.

İyulun 17-sində, axşam saatlarında Ermənistanda vətəndaşlarla polis arasında toqquşma olub.
Bir qrup nümayişçi İcevanda mərkəzi yolu kəsərək hərəkəti dayandırıb. Nəticədə yüzlərlə maşın yolda qalıb və uzun tıxac yaranıb. Həmin yol Gürcüstan-Ermənistan dövlətlərarası magistral olduğundan polis dərhal hərəkətə keçib və bu zaman qarşıdurma baş verib. Etirazçılar onlara meşələrdən ağac kəsməyə icazə verilməsini tələb ediblər.
Polis əvvəlcə canlı divar quraraq, yolda hərəkətin məhdudlaşdırılmasına əngəl olmağa çalışıb. Lakin etirazçılar müqavimət göstəriblər. Bundan sonra toqquşma başlayıb, polisə daşlar atılıb. Belə olduqda polis geri çəkilib. Yaralananlar olub. Bundan sonra yol yenidən bağlanıb. Xəsarət almış 9 polis isə hospitala aparılıb. Mitinq iştirakçıları Tavuş vilayəti qubernatorunun yolu açmaqla bağlı çağırışına da məhəl qoymayıblar.
Vəziyyətin gərgin olması Ermənistan hökumətini də hərəkətə gətirib. Baş nazir Nikol Paşinyan da qanunsuz ağac kəsənlərin keçirdiyi aksiyaya və daha sonra baş verənlər münasibətini bildirib. “Dünən baş vermiş insidentin bütün günahkarları, həmçinin qanunsuz ağac kəsilməsinin təşkilatçıları ciddi şəkildə cəzalandırılacaqlar”, - deyə Paşinyan “Feysbuk” səhifəsində yazıb.
Son məlumata görə, Ermənistanın İstintaq Komitəsi baş verənlərlə bağlı cinayət işi qaldırıb, artıq 13 nəfər həbs edilib, toqquşma iştirakçısı olan daha 6 nəfərdən başqa yerə getməməklə bağlı iltizam alınıb.
Musavat.com 

Şərh yaz


19 Avqust 2019 Sakit okeanda güclü zəlzələ: dağıntı...
19 Avqust 2019 Türkiyədə meşə yanğınlarına əlavə qüvvələr cəlb olunub
18 Avqust 2019 Türkiyədə ağır qəza - 37 yaralı
17 Avqust 2019 ABŞ-ın gömrük sistemində nasazlıq yarandı: Aeroportlar iflic oldu
14 Avqust 2019 Türkiyədə aviadaşımalar rekorda imza atdı
13 Avqust 2019 Rusiya yeni raket sınaqlarında az qala ikinci “Çernobıl” faciəsini yaşayıb - FOTO
13 Avqust 2019 Zəvvarlarımız Səudiyyədə qurbanlarını kəsdi - Video
11 Avqust 2019 Moskvada “Fud-siti” bazasında namaz qılan azərbaycanlılar cərimələnir
11 Avqust 2019 Şimali Koreyanın yeni silahı ortaya çıxdı- SON DƏQİQƏ...
10 Avqust 2019 Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılacaq
09 Avqust 2019 İrəvanda etiraz: Köçəryanın tərəfdarları küçələrə çıxdılar
08 Avqust 2019 Zelenski Ərdoğanı Ukraynaya dəvət edib
07 Avqust 2019 Rusiyada Qərbin ölkədaxili seçkilərə “müdaxilə”si araşdırılmağa başlandı
05 Avqust 2019 Rusiya: Hərbi bazamıza raket hücumu oldu
04 Avqust 2019 Yaponiyada güclü zəlzələ: 6.2 bal
04 Avqust 2019 Türkiyənin təhlükəsizlik qüvvələri İŞİD-ə məxsus cəbbəxana ələ keçirdi
03 Avqust 2019 Moskvada növbəti etiraz aksiyası - 600 nəfər saxlanıldı
03 Avqust 2019 Gənclər məcbur etdi, Yıldırım Ərdoğana zəng etdi - Video
03 Avqust 2019 Putin iş adamlarının müdafiəsinə qalxdı
02 Avqust 2019 Vaşinqton qubernatoru məscidə gəldi və Tramp haqda ağzına gələni danışdı...-FOTO
02 Avqust 2019 Yaponiyada ilin ilk edam hökmü icra olundu
02 Avqust 2019 Tramp Avropanı terrorçularla hədələdi
25 İyul 2019 Bu ölkədə partlayış: Qubernator öldü, sədr yaralandı
23 İyul 2019 Həmyerlimiz Ukraynada deputat seçildi
22 İyul 2019 Ukraynada seçki başa çatdı - “Exit-poll”un nəticələri
21 İyul 2019 NATO İranı Hörmüz boğazında saxladığı tankerləri azad etməyə çağırdı
20 İyul 2019 Moskvanın mərkəzində 12 min nəfərin iştirakı ilə mitinq keçirilir
20 İyul 2019 Gürcü ekspertlər bəyanat yaydı: Bakı ilə münasibətlər...
20 İyul 2019 KİV: Ermənistanda yeni etiraz aksiyası keçiriləcək
20 İyul 2019 Türkiyə daha 2 şəhid verdi

Xəbər lenti