.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin rəhbərliyi ilə Şamaxı-Ağsu arxeoloji ekspedisiyası Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında erkən orta əsrlərə aid yaşayış yerində arxeoloji tədqiqat işləri həyata keçirib.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) verilən məlumata görə, ötən il burada aparılan arxeoloji tədqiqatlar zamanı çay və qaya daşlarından inşa edilmiş qala divarları aşkara çıxarılıb. Qalanın daxilində aparılan arxeoloji qazıntılar zamanı müxtəlif formalı və ölçülü saxsı şirsiz qab fraqmentləri, dəmirdən hazırlanan ox ucları, nizə başlıqları, qılınc fraqmentləri, tunc şeşpər, möhür-üzüklər, əqiq və pastadan hazırlanmış muncuqlar və s. aşkar edilib.
Əldə edilən maraqlı tapıntılardan biri tuncdan hazırlanan şeşpərdir. Şeşpərin haçalarından ikisinin döyüş zamanı qırıldığı güman olunur. Qeyd edək ki, bu tip şeşpər Azərbaycan ərazisində ilk dəfədir aşkar edilir.
Bu il tədqiqatlar qala divarının daxilində yeraltı anbarda aparılıb. Anbarda aparılan qazıntılar zamanı 7 ədəd iri küp aşkar edilib. Küplərdən ən böyüyünün hündürlüyü 1,65 metr təşkil edir. Küplər yerə basdırılıb, ağız hissəsi yastı daşla bağlanıb. Torpağın ağırlığından küplərin, demək olar ki, hamısı çatlayıb. Müəyyən edilib ki, bu küplərin ikisinin daxilində şərab, digərlərində isə taxıl məhsulları saxlanılır.
Küplərin ikisinin üzərində qədim türk tayfalarına aid damğalar həkk edilib. Damğalar küplərin boğaz hissəsinə, hazırlanma zamanı yaş gilin üzərinə barmaq vasitəsilə basılaraq həkk edilib. Çəllək formalı küpün üzəri cızma üsulu ilə dağ və dalğa formalı naxışlarla bəzədilib.
Aşkar olunan maddi-mədəniyyət nümunələri Dəmirçi Arxeoloji Muzeyinə təhvil verilib. Hazırda saxsı məmulatlar mütəxəssislər tərəfindən bərpa edilir. Damğalar üzərində aparılan tədqiqatlar onların hansı tayfalara mənsub olması məsələsinə də aydınlıq gətirəcək./Oxu.Az/
10 İyun 2019 Tovuz rayonunda özbaşınalıq baş alıb gedir - Qarabağ qazisi prezidentə müraciət etdi
28 May 2019 Güclü leysan Gədəbəydə elektrik təsərrüfatına ciddi ziyan vurub - RƏSMİ
25 May 2019 Daşkəsənə leysan yağıb, dolu düşüb - Ciddi fəsadlar yaradıb
14 May 2019 Millət vəkilinin dəstəyi ilə Tovuz Gənclər Evində möhtəşəm təqdimat
25 Aprel 2019 Lənkəranda quduzlaşmış itlər 10 nəfəri dişləyib - FOTO - VİDEO - YENİLƏNİB
11 Aprel 2019 Quba-Xınalıq yoluna iri qaya parçaları düşdü - Hərəkət dayandı
01 Aprel 2019 Şəkidə basketbol üzrə respublika birinciliyinin final mərhələsində 8 komanda mübarizə aparıb
30 Mart 2019 Şəkidə qəssabların ümumşəhər tətili 4-cü gündür davam edir!
26 Mart 2019 İcra başçısından prezidentə şikayət - Qarşıdurma yarandı
13 Mart 2019 Gəncədə 4,5 metr hündürlükdə səməni quraşdırılıb - FOTOSESSİYA
01 Fevral 2019 Cəlilabadda fabrikdə kütləvi zəhərlənmə
23 Yanvar 2019 Əlverişsiz hava şəraiti Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib
28 Dekabr 2018 Sabah hava necə olacaq?
23 Dekabr 2018 Heyvandarlıq Elmi-Tədqiqat İnistitunda elmi-praktiki seminar keçirilib
24 Noyabr 2018 Azərbaycanda bu xəstəxananın cəmi bir həkimi var, o da 81 yaşında... - Video
21 Noyabr 2018 Lənkəranda çaqqallar kəndə hücum etdi: 4 nəfər... – Foto
06 Noyabr 2018 Tovuzda əl qumbarası tapıldı
10 Oktyabr 2018 Şəki sakinləri üçün oftalmolji müayinələr keçiriləcək
06 Oktyabr 2018 Fəhlələri daşıyan avtomobil aşdı: 2 nəfər ölüb, 2 nəfər..
22 Avqust 2018 Q.Paşayeva Tovuzda ön cəbhə kəndlərində çalışan müəllimlərin Qurban bayramını təbrik edib.
12 Avqust 2018 Güclü külək Biləsuvarda fəsadlar törədib
11 Avqust 2018 Qubada elektrik dirəyi yandı - Bir neçə kənd işıqsız qaldı + Video
06 Avqust 2018 Tovuzda "Azərbaycan-Rumınya münasibətlərin inkişafında bölgələrarası əməkdaşlığın rolu" adlı tədbir keçirilib
27 İyul 2018 Göyçayda güclü yanğın başlayıb - Fotolar
23 İyul 2018 Tovuzda yeni yaşayış məskəni tapıldı - 9 min illik sirr - FOTO
18 İyul 2018 ADAU-nun Beynəlxalq Yay Məktəbinin iştirakçıları Gənclər Evi sosial xidmət müəssisəsi ilə tanış olublar
13 İyul 2018 Gədəbəydə tibbi aksiya keçirildi-Fotolar
08 İyul 2018 Samuxda bataqlıq ərazidə yanğın başladı
07 İyul 2018 Gədəbəydə meyiti tapılan şəxsin qətlə yetirildiyi ehtimal edilir - YENİLƏNİB - TƏFƏRRÜAT
05 İyul 2018 Ağacları kəsən cərimələndi

Xəbər lenti