.

ABŞ-ın Kaliforniya ştatında 5,6 maqnitudalı zəlzələ olub.
Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Yerli vaxtla saat 03.53 radələrində baş vermiş zəlzələnin episentri Petroliya yaşayış məntəqəsindən 5 kilometr cənub-qərbdə, 9,5 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
.

Qazaxıstanda “AN-2” təyyarəsinin qəzaya uğraması nəticəsində bir nəfər həyatını itirib, iki nəfər yaralanıb. Faciə qurbanının təyyarənin pilotu olduğu deyilir.
Bu barədə “RİA Novosti” ölkənin DİN Fövqəladə hallar komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurəhmədova istinadən məlumat verir.
“İyunun 20-si təxminən saat 10 radələrində (Bakı vaxtı ilə 08:00 - red.) Akmolla vilayətinin Selinoqrad rayonunun Rodina kəndindən 10 kilometr aralıda, tarlanın havadan kimyəvi vasitələrlə ziyanvericilərdən təmizlənməsi zamanı “AN-2” təyyarəsi yerə düşüb.
Baş verən hadisə nəticəsində təyyarənin pilotu həyatını itirib, iki ekipaj üzvü müxtəlif dərəcəli bədən və yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb”, - deyə N.Nurəhmədov bildirib.
İnsidentin səbəbləri araşdırılır.
.

Yaponiyanın şimal-qərbində baş verən zəlzələ nəticəsində 21 nəfər xəsarət alıb.
Unikal.org-un məlumatına görə, bu barədə "NHK" telekompaniyası xəbər verib.
Məlumata əsasən, Yamagata prefekturasında 6.7 bal gücündə zəlzələ dörd prefekturaya təsir göstərib.
Qeyd edək ki, yeraltı təkanlar 13 prefekturada hiss edilib. 
.

Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko vəzifəsindən istefa verib.

Ardını oxu...

.

Nigeriyanın şimal-şərqində törədilən iki partlayış nəticəsində ən azı 17 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.
APA-nın xəbərinə görə, bu barədə “Daily Trust” qəzeti məlumat yayıb.
Bildirilir ki, terrorçular özlərini Borno ştatının Mahdadari yaşayış məntəqəsində yerləşən tibb mərkəzinin yaxınlığında partladıb.
Məlumata görə, terrorçulardan birinin üzərindəki partlayıcı vasitə işə düşməyib, nəticədə qadın terrorçu saxlanılıb. 
.

Bazar günü Suriyanın Hələb şəhərindən cənubda yerləşən Əl-Vahidi yaşayış məntəqəsi silahlı qruplaşmalar tərəfindən atəşə tutulub.

Ardını oxu...

.

Rusiyanın Moskva vilayətində yüngül mühərrikli təyyarə sərt eniş edib.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, təyyarə Klimovo və Timofeyevo kəndləri arasında yerləşən boş ərziyə enib.
İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb.
 
Qeyd edilir ki, insidentin təfərrüatları araşdırılır.
.


Antalyada hotellərin birində yanğın baş verib.

Ardını oxu...

.

Tehran hökumətinin ABŞ-a ehtiyac yoxdur.

Bunu İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

 

İran Parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri ilə toplantı keçirən nazir çıxışda jurnalistlərə açıqlama verib. Açıqlamasında ABŞ ilə müzakirə məsələsinə toxunan Zərif qeyd edib ki, ABŞ prezidenti Donald Trampın İrana sanksiyaları iqtisadi terrorizmdir.

“ABŞ maksimum təzyiq siyasəti yürüdür və müzakirəyə hazır olduğunu deyərək ictimaiyyət üzərindəki təzyiqi artırır. İranın ABŞ-a ehtiyacı yoxdur və bu ölkə ilə münasibətləri yaxşılaşdırmağın arxasınca düşməyib. Amerikalılar İranın başqa ölkələrlə münasibətlərində problem yaratmasın, kifayətdir”.

Nazir bildirib ki, İran qonşu ölkələrlə münasibətlərini inkişaf etdirməyə diqqətini istiqamətləndirib. Prezident Həsən Ruhani də bu çərçivədə bölgədəki ölkələrə səfər edəcək. 

.

Fransa sahillərində qasırğa zamanı katerin çevrilməsi nəticəsində xilasetmə komandasının üç üzvü ölüb.
 
ONA-nın “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, Fransa xilasetmə xidmətinin əməkdaşlarının olduğu kater dənizdə köməksiz vəziyyətdə qalan balıqçıların köməyinə gedirmiş.
 
Sahildən 800 metr aralıqda baş vermiş hadisə nəticəsində 7 nəfər suya düşüb, onlardan dördü xilas ola bilib. Digər 3 nəfərin axtarışlarına helikopterlər və təxminən 70 xilasedici cəlb olunub.

Xəbər lenti