.

Təhsil eksperti Kamran Əsədov rayon mərkəzlərindən uzaqda yerləşən kənd məktəblərində işləyən müəllimlərlə bağlı təklif irəli sürüb.

Asiya.info xəbər verir ki, ekspertin sözlərinə görə, hər il kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilsə də, rayon mərkəzlərindən uzaqda yerləşən məktəblərdə çalışan müəllimlərə verilən əlavə vəsaitin məbləği olduğu kimi qalır.
K.Əsədov hesab edir ki, Təhsil Nazirliyi H1 və H2-yə görə verilən əlavə vəsaitlərin məbləğinin artırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etməlidir:
“Uzun müddətdir ki, H1 (rayon mərkəzindən 3 km-dən 20 km-ə qədər məsafədə yerləşən kənd məktəbləridir, 60 manat əlavə ödəniş edilir) və H2 (20 km-dən artıq məsafədə yerləşən kənd məktəbləridir, 160 manat əlavə ödəniş edilir) verilən vəsaitlər eyni qalıb. Yəni bu müddət ərzində benzinin qiyməti, elektrik və digər xərclər artıb.
Ümid edirəm ki, Təhsil Nazirliyi H1 və H2-yə görə verilən əlavə vəsaitlərin məbləğinin artırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət edəcək. Çünki Təhsil Nazirliyi son illər müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Hazırda verilən vəsaitlər xərcləri tam ödəmir”.
Axar.az

Xəbər lenti