.

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili bəyan edib ki, onun “Yeni güclər hərəkatı” partiyası iyulun 21-də Ukrayna Ali Radasına keçiriləcək növbədənkənar seçkilərdə iştirak etməyəcək. “Qafqazinfo”nun məlumatına görə, siyasətçi bu barədə Feysbuk səhifəsində yazıb.
Saakaşvili tərəfdaşlarını seçkilərdə Ukrayna prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyasına səs verməyə səsləyib.
Asiya.info
.
Gürcüstanda ölkənin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmasını dəstəkləyənlərin sayı azalıb.
APA -nın yerli bürosu xəbər verir ki, bu barədə Beynəlxalq Respublika İnstitutunun (İRİ) keçirdiyi sorğunun yekununda bildirilib.
Qeyd olunub ki, sorğu iştirakçılarının cəmi 49 faizi Gürcüstanın NATO üzvlüyünü dəstəkləyib ki, bu da 2009-cu ildən bəri ən aşağı göstəricidir.
Sorğu iştirakçılarının 16 faizi Gürcüstanın 2023-cü ildən sonra üzvlüyə qəbul ediləcəyinə,15 faizi isə heç vaxt üzv ola bilməyəcəyinə inandığını deyib.
İştirakçıların 59 faizi Gürcüstanın alyansa nə vaxt üzv olacağını bilmədiyini qeyd edib.
Qeyd edək ki, 20 may-11 iyun tarixlərində keçirilən sorğuda 1500 nəfər iştirak edib. Sorğunun yanılma payının 2.5 faiz olduğu bildirilib.
Asiya.info
.

İyulun 17-sində, axşam saatlarında Ermənistanda vətəndaşlarla polis arasında toqquşma olub.
Bir qrup nümayişçi İcevanda mərkəzi yolu kəsərək hərəkəti dayandırıb. Nəticədə yüzlərlə maşın yolda qalıb və uzun tıxac yaranıb. Həmin yol Gürcüstan-Ermənistan dövlətlərarası magistral olduğundan polis dərhal hərəkətə keçib və bu zaman qarşıdurma baş verib. Etirazçılar onlara meşələrdən ağac kəsməyə icazə verilməsini tələb ediblər.
Polis əvvəlcə canlı divar quraraq, yolda hərəkətin məhdudlaşdırılmasına əngəl olmağa çalışıb. Lakin etirazçılar müqavimət göstəriblər. Bundan sonra toqquşma başlayıb, polisə daşlar atılıb. Belə olduqda polis geri çəkilib. Yaralananlar olub. Bundan sonra yol yenidən bağlanıb. Xəsarət almış 9 polis isə hospitala aparılıb. Mitinq iştirakçıları Tavuş vilayəti qubernatorunun yolu açmaqla bağlı çağırışına da məhəl qoymayıblar.
Vəziyyətin gərgin olması Ermənistan hökumətini də hərəkətə gətirib. Baş nazir Nikol Paşinyan da qanunsuz ağac kəsənlərin keçirdiyi aksiyaya və daha sonra baş verənlər münasibətini bildirib. “Dünən baş vermiş insidentin bütün günahkarları, həmçinin qanunsuz ağac kəsilməsinin təşkilatçıları ciddi şəkildə cəzalandırılacaqlar”, - deyə Paşinyan “Feysbuk” səhifəsində yazıb.
Son məlumata görə, Ermənistanın İstintaq Komitəsi baş verənlərlə bağlı cinayət işi qaldırıb, artıq 13 nəfər həbs edilib, toqquşma iştirakçısı olan daha 6 nəfərdən başqa yerə getməməklə bağlı iltizam alınıb.
Musavat.com 
.

NATO Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsinin məruzəsində təsadüfən ABŞ-ın nüvə silahlarının saxlandığı yerlər göstərilib.

Ardını oxu...

.
Almaniyanın səhiyyə naziri Yens Şpan yaxın vaxtlarda vəzifəsindən gedəcək və ölkənin Müdafiə Nazirliyinə rəhbərlik edəcək.
RİA "Novosti" xəbər verir ki, bu barədə çərşənbə axşamı "Rheinische Post" nəşri yazıb.
Onu səhiyyə naziri vəzifəsində inteqrasiya məsələləri üzrə dövlət katibi Annette Vidman-Mauts əvəzləyəcək.
Almaniyanın müdafiə naziri vəzifəsi Ursula fon der Lyayenin namizədliyinin Avropa Komissiyasının sədri vəzifəsinə irəli sürülməsindən sonra boş qalıb.(Report)
.

“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya fəaliyyətini yaxın bir neçə həftə ərzində bərpa edəcək”.
Virtualaz.org “Gürcüstan Onlayn”a istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze hökumətin iclasından öncə keçirdiyi brifinqdə bildirib.
Baş nazir hər kəsi komissiya və aidiyyəti qurumların sakit şəraitdə işləməsinə imkan verməyə çağırıb: “Müvafiq qurumlar gündəlik olaraq Azərbaycan rəsmiləri ilə əlaqə saxlayıralar. İki gün bundan öncə təəssüfedici insident baş verib. Bu hər birimiz üçün çox həssas məsələdir və mən hamıdan komissiya və müvafiq qurumların normal rejimdə fəaliyyətlərini davam etdirməsinə imkan verməyi xahiş edirəm”.
.

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla sərhəddə yerləşən Keşikçidağ Məbəd-Kompleksində iyulun 14-də baş verən insidentlə bağlı məlumat yayıb.
Report xəbər verir ki, XİN yerli sakinlər və azərbaycanlı sərhədçilər arasında yaşanan insidenti təəssüfedici adlandırıb.
Məlumatda qeyd olunub ki, Gürcüstanın müvafiq qurumlarının təxirəsalınmaz reaksiyasından sonra insident tezliklə aradan qaldırılıb və faktla bağlı araşdırma başlayıb:
“Bu cür insidentlər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil. Buna görə də hesab edirik ki, ekspert qrupları və delimitasiya üzrə komissiyanın iclasları vaxtında davam etdirilməlidir. Gürcüstan tərəfi bu görüşlərə tam hazırlığını ifadə edir”.
XİN ictimaiyyəti təxribatlardan çəkinməyə çağırıb:
“Vətəndaş qruplarının danışıqların sakit mühitdə aparılmasını dəstəkləməsi uğurun mütləq şərtlərindən biridir”.
Asiya.info
.

Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş baş tutacaq.
Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
İki ölkə lideri arasında görüş iyulun 17-də Sankt-Peterburqda keçiriləcək. İyulun 18-də isə V.Putin və A.Lukaşenko Rusiya və Belarus regionlarının forumu çərçivəsində keçirilən plenar sessiyada iştirak edəcəklər.
Qeyd edək ki, Rusiya və Belarus regionlarının VI forumu iyulun 16-dan 18-dək davam edəcək.  (APA)
.

Türkiyənin Hakkari bölgəsində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma oub.
Haber7” xəbər verir ki, atışma nəticəsində 3 hərbçi ölüb, biri yaralanıb.
Yaralı hərbçi helikopterlə xəstəxanaya aparılıb.
Üç terrorçu zərərsizləşdirilib.
Bölgədə Hərbi Hava Qüvvələrinin dəstəyi ilə antiterror əməliyyatı davam edir.
//Oxu.az
.

Papua-Yeni Qvineya sahillərində 6 bal gücündə zəlzələ baş verib.

Ardını oxu...

Xəbər lenti