.
Rusiyanın müxalifət lideri Aleksey Navalnı iyunun 12-nə təyin edilmiş antikorrupsiya etiraz mitinqinin yerini dəyişdiyini elan edib. 
Aleksey Navalnı mitinqin hökumətin icazə verdiyi yerdə yox, Moskvanın mərkəzindəki Tverskaya küçəsində keçiriləcəyini bəyan edib. 
Bu isə Navalnı və tərəfdarları ilə hakimiyyət arasında qarşıdurma yarada bilər. 
Navalnı bu qərarını iyunun 11-də aksiyaya 24 saatdan da az qalanda bəyan edib.
İyunun 12-də bütün Rusiya boyunca antikorrupsiya mitinqlərinin keçirilməsi planlaşdırılıb.
Müxalifət lideri qərarını onunla izah edib ki, hakimiyyət etirazçılara mitinq avadanlığı, səhnə və səsucaldanlar verməkdən imtina edib.
AzadlıqRadiosu bildirir ki, mitinq yerinin dəyişdirilməsi etirazçılar və Moskva polisi arasında zorakı toqquşmaya səbəb ola bilər. Moskva polisi artıq mümkün “təxribatlar” barədə xəbərdarlıq edib.
Moskva polisinin sözçüsü "İnterfax" agentliyinıə deyib ki, “hüquq-mühafizə orqanları etirazçılar tərəfindən bütün qanun pozuntularına qarşı sərt tədbir görəcək”.
Navalnının martın 26-da keçirdiyi etiraz aksiyaları əsnasında minədək müxalifət tərəfdarı saxlanmışdı. Həmin etiraz aksiyaları onlarda çox sayda gənc və yeniyetnin iştirakı ilə yadda qalıb.
Navalnının özü həmin aksiyadan sonra inzibati qaydada 15 günlüyünə həbs olunmuşdu.
Müxalifət lideri bildirib ki, iyunun 12-dəki aksiya Rusiyanın 200-dək şəhərində keçirləcək. 
Navalnı deyib ki, “18 ildir hakimiyyət taxt-tacında oturanlar heç nəyi dəyişməyi planlaşdırmırlar”.
Moskva hakimiyyət orqanları Navalnı və tərəfdarlarına aksiyanın keçirilməsi üçün Moskvanın mərkəzindən kənarda yerləşən Saxarov prospektini vermişdilər. Müxalifət isə aksiya üçün Moskvanın mərkəzində, Kremlin yaxınlığında yer üçün müraciət etmişdi.
Lakin paytaxt hökuməti bildirmişdi ki, 12 iyun Rusiya günüdür və mitinq əvvəlcədən planlaşdırılmış rəsmi tədbirləri poza bilər.
Navalnı 2018-ci il prezident seçkisində namizəd olmaq niyyətini bildirib. Lakin belə görünür, ona bunu etmək icazəsi verilməyəck, çünki Navalnının üstündə üç kriminal məhklumluq var.
İyunun 12-də keçirləcək mitinqin ərəfəsində Navalnının Rusiyanın baş naziri Dmitri Medvedevi korrupsiyada ittiham edən videosu bəzi hakimiyyət saytlarında görünüb. Prokurorluq bildirib ki, sözü gedən internet saytlarına haker hücumu olub.
 
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


18 Avqust 2017 İspaniyada 3 günlük matəm elan edildi
14 Avqust 2017 Türkiyə ordusunda zəhərlənmə: 31 əsgər...
14 Avqust 2017 II Elizabet taxt-tacından imtina edəcək
14 Avqust 2017 Dağıstanda silahlı qrup lideri məhv edildi
14 Avqust 2017 İstanbulda silahlı insident baş verib, ölənlər var
13 Avqust 2017 Dağıstanda antiterror əməliyyatı keçirilir
12 Avqust 2017 Yəməndə helikopter qəzası: 4 ölü
12 Avqust 2017 Misirdə iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 44-ə çatıb-Video
11 Avqust 2017 Dəhşətli qatar qəzası: Ölən və yaralananlar var
11 Avqust 2017 Türkiyədə anti-terror əməliyyatları - 32 ölü
10 Avqust 2017 ABŞ qırıcısı qəzaya uğradı
09 Avqust 2017 Daha bir ölkə Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdi
09 Avqust 2017 İran Azərbaycanla sərhəddə xəstəxanalar tikir
09 Avqust 2017 Şimali Koreyada ballistik raketlər üçün nüvə başlığı hazırlanıb
09 Avqust 2017 Türkiyə İranla sərhəddə divar tikintisinə başlayıb
08 Avqust 2017 Dəhşətli zəlzələ: Otel çökdü, ölənlər var
06 Avqust 2017 ABŞ iqlim məsələsi ilə bağlı konkret qərarını verdi
04 Avqust 2017 Satışda zəhərli yumurtalar var
02 Avqust 2017 Rusiya səfirliyi atəşə tutulub
02 Avqust 2017 ABŞ dövlət katibi həftəsonu Sergey Lavrovla görüşəcək
01 Avqust 2017 Əfqanıstanda şiə məscidi partladıldı
31 İyul 2017 İŞİD Suriyada yenə hücuma keçdi
30 İyul 2017 Türkiyədə turistləri daşıyan avtobus aşıb: 26 yaralı
30 İyul 2017 Polislər şəhər merini öldürdülər
30 İyul 2017 Moskvada fırtına olacaq –Xəbərdarlıq
29 İyul 2017 Ukrayna təyyarəsi Afrikada qəzaya düşdü
29 İyul 2017 Qadın ərini siçan zəhəri ilə öldürdü - Qətlin tükürpədən təfərrüatları - VİDEO - FOTOLAR
29 İyul 2017 5 ulduzlu oteldə yanğın – 14 nəfər xəstəxanaya yerləşdirildi
27 İyul 2017 Erməni ordusunda özbaşınalıq: hərbçilər bir-birini...
26 İyul 2017 Erməni hərbçilər qəzaya düşüb, yaralılar var

Xəbər lenti