.

ABŞ Kəşfiyyat strukturları Rusiyanın Arxangelsk vilayətinin Severodvinsk şəhəri yaxınlığındakı baş verən partlayışla bağlı öz versiyasını irəli sürüb.
Asiya.info xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Qəzetin məlumatına əsasən, insident barədə Rusiya tərəfinin israrlı susqunluğu Vaşinqtondakı analitiklərin diqqətini cəlb edib. Onların fikrincə, Rusiya yeni silahlanma proqramına texnoloji cəhətdən hazır deyil və çox zəifdir. ABŞ kəşfiyyatının məlumatlarında partlayışın “Burevestnik” tipli alçaqdan uçan, qitələrarası raketin (NATO-dakı kod adı SSC-X-9 Skyfall) elementlərinin sınaqları zamanı baş verdiyi göstərilib. Bu raketlər kiçik qabaritli nüvə qurğusu ilə təchiz olunmalıdır.
Rusların iddia etdiyi kimi, “Burevestnik”in xarakteristikası onu ABŞ-ın Alyaska və Kaliforniyadakı raket-əleyhinə müdafiə sistemləri üçün əlçatmaz edir. Onların hesablarına əsasən, bu tip raketlərin qurulması heç ABŞ kimi yüksək texnologiyalara sahib dövlətin gücündə deyil. Lakin ABŞ ekspertləri bu məsələdə Rusiyanın “blef” etdiyi düşüncəsindədirlər.
Məlum olduğu kimi, bu ilin avqust ayının 8-də baş verən hadisə zamanı RF Müdafiə nazirliyinin iki mütəxəssisi və Ümumrusiya eksperimental fizika institutunun 5 əməkdaşı həlak olub. Rusiya hərbi rəhbərliyi faciənin detallarını açıqlamaqdan imtina edib. Lakin ekspertlər insidentdən sonra Severodvinsk şəhərində radiasiya fonunun artdığını müəyyənləşdiriblər. Nəticədə Arxangelsk apteklərində radioaktiv şüalanmanın təsirini azaldan yod satışları ciddi surətdə artıb.
Doğrudur, bununla bağlı informasiyalar sonradan təkzib olunub. Arxangelsk vilayətinin qubernatoru İqor Orlov partlayışdan sonra radiasiya səviyyəsinin artmadığını bildirib.
Buna baxmayaraq Vyanada yerləşən “Nüvə sınaqlarının tamhəcmli qadağan edilməsi haqqında Saziş üzrə Komissiya” partlayışdan sonra həm seysmik, həm də infrasəs aktivliyin olduğunu qeyd edib.
Bundan başqa, elə həmin gün Severodvinsk yaxınlığındakı, Rusiya Hərbi-dəniz qüvvələrinin Nenoksa rayonunda yerləşən 45 saylı Mərkəzi dəniz sınaq poliqonunda nüvə tullantılarının yığımı və basıdırılması işini görən “Serbryanka” adlı tankerin üzdüyü görülüb.(Musavat.com)

Şərh yaz


17 Avqust 2019 ABŞ-ın gömrük sistemində nasazlıq yarandı: Aeroportlar iflic oldu
14 Avqust 2019 Türkiyədə aviadaşımalar rekorda imza atdı
13 Avqust 2019 Zəvvarlarımız Səudiyyədə qurbanlarını kəsdi - Video
11 Avqust 2019 Moskvada “Fud-siti” bazasında namaz qılan azərbaycanlılar cərimələnir
11 Avqust 2019 Şimali Koreyanın yeni silahı ortaya çıxdı- SON DƏQİQƏ...
10 Avqust 2019 Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılacaq
09 Avqust 2019 İrəvanda etiraz: Köçəryanın tərəfdarları küçələrə çıxdılar
08 Avqust 2019 Zelenski Ərdoğanı Ukraynaya dəvət edib
07 Avqust 2019 Rusiyada Qərbin ölkədaxili seçkilərə “müdaxilə”si araşdırılmağa başlandı
05 Avqust 2019 Rusiya: Hərbi bazamıza raket hücumu oldu
04 Avqust 2019 Yaponiyada güclü zəlzələ: 6.2 bal
04 Avqust 2019 Türkiyənin təhlükəsizlik qüvvələri İŞİD-ə məxsus cəbbəxana ələ keçirdi
03 Avqust 2019 Moskvada növbəti etiraz aksiyası - 600 nəfər saxlanıldı
03 Avqust 2019 Gənclər məcbur etdi, Yıldırım Ərdoğana zəng etdi - Video
03 Avqust 2019 Putin iş adamlarının müdafiəsinə qalxdı
02 Avqust 2019 Vaşinqton qubernatoru məscidə gəldi və Tramp haqda ağzına gələni danışdı...-FOTO
02 Avqust 2019 Yaponiyada ilin ilk edam hökmü icra olundu
02 Avqust 2019 Tramp Avropanı terrorçularla hədələdi
25 İyul 2019 Bu ölkədə partlayış: Qubernator öldü, sədr yaralandı
23 İyul 2019 Həmyerlimiz Ukraynada deputat seçildi
22 İyul 2019 Ukraynada seçki başa çatdı - “Exit-poll”un nəticələri
21 İyul 2019 NATO İranı Hörmüz boğazında saxladığı tankerləri azad etməyə çağırdı
20 İyul 2019 Moskvanın mərkəzində 12 min nəfərin iştirakı ilə mitinq keçirilir
20 İyul 2019 Gürcü ekspertlər bəyanat yaydı: Bakı ilə münasibətlər...
20 İyul 2019 KİV: Ermənistanda yeni etiraz aksiyası keçiriləcək
20 İyul 2019 Türkiyə daha 2 şəhid verdi
20 İyul 2019 Saakaşvili Zelenskinin xeyrinə seçkilərdən imtina etdi
19 İyul 2019 Gürcüstanda NATO-nu dəstəkləyənlərin sayı açıqlanıb - SORĞU
18 İyul 2019 Ermənistanda toqquşma: 6 polis hospitala aparıldı
17 İyul 2019 ABŞ atom bombalarını altı bazada saxlayır: “İncirlik”də də var - SİYAHI

Xəbər lenti