.

Asiya Fakt İnformasiya Agentliyi nəzdində Sizi Tanıyaq layihəsinin növbəti buraxılışının qonağı İTV-nin əməkdaşı, tanınmış Rejissor-Prodüser  Minarə Əskərovadır.



O, 1979 cu il 28 iyun Bakı şəhərində doğulub. 17 nömrəli tam ota məktəbi bitirdikdən sonra İncəsənət Universitetinə daxil olub. 18 yaşından televiziyada fəaliyyət göstərir. Soy Prodakşn, Lider, Space-də çalışan Minarə xanımın son iş yeri İctimai TV olub. 13 ildir  İTV-də çalışan Minarə xanım "Gənclər Elm və Təhsil Deparatmentində Prodüser , bir neçə verilişin rejissor və  layihə rəhbəri olub. Hazırda isə  İctimai Televiziyada Gənclər, Elm və Təhsil Departamentinin, "Film və Media" "Keçmişdən salam var", " "Addım-addım" , "Nübarlı bağ", " Yadigarlar", "Din və Cəmiyyət"," Növbədəkilər"  və bir-birindən maraqlı, izlənilən verilişlərin Prodüseri olan qəhrəmanımız həmçinin  Beynəlxalq 23 Aprel Uşaq Şənliyində də gördüyü işlərə görə mükafatlanmış, Türkiyə mətbutının manşetlərində yer almışdır.

Ailəlidir, iki övladı var.

Xatırladaq ki, bir müddət öncə Minarə xanım ağır beyin şüa əməliyyatı keçirib. İzləyicilərimizin çoxsaylı zənglərini nəzərə alaraq, həmçinin öz narahatçılığımıza son qoymaq məqsədilə bayram günündə Minarə xanımın qonağı olduq. Müsahibəsi zamanı Minarə xanım tez -tez çətin günlərindən, xəstəliyindən söz açır, ona maddi və mənəvi dəstək olanlara sonsuz təşəkkürünü bildirirdi.

Minarə xanım qeyd etdi ki, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın 1-ci Vitse Prezidenti Mehriban Əliyeva və Fondun İcraçı Direktoru Anar Ələkbərovun köməkliyi ilə təcili olaraq beyin şüa əməliyyatı üçün Bahçeşehir Universite Hastanesi Medikal Park Göztepedeye göndərilib. Uğurlu əməliyyatdan sonra vətənə dönən Minarə xanım ağır günlərini geridə qoyduğunu və ona dəstək olan hər kəsə təşəkkürünü bildirdi.
Minarə xanım ona dəstək olanlardan başda çalışdığı İctimai kanalın Baş direktoru Balakişi Qasımov olmaqla, bütün  İTV kollektivinə və dostlarına, sənətçilərimizə,  həmçinin tanınmış jurnalist, "Yadigarlar" verilişinin müəllif və aparacısı Flora Xəlilzadəyə ona dəstəyi üçün təşəkkür etdi. Verilişin produsseri olan Mİnarə xanım Flora xanımla yaxın münasibətindən, Flora xanımın ona "balaca bacı"- deyərək çağırmasından da danışdı.

Qeyd etdi ki, Gənclər Elm və Təhsil verilişləri departamentinin müdir müavini Gülnarə Kərimova və adını sevərək tez-tez xatırlatdığı  Leyla Quliyeva da çətin anlarında Minarə xanıma  dəstək olanlardandı.

***
Qəhrəmanımız Minarə Əskərovanın əməkdaşı olduğu İTV Azərbaycanın informasiya-əyləncə telekanallarından biridir. Verilişləri 24 saat ərzində  bütün Azərbaycan ərazisində, yayımlanır.

Minarə Əskərovanın ən böyük uğuru isə ailə həyatından başlayıb. Onun iş həyatında hər zaman dəstək olan həyat yoldaşı və yaşlarının az olmasına baxmayaraq analarının işinin ağırlığını anlaya biləcək qədər düşüncəli övladları, ailə üzvləri var. Belə olan halda Minarə xanımın iş həyatında qazandığı nailiyyətlər əlbəttə sonsuz olacaq. Aldığı fəxri adlar, dilpmlar da onun əməyinin bəhrəsidir.

Evində qonağı olduğumuz qısa müddətdə diqqətimizdən yayınmayan bir məsələ də 13 ildir televiziya sahəsində çalışan Minarə xanımın sadə, alçaq, kiçik otaqda yaşaması, buna görə keçirdiyi sıxıntı və narahatçılığı isə bir dəfə də olsun dilinə almaması oldu. 2-ci qrup əlil Minarə xanım kiçik və birotaqlı evdə 2 övladı ilə birgə hansı sıxıntıyla yaşaması əslində elə də qaranlıq deyildi. Üstəlik aldığımız məlumata görə Əmək Və Əhalinin Sosial Müdafiə Nazirliyinə, şəxsən cənab nazir Sahil Babayeva fevral ayında müraciət edib.Məktub onlara çatsa da hələ ki cavab almayan Minarə xanım xəstəliyiylə yanaşı övladlarının bu cür darısqal evdə böyütməyin sıxıntısını  kövrək qəlbində gizlətsə də, əslində narahat ana baxışlarıyla biruzə verirdi.İnanırıq ki hörmətli nazirimiz aztəminatlı ailə kimi, həmçinin 3 dəfə ağır beyin əməliyyatı keçirən, 2-ci qrup əlil Minarə xanımın müraciətini cavabsız qoymayacaq.  

 

***

Qeyd edək ki yüzlərlə insan hazırda Minarə xanımı feysbuk səhifəsi üzərindən izləyərək xoş xəbərini gözləyir. Biz də yaxın dostumuz, Minarə xanımın ağır günlərini geridə qoyduğunu onu sevərlərə çatıdırır, tezliklə tamamilə sağalmasını diləyirik.
Daha sonra nələr baş verdi? Minarə Əskərovanın hazırda səhhəti necədir? Əməliyyatdan öncə və sonra nələr baş verdi? Keçirdiyi əməliyyatın iş həyatına təsiri oldumu?... Bu və ya digər suallarınıza Sizi Tanıyaq layihəmizin Minarə Əskərovaya həsr etdiyi Sənədli Filmdə cavab  tapa bilərsiz

Vüsalə Qələndərli




Xəbər lenti