.

ABŞ Daxili İşlər Nazirliyi Pentaqondan Meksika ilə sərhəddə yerləşən miqrantlar üçün müvəqqəti saxlama mərkəzləri təmin etmək üçün əlavə 1000 əsgər istəyib.
"Report" xəbər verir ki, bu barədə CNN ABŞ-ın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Kanalın məlumatına görə, sərhəddə hərbiçi sayının artırılması ABŞ-ın gömrük və sərhəd nəzarəti xidmətinə kömək etmək məqsədi daşıyır.
Qeyd edildiyi kimi, Texas qubernatoru Qreq Abbott artıq Milli Qvardiyanın heyətindən istifadə etməyə razılığını verib lakin Pentaqon hələ bu tələbi təsdiqləməyib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp sərhədyanı ərazidə yerləşmə mərkəzlərdə olan miqrantların saxlanma şəraitindən narahat olduğunu söyləmişdi.
.

Hindistanın şimalındakı Aqra şəhərində avtobusun dərəyə aşması nəticəsində ən azı 29 nəfər ölüb.

Ardını oxu...

.


İndoneziyanın şərqində 7,1 bal gücündə zəlzələ baş verib.

Ardını oxu...

.

ABŞ-da yük avtomobilini idarə edən sürücü ona cərimə yazan polisin boynuna vintaçan sancaraq yaralayıb.
  

Ardını oxu...

.

Kanadanın şərqində anomal istilər qeydə alınıb.

Ardını oxu...

.

Əfqanıstanın Faryab vilayətində minomyot mərmisinin bazarda partlaması nəticəsində 40-a qədər insan ölüb və yaralanıb.
 
Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, hazırda əraziyə polis qüvvələri cəlb olunub.
 
Partlayışda azı 6 nəfərin öldüyü, 30-dan artıq yaralı olduğu xəbər verilir.
.

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcının uçuş zamanı yanacaq çəni yerə düşüb.
Unikal.org-un məlumatına görə, hadisə ölkənin cənubunda, Tamilnad ştatında baş verib.
Yanacaq çəni kənd ərazisində fermaların birinə düşüb. Çənin düşdüyü yerdə yanğın başlayıb.
Yanğının qarşısı qısa müddət ərzində alınıb, hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.
.

Kolumbiyanın qərbindəki La-Kumbre şəhərində avtomobil piyadaları vurub.
ONA “El Tiempo” portalına istinadən xəbər verir ki, avtoqəza nəticəsində 18 nəfər xəsarət alıb.
Nəşrin yazdığına görə, sürücü idarəetməni itirib və avtomobil çoxlu insanların olduğu idman meydançasına soxulub. Yaralıların arasında 10 uşağın olduğu da deyilir.
İlkin ehtimala əsasən, qəzaya səbəb əyləcin sıradan çıxması ola bilər. Hazırda araşdırma aparılır.
.


Hindistanın Mumbay şəhərində hasarın gecəqondu daxmalarının üstünə aşması nəticəsində 12 nəfər ölüb, daha 13 nəfər xəsarət alıb.

ONA xəbər verir ki, bu barədə “ANI” agentliyi məlumat yayıb.

Məlumata görə, hasarın aşmasına səbəb güclü musson yağışları olub. Dağıntılar altında hələ də qalanların olduğu bildirilir.

Hadisə yerində xilasetmə işləri davam etdirilir. Xilas olunan yaralılar xəstəxanalara yerləşdirilib.

ONA

.

Vanuatu Respublikasının yaxınlığında Sakit Okeanda 6 bal gücündə zəlzələ baş verib.
 
Asiya.info Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji xidməti (USGS) bildirib.
 
Qeydə alınan yeraltı təkanların episentri, Lyüqanvil şəhərindən 35 kilometr qərbdə, ocağı isə 113 kilometr dərinlikdə yerləşib.
 
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti