.

Rusiyanın əsas rəsmi müxalifət təşkilatı sayılan Kommunist partiyasının sədri Gennadi Züqanov ölkədəki siyasi proseslərə, o cümlədən Moskva şəhər Dumasına keçiriləcək seçkilərə xarici müdaxilənin araşdırılmasının vacibliyindən danışıb.
Onun sözlərinə görə, son hadisələrə kimin “krışalıq” etdiyini, daha doğrusu, yönləndirdiyini öyrənmək lazımdır. Kommunist lider bu məqsədlə avqustun 19-da Dövlət Dumasının növbədənkənar sessiyasınn çağırılmasını təklif edib.
Rusiyada “cib müxalifəti” deyə bilinən “Ədalətli Rusiya” partiyasının rəhbəri Sergey Mironov da eyni təşəbbüslə çıxış edib. RLDP rəhbəri Vladimir Jirinovski isə Dövlət Dumasının Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bənzər gündəliklə iclas keçirəcəyini bildirib.
“Biz Moskvadakı kütləvi iğtişaşların arxasında kimin durduğunun detallı şəkildə araşdırılması barədə fraksiya liderlərinin fikirlərini tam dəstəkləyirik”, - deyə komitənin sədri Vasili Piskaryov V.Jirinovskinin məlumatını təsdiqləyib.
Hakim “Vahid Rusiya” partiyasının fraksiya rəhbərinin müavini Andrey İsayev parlamentin Xarici işlər nazirliyinin sözcüsü Mariya Zaxarovanın sözlərindən sonra belə bir təhqiqata başladığını qeyd edib. Mariya Zaxarova baş verən hadisələrin arxasında ABŞ səfirliyinin durduğunu iddia etmişdi. Bundan başqa o, Almaniyanın “Deutsche Welle” telekanalının hər kəsi açıq şəkildə avqustun 3-də keçirilən icazəsiz aksiyalara çağırdığını deyib.
Xatrıladaq ki, Rusiyada siyasi çaxnaşmalar bu ilin sentyabr ayında Moskva şəhər Dumasına keçiriləcək seçkilərə müxalifət nümayəndələrinin müxtəlif bəhanələrlə buraxılmamasından sonra başlayıb. Bundan başqa Putin rejiminə qarşı olduğu bilinən bir sıra siyasətçilər, o cümlədən müxalifətin lideri sayılan Aleksey Navalnı həbs olunub.

Şərh yaz


19 Avqust 2019 Sakit okeanda güclü zəlzələ: dağıntı...
19 Avqust 2019 Türkiyədə meşə yanğınlarına əlavə qüvvələr cəlb olunub
18 Avqust 2019 Türkiyədə ağır qəza - 37 yaralı
17 Avqust 2019 ABŞ-ın gömrük sistemində nasazlıq yarandı: Aeroportlar iflic oldu
14 Avqust 2019 Türkiyədə aviadaşımalar rekorda imza atdı
13 Avqust 2019 Rusiya yeni raket sınaqlarında az qala ikinci “Çernobıl” faciəsini yaşayıb - FOTO
13 Avqust 2019 Zəvvarlarımız Səudiyyədə qurbanlarını kəsdi - Video
11 Avqust 2019 Moskvada “Fud-siti” bazasında namaz qılan azərbaycanlılar cərimələnir
11 Avqust 2019 Şimali Koreyanın yeni silahı ortaya çıxdı- SON DƏQİQƏ...
10 Avqust 2019 Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılacaq
09 Avqust 2019 İrəvanda etiraz: Köçəryanın tərəfdarları küçələrə çıxdılar
08 Avqust 2019 Zelenski Ərdoğanı Ukraynaya dəvət edib
05 Avqust 2019 Rusiya: Hərbi bazamıza raket hücumu oldu
04 Avqust 2019 Yaponiyada güclü zəlzələ: 6.2 bal
04 Avqust 2019 Türkiyənin təhlükəsizlik qüvvələri İŞİD-ə məxsus cəbbəxana ələ keçirdi
03 Avqust 2019 Moskvada növbəti etiraz aksiyası - 600 nəfər saxlanıldı
03 Avqust 2019 Gənclər məcbur etdi, Yıldırım Ərdoğana zəng etdi - Video
03 Avqust 2019 Putin iş adamlarının müdafiəsinə qalxdı
02 Avqust 2019 Vaşinqton qubernatoru məscidə gəldi və Tramp haqda ağzına gələni danışdı...-FOTO
02 Avqust 2019 Yaponiyada ilin ilk edam hökmü icra olundu
02 Avqust 2019 Tramp Avropanı terrorçularla hədələdi
25 İyul 2019 Bu ölkədə partlayış: Qubernator öldü, sədr yaralandı
23 İyul 2019 Həmyerlimiz Ukraynada deputat seçildi
22 İyul 2019 Ukraynada seçki başa çatdı - “Exit-poll”un nəticələri
21 İyul 2019 NATO İranı Hörmüz boğazında saxladığı tankerləri azad etməyə çağırdı
20 İyul 2019 Moskvanın mərkəzində 12 min nəfərin iştirakı ilə mitinq keçirilir
20 İyul 2019 Gürcü ekspertlər bəyanat yaydı: Bakı ilə münasibətlər...
20 İyul 2019 KİV: Ermənistanda yeni etiraz aksiyası keçiriləcək
20 İyul 2019 Türkiyə daha 2 şəhid verdi
20 İyul 2019 Saakaşvili Zelenskinin xeyrinə seçkilərdən imtina etdi

Xəbər lenti