiyini bəyan edib: "Hörmüz boğazında İranın iki ticarət gəmisinin ələ keçirilməsini qınayırıq. İrandan gəmiləri və heyət üzvlərini dərhal azad etməyə çağırırıq". 
Birləşmiş Krallığın hazırkı vəziyyəti dialoq vasitəsi ilə diplomatik həllinə üstünlük verməsini  qeyd edən O.Lunkesku Britaniya tərəfinin bu yanaşmasına dəstək verdiyini bildirib.
Xatırladaq ki, Britaniya bayrağı altında üzən “Stena Impero” tankeri cümə günü Hörmüz boğazında İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən saxlanılıb. Britaniyaya məxsus, lakin Liberiya bayrağı altında üzən daha bir gəmi – “MV Mesdar” həmin yerdə saxlanılıb.(Apa)
.

Moskva Şəhər Dumasına qarşıdan gələn seçkilərə etiraz olaraq Rusiya paytaxtının Akademik Saxarov prospektində mitinq keçirilir.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, mitinqə 12 minə yaxın insan qatılıb. İctimai təhlükəsizliyin təmin olunması polis və Milli Qvardiya Qoşunlarına həvalə edilib.
Bundan öncə mitinq təşkilatçıları polisi iştirakçıların tədbirə qatılmasında maneə törətdiyində günahlandırıblar. Öz növbəsinə Rusiyanın Daxili İşlər Nazirliyi bu məlumatı təkzib edib və bildirib ki, mitinq iştirakçıları sadəcə meydana daxil olmamışdan öncə yoxlanılır.
Asiya.info
.

Gürcüstanda son aylarda baş verən hadisələrlə əlaqədar ölkənin aparıcı politoloqları və ekspertlərindən təşkil edilən “Suveren seçkilər üçün koalisiya” bəyanat yayıb.
Bəyanata Andro Qoçiridze, Vladimir Svanadze, Tengiz Pxaladze, Tornike Şaraşenidze, Gela Vasadze, Laşa Xatiaşvili, Yeqor Kuroptev, Nikolay Levşiç, Nikoloz Çitadze, Vladimir Kopçak imza atıblar. Bəyanatda Gürcüstanın tərəfdaş dövlətləri ilə münasibətlərdə qeyri-stabillik yaradacaq müdaxiləsinə qarşı gürcü cəmiyyətinin konsolidasiyasına ehtiyac olduğu vurğulanıb. Ekspertlər kremlyönlü qüvvələrin aktivliklərini artıraraq, media orqanları və digər növ provokasiyalar vasitəsilə Gürcüstanın vacib strateji müttəfiqləri olan Türkiyə və Azərbaycandan Gürcüstan üçün mifik düşmən obrazı yaradılmasına cəhd edildiyini vurğulayıblar. Onlar Rusiyanın dövlət və kremlyönlü KİV-lərinin hazırladığı təbliğat xarakterli materialların Gürcüstanın suverenliyinə birbaşa təhdid olduğunu bildiriblər.
“Kremlin və Rusiya hakimiyyətinə bağlı olan faktorların fəaliyyəti Gürcüstanın işğal edilmiş əraziləri ilə bağlı polemikanın dərəcəsinin azaldılmasına və gündəmin dəyişdirilməsinə, paralel mübahisələri alovlandıraraq Gürcüstanın müttəfiqləri ilə münasibətlərində qeyri-stabillik yaradılmasına yönəlib. Bu kampaniyanın hədəfi kremlyönlü qüvvələrin Gürcüstanın hakimiyyət strukturlarında və 2020-ci ildə baş tutacaq seçkilərlə parlament sıralarında güclənməsinə nail olmaqdır”, - bəyanatda qeyd edilib.//Axar.az
.

Ermənistanda yaxın zamanlarda İcevandakı hadisələrə oxşar yeni etiraz aksiyalarının baş verəcəyi gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Ermənistanda çıxan “Past” qəzeti yazıb.
Bildirilib ki, Göycə (Sevan) gölü sahillərindəki yaşayış məntəqlərinin, xüsusi ilə Sovaqyux kəndinin sakinləri etiraz aksiyası keçirməyə hazırlaşır. Onlar göldə balıq ovunun yasaqlanmasına etiraz aksiyası keçirəcəklər. Onlar kənd yaxınlığından keçən dövlətlərarası trası bağlamaq niyyətindədirlər.
Ermənistan Milli təhlükəsizlik Xidməti mətbuat katibliyinin məlumatına əsasən,“Sevan” milli parkının bir neçə filialının rəhbərlərinə qanunsuz balıq ovuna rüşvət qarşlığında icazə verdikləri aşkarlanıb.
Qeyd edək ki, iyulun 17-də İcevanda yüzlərlə insan etiraz aksiyası keçirib. Onlar küçələri bağlayaraq meşədən maneəsiz və nəzarətsiz odun daşımağa nail olmaq istəyiblər.
Asiya.info
.

Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatlarında iki hərbçi şəhid olub.
Bitlis bölgəsində PKK terrorçuları mülki minik avtomobilinə hücum ediblər. Raket atəşi nəticəsində avtomobildəki zabit həlak olub, bir mülki qarovul yaralanıb.
Türkiyə Silahlı Qüvvələrinin İraqın Hakurk bölgəsində davam etdirdiyi “Pençe” hərəkatı antiterror əməliyyatında isə bir əsgər şəhid olub. Bildirilir ki, əsgər PKK terrorçuları ilə atışmada həyatını itirib.
Modern.az

Xəbər lenti